Masallıda qısqanclıq zəminində qətl hadisəsi baş verib
- 31-07-2023, 10:31
- Maraqlı
- 0
- 271
İyulun 30-da saat 18:30 radələrində Masallı rayonu Təklə kəndində evlərin birində 1979-cu il Məmmədova İlkanə Müseyib qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət hadisəsini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1976-cı il təvəllüdlü Məmmədov Yalçın Habil oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az