Masallıda muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb
- Bu gün, 14:45
- İqtisadiyyat
- 0
- 4

Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2025-ci ilin yanvar-oktyabr aylarında 15181 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 7277 nəfər (47,9 faiz), qeyri-dövlət sektorunda isə 7904 nəfər (52,1 faiz) təşkil etmişdir.
Muzdlu işçilərin 25,1 faizi məhsul istehsalı sahələrində, 74,9 faizi isə xidmət sahələrində çalışanlar təşkil etmişdir.
2025-ci ilin yanvar-oktyabr aylarında orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən nisbətən 8,5 faiz artaraq 645,7 manat təşkil etmişdir.Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqqları774,0 manat (əvvəlki ilin müvafiq dövründən 6,0 faiz çox), özəl müəssisələrdə isə513,1 manat (əvvəlki ilin müvafiq dövründən 11,8 faiz çox) olmuşdur.
Kənd təsərrüfatı,meşə təsərrüfatı və balıqçılıq,elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, maliyyə və sığorta sahəsində, dövlət idarəetməsi və müdafiə; sosial təminat bölməsində,təhsil sahəsində, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində, eləcə də informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı digər sahələrdən daha yüksək olmuşdur.





























