Главная > Təhsil / Manşet > Masallının təhsil ocaqlarında Bilik Günü

Masallının təhsil ocaqlarında Bilik Günü


15-09-2023, 21:35. Разместил: admin44


15 Sentyabr – Bilik Günü münasibətilə Masallı rayonunun ümumtəhsil müəssisələrində tədbirlər keçirilib.
Tədbirlər öncəsi Dövlət himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təhsil işçilərini, müəllim və şagirdləri, valideynləri 2023-2024-cü tədris ilinin başlanması münasibətilə təbrik edən çıxışçılar onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət Masallı rayonunda da müsbət nəticələrini verir... 

Məktəblilər Ulu Öndərə, Vətənə, elmə, biliyə aid şeirlər səsləndiriblər.
Tədbirlər zamanı ötən tədris ilində fərqlənənlərə fəxri fərman və hədiyyələr təqdim olunub. 

Sonra yeni tədris ilinin başlandığını bildirən ilk zəng çalınıb.

İlk dərslər “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr edilib.


FOTOREPORTAJ
 











Akif AĞAYEV



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад