Главная > Təhsil > Masallıda 2 şagirdin uğuru

Masallıda 2 şagirdin uğuru


30-10-2023, 12:31. Разместил: admin44

"Heydər Əliyev İli" ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təşkilatçılığı ilə keçirilən məktəblilər arasında Statistik Olimpiadanın 2-ci mərhələsinin yekun nəticəsi elan olunub.

Nəticəyə əsasən Masallı rayonu, Musaküçə kənd tam orta məktəbin şagirdi - Kazımzadə Mircəlal Mirkazım oğlu 2-ci mərhələnin qalibləri arasında yer tutmağı bacarıb.

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi üzrə qaliblərin mükafatlandırma mərasimi baş tutub.

Qeyd edək ki, Masallı rayonu Mollaoba kənd B.Şiriyev adına tam orta məktəbin şagirdi Şıxəliyev Əliheydər Azər oğlu Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində bürünc medala layiq görülüb.

Şagirdlərimizi təbrik edir və uğurlar arzulayırıq.



"Yeni həyat" qəzeti,
 www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад