“Qala”dakı günlər yadda qalacaq » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Qala”dakı günlər yadda qalacaq

    “Qala”dakı günlər yadda qalacaq


    Bu günlərdə Masallıdakı “Qala” İstirahət Mərkəzində dincələrkən bir daha ölkəmizin necə böyük turizm potensialına malik olduğunu görüb fərəhləndim. Təkcə bu rayonda 30-a yaxın turizm obyekti fəaliyyət göstərir ki, “Qala” da onların ən gur olanlarındandır. Bakıdan 232 kilometr cənubda yerləşən Masallıdakı bu guşələr dağları, meşələri, müalicə suları ilə qədim diyarın füsunkarlığını daha da artırır, turizmin inkişafını şərtləndirir.

    “Qala”nın sahibi Sücaət Qasımo­vun dedikləri:

    – Masallı bizim doğma yurdumuz­dur. Uşaq yaşlarımızdan Masallının təbiətinə, gözəlliyinə vurğunuq. Bax, bu gözəl məkanı da görəndə fikirləş­dik ki, burada çox yaraşıqlı bir istirahət mərkəzi tikə bilərik. Düz 14 il əvvəl təbiətin qoynunda “Qala”nı ucaltmağı qərara aldıq. Məqsədimiz bu idi ki, tu­ristlər gəlib ürəkləri istəyən kimi dincəl­sinlər və gözəlliklərə heyran qalsınlar. Öncə bura Masallı–Yardımlı yolunda sıldırım qayaların üstündən, təxminən, bir kilometr yol çəkdik. Sonra dərə­li-təpəli yerləri hamarladıq. İşıq, su xətləri çəkdik. Yaşayış binaları tikdik. Üç il müddətində sərasər işlər gördük. Nəhayət, 2012-ci ildə bu gördüyünüz istirahət mərkəzini istifadəyə verdik.

    – Maraqlıdır, niyə məhz “Qala”?

    – Biz əslən Masallı rayonunun Ər­kivan qəsəbəsindənik. Ərkivanın da ilk qədim adlarından biri Qala olub. Cənub bölgəsində ən qədim yaşayış məskən­lərindən biridir. Bu yeri düşmənlərdən qorumaq üçün ətrafına daşdan böyük hasarlar çəkilib və adına da Qala de­yiblər. Qəsəbənin əhalisi əsrlər boyun­ca dulusçuluqla, misgərliklə məşğul olub. Bax, burada gördüyünüz hasar­lar, saxsı məişət qabları, misgərliklə bağlı alətlər də məhz Qala məkanının simvolikasıdır.

    “Qala”da 12 kottec var. Hər birində də çox yaxşı, Avropa standartlarına uyğun şərait yaradılıb. Bu kotteclərin hər birində dörd nəfər turist qala bilər. Burada uşaq əyləncə mərkəzləri, vo­leybol, futbol, basketbol meydançaları da var. ”Qala”da bilyard guşəsi, tennis kortu da qurulub. Böyük şənliklər keçir­mək istəyənlər üçün geniş restoran-bar var. Həyətdə dincəlmək, çay içmək, söhbət etmək üçün ayrıca yaraşıqlı ti­kililər salınıb.

    Ən çox xoşuma gələn hər bir tiki­linin klassik dizaynda olmasıdır. Hətta restoran-bar da çox qədim üslubda tikilib. Dincəlmək, söhbət etmək üçün yaradılan guşələr yetərincə gözəldir. İstirahət Mərkəzinin işçiləri tərəfindən axşamlar böyük həvəslə çay süfrələ­ri təşkil olunur. Restoran-barda təkcə burada qalıb istirahət edənlər yox, bir neçə saatlıq gələnlər də ad günləri ke­çirirlər.

    – Burada payız-qış mövsümü üçün də lazımi şərait yaratmışıq, – deyə Sü­caət bəy əlavə edir. – Ona görə də in­sanlar soyuq aylarda da bura həvəslə gəlirlər. Axı Cənub bölgəsində payız və qışın da öz gözəllikləri var.

    – Sevindirici haldır ki, siz Azər­baycan Həmkarlar İttifaqları Konfe­derasiyası ilə müştərək işləyirsiniz. Yəni, vətəndaşlar buraya məxsusi göndərişlə gəlirlər.

    – Elədir. Müştərək fəaliyyət sərfəli­dir. Azərbaycan Həmkarlar İttifaqı Kon­federasiyası nümunəvi işimizə, insan­ların xidmətdən razılıq etməsinə görə bizi dəfələrlə mükafatlandırıb. Fikrimiz var ki, buranı daha da genişləndirək. Odur ki, turistlərlə sorğular keçirir, on­ların istəkləri ilə tanış oluruq. Qonaq­larımız cəmi bir kilometr aralıda olan “Yanar Dağ” Müalicəvi İstirahət Mərkə­zinə də gedib, müalicə alırlar və çox razı qalırlar. Günü-gündən bura üz tu­tan insanların sayı artır.

    “Qala”ya istirahətə gələnlərin Yar­dımlı şəlaləsinə, Masallı Tarix və diyar­şünaslıq muzeyinə, eləcə də Astaraya, Lənkərana ekskursiyaları da təşkil olu­nur. Bu məqsədlə istirahət mərkəzinin xidməti maşınlarından istifadə edilir.

    “Qala”ya ölkəmizin hər yerindən, hətta xaricdən də istirahətə gələnlər buradan zəngin təəssüratla qayıdırlar. Elə bu yazını tamamlamaq istəyirdim ki, xəbər saytlarının birində ötən ay rusiyalı turistlərin Azərbaycana sə­yahət tələbinin keçən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə artdığı barədə məlumata rast gəldim. Bu fakt ölkə­mizdə turizmin geniş vüsət almasının göstəricisi kimi fərəh doğurur.

    Əminəm ki, bu nailiyyətdə haqqın­da söhbət açdığım “Qala” İstirahət Mərkəzinin də payı var.


    Ağalar İDRİSOĞLU


    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ