Masallıda Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anılıb » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anılıb

    Masallıda Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anılıb


    Masallı rayonunda Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin doğum günü qeyd olunub.

    Anım tədbiri şəhidin adını daşıyan Masallı şəhər 3 nömrəli tam orta məktəbində keçirilib.
    Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov və digər rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, “Təbəssüm yarat” ictimai birliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, media mənsubları iştirak ediblər.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov 44 günlük Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasında Ali Baş Komandanımızın rəhbərliyilə müzəffər ordumuzun rəşadəti, İntiqam kimi igidlərimizin hesabına mümkün olduğunu bildirib. Rayon rəhbəri adları Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim ehtiramla yad edildiyini, gələcək nəsillərə örnək olduğunu söyləyib.
    İ.Əsgərli adına Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru Astan İbişov, Viləş kənd tam orta məktəbinin müəllimi Nazimə Tahirova İntiqam kimi qəhrəman oğullarımızın yüksək vətənpərvərlik hissindən danışıblar.
    Çıxışlarda şəhid İntiqam Əsgərlinin şərəfli həyatı və döyüş yolundan bəhs edilib.

    Bildirilib ki, İntiqam Bayram oğlu Əsgərli 1990-cı il avqustun 16-da Masallı rayonunun Viləş kəndində anadan olub. O, 1997-2008-ci illərdə şəhid Sehran Hacıyev adına Viləş (Kalinovka) kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə Quru Qoşunlarının gizirlik kursunu bitirən İ.Əsgərli 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi xidmətə başlayıb. 2015-ci ildə Türkiyədə kəşfiyyat kursunu bitirib.

    2016-cı il aprelin 1-dən 2-nə ötən gecə yarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı İntiqam Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşüb. 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qardaşı Nurlan Əsgərli qəhrəmancasına şəhid olub. İntiqam Əsgərli onun nəşini özü döyüş meydanından çıxardıb.

    Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri İntiqam Əsgərli 44 günlük Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və noyabrın 9-da qəhrəmancasına şəhid olub. “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan İntiqam Əsgərliyə "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.
    Masallı şəhərinin mərkəzi küçələrindən biri və şəhər 3 nömrəli tam orta məktəbi İntiqam Əsgərlinin adını daşıyır.
    İntiqam Əsgərli ailəli idi, Nur adlı qızı, İntiqam adlı oğlu yadigar qalıb.

    “Yeni həyat” ictimai-siyasi qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, tədbirdə RİH başçısı Araz Əhmədov “Təbəssüm yarat” İctimai Birliyinin rəhbərliyini Fəxri fərmanla təltif edib.

    Şəhidlərin valideynləri Ziba xanım, Bayram kişi qəhrəman övladları ilə fəxr etdiklərini, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq bildiriblər.

    “Təbəssüm yarat” İctimai Birliyi tərəfindən 100 imkansız ailənin övladlarına geyim və dərs ləvazimatları hədiyyə edilib.
    Sonra mərasim iştirakçıları Masallı şəhər Qəhrəmanlar parkındakı “Şəhidlər” abidə kompleksini, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin Viləş kəndindəki məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyaraq, şəhidlərimizin ruhlarına dualar oxuyublar.

    Anım mərasimi şəhid qardaşların böyüdüyü evdə davam etdirilib.






    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ