Masallıda “uşaqların sağlam və rasional qidalanması” mövzusunda tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “uşaqların sağlam və rasional qidalanması” mövzusunda tədbir

    Masallıda “uşaqların sağlam və rasional qidalanması” mövzusunda tədbir


    24 noyabr 2023-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masallı rayon Ə.Əsgərov adına Köhnə Alvadı kənd tam orta məktəbində şagird və valideynlərlə  “Sağlam və rasional qidalanma”, “Uşaqların sağlam qidalanması”  mövzularında maarifləndirici görüş keçirilmişdir.

    Görüşdə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.4-cü bəndinin (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması) və 10.12.5-ci bəndinin (uşaqların sağlam qidalanmasının təmin edilməsi) istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə Ə.Əsgərov adına Köhnə Alvadı kənd tam orta məktəbində şagird və valideynlərlə  “Sağlam və rasional qidalanma”, “Uşaqların sağlam qidalanması”  mövzularında maarifləndirici söhbətlər aparılmışdır.

    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Baş məsləhətçisi Nuranə Muradova düzgün qidalanmanın vacibliyi, bu mövzuda valideynin üzərinə düşən  məsuliyyət, orqanizm üçün zərərli qidaların “qara siyahısı” barədə geniş məlumat diqqətə çatdırmışdır. Daha sonra Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara  regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi Şəhriyar Əsədov qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verib. Bundan başqa, sanitariya-gigiyena norma və qaydalarına riayət olunmasını, uşaqların sağlam və rasional qidalanması ilə bağlı görülən işlərdən danışaraq məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamları da diqqətə çatdırıb.

    Mövzu ətrafında RİHB yanında YYÇİ və HM üzrə komissiyanın məsul katibi Zamin Məmmədov, Rayon Mərkəzi Xəsəxanası Publik Hüquqi Şəxsin pediatrı Kamran Əliyev, Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Hörmət Balakişiyev geniş məlumat verərək sağlam qidalanmanın uşaq və yeniyetmələrin inkişafında  vacib rol alması, rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələrindən və ya marketlərdən qida məhsulları alarkən həmin məhsulun istehsal tarixinə, saxlanma şəraitinə, zahiri görünüşünə, düzgün qablaşdırılmasına xüsusi diqqət yetirmələrini, kimyəvi əlavələr, dadlandırıcılar, konservantlar, gen-modifikasiyaya uğradılmış qidalar, şəkər əvəzləyiciləri tərkibli, fast-fuddan,  qazlaşdırılmış şirin içkilərdən uzaq durmaları barədə geniş məlumat vermişlər.

    Daha sonra iştirakçılara “Sağlam və rasional qidalanma”, “Uşaqların sağlam qidalanması”  ilə bağlı məlumatlandırıcı çap materialları paylanılıb.

    Sonda mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran sualar cavablandırılıb.







    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    2. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    3. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    4. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    5. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    6. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    7. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    8. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    9. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    10. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    11. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    12. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    13. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    14. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    15. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    16. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    17. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 09:32 Nadir Ağayevin xatirə turnirində
    19. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    20. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    21. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    22. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    23. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    24. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    25. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    26. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    27. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    28. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    29. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    30. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    32. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    34. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    35. 17:26 Şəhid Famil Əlizadənin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 13:58 Azərbaycan Prezidentinə yazırlar
    37. 09:19 Statistikanın əhəmiyyəti
    38. 17:09 Şəhid Ağamalı Ağayevin şəhadətinin 5-ci ildönümü anıldı
    39. 17:03 Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir
    40. 16:59 Azərbaycan Prezidentinə yazırlar
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ