Təhsilin keyfiyyəti müəllimin yaradıcı əməyindən asılıdır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Təhsilin keyfiyyəti müəllimin yaradıcı əməyindən asılıdır

    Təhsilin keyfiyyəti müəllimin yaradıcı əməyindən asılıdır


    XIX əsrdə Almaniyanın “Die Neue zelf” jurnalında dərc olunmuş bir məqalədə deyilirdi ki, “siyasi iqtisadçılar qeyd edirlər ki, əmək hər cür sərvətin mənbəyidir”. Əməyin insan həyatının birinci əsas şərti olması isə həmişə vurğulanır. Əmək təbiətlə insan arasında baş verən məqsədyönlü bir proses olub cəmiyyətin zəruri tələbatları ilə şərtlənərək, özündə mühüm səciyyəvi cəhətləri ehtiva edir. Buraya, ilk növbədə məqsədəuyğun fəaliyyət, ictimai və yaradıcı xarakter, əmək alətlərinin yaradılması prosesi də daxil edilir. Tədqiqatçılar fəlsəfi müddəalara əsaslanaraq əməyin instinktiv və şüurlu formalarından ibarət olduğu fikirlərini də irəli sürürlər. Alimlərin qənaətinə görə,  əmək, cəmiyyət və dil arasında qarşılıqlı qırılmaz münasibətlər vardır. Əmək prosesi nəticəsində cəmiyyət yaranmışdır. Əmək prosesində yaranan qarşılıqlı ünsiyyət saxlamaq ehtiyacı dilin yaranmasını zəruri etmişdir. İnsanın tərbiyəsində əmək ona görə həlledicidir ki, o, insanın məqsədyönlü fəaliyyəti olub istehsalın ayrı-ayrı fazaları - istehsal, bölgü, mübadilə və istehlakla bilavasitə əlaqədardır. Ona görə də əməyə iqtisadi kateqoriya olmaqla pedaqoji prosesdə şəxsiyyətin formalaşmasında mühüm vasitə kimi baxılır. İnsanın əmək qabiliyyəti, enerjisi onun tərbiyəsi ilə sıx bağlıdır. Bu mənada təlim əməyi prosesində öyrənənin istifadə etdiyi maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) qüvvə onun məqsədyönlü fəaliyyətini təmin edir. Müasir dövrdə ümumtəhsil məktəblərində texnologiya fənninin tədris olunması, ilk növbədə şagirdlərdə texnologiya mədəniyyəti, texnoloji bilik və bacarıqlarının inkişaf etdirilməsi, öz fəaliyyətlərində onlardan məqsədyönlü istifadə edə bilmələri zəruriyyətindən irəli gəlir və onlarda həyati bacarıqların formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır (3.səh.53).
     
    Təbiidir ki, təhsilin keyfiyyəti müəllimin yaradıcı əməyindən, öyrənənlərin mənəvi, intellektual və estetik inkişafının, dövrə uyğun texnoloji bacarıqlar əldə etməklə sosial-iqtisadi uyğunlaşmalarına zəmin yaradılması da əmək tərbiyəsindən başlayır. “Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.” Təhsil haqqında qanunda qeyd olunan konseptual ideyalara müvafiq şəkildə təhsilin keyfiyyətini müasir tələblər səviyyəsinə qaldırmağa nail olmaq üçün, ölkədə sistemli olaraq məqsədyönlü və planlı işlər həyata keçirilir. Bəşəriyyətin əldə etdiyi elmi-texniki və əxlaqi dəyərlərə yiyələnmə, öyrənənlərdə təlim əməyinə maraq yaratmaq, onların bir vətəndaş kimi yetişməsində mühüm amillərdəndir. Bu işdə  müasir təhsilin imkanları daha genişdir. Araşdırmalardan aydın olur ki, təhsilə marağın artırılması üçün müəllim tədris materiallarının məzmununu konkretləşdirməyi bacarmaqda və dünyada aparılan pedaqoji tədqiqatlarla inteqrasiyada peşəkarlıq göstərməlidir. Öyrənənlərdə təlim əməyinə maraq yaratmaq problemin həlli, müəllimin yaradıcı potensialından, peşəkarlıq səviyyəsindən, təlimin formalarından, yeni pedaqoji texnologiyalarının  tətbiqindən, öz üzərində daim işləməsindən, təfəkkürlü və humanist yönümlü insan olmasından, funksional olaraq bağlıdır. Davranışları yönləndirən ilk faktor daxili-təbii maraq, digəri isə xarici-mükafat motivasiyalardır.

    Kanadanın Quebec əyalətindəki Laval Universitetinin motivasiya üzrə mütəxəssisi professor Frederic Guay deyir ki, "Daxili motivasiya çox erkən yaşlarda özünü büruzə verir. Uşaqlar proaktivdirlər, hər şeyə maraq göstərmələri təbiətlərindən irəli gəlir. Müəllimlər və təhsil sistemi bunu təşviq etməlidirlər". Aktuallığına görə,bu barədə dünyada və ölkəmizdə pedaqoq- alimlər  tərəfindən fundamental tədqiqatlar bütün dövrlərdə aparılmışdır. Dünyasını dəyişənləri Allah rəhmət eləsin, səmərəli fəaliyyətdə olanlara can sağlığı arzu edirik. Təhsil sahəsində ölkədə aparılan bütün islahatların məqsədi tədris əməyinə maraq yaratmaqla onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Bu məqsədlə,yaradıcı əməyilə diqqəti cəlbedən, peşəkarlığı və pedaqoji səriştəliliyi ilə nüfuz qazanan professorlardan F.Sadıqov, L.Qasımova, F.Rüstəmov, A.Abbasov, M.Həsənov, P.Əliyev, M.İlyasov, H.Əlizadə, İ.Cəbrayılov, H.Əhmədov kimi  alimlərin metodoloji mahiyyət daşıyan dərslik və monoqrafiyalarda təhsilin keyfiyyətinin standartlara uyğunluğu,nəzəri və praktik baxımdan tədqiq olunmuşdur. Müəllimin öyrənənlərdə təlim əməyinə maraq yaratmaq, pedaqoji prosesdə motivasiyaya yönələn peşəkarlıq və səriştəlilik  fəaliyyəti,  şəxsi keyfiyyətinin mühüm əhəmiyyət kəsb etməsi, düzlük, doğruçuluq, zəhmətsevərlik, işgüzarlıq və mənəvi saflıq tərbiyəsi məsələləri barədə fikirləri çox önəmlidir.

    A.Abbasov  “Dahi Nizami Gəncivi “Sirlər xəzinəsi” poemasında kərpic kəsən bir qocanın başına gələn bir əhvalatı təsvir edir. Bu rəvayətdən hamımızın xəbəri var. Belə ki,  bir  cavan oğlan qantər içərisində torpaqdan kərpic kəsən qocaya yaxınlaşaraq onun halına acıdığını bildirir:  

    Torpağın qalxanına qılınc vurma bu qәdәr,
    Qalx ki, sәndәn bir qarın çörәk әsirgәmәzlәr.
    Halal zəhmətin nə olduğunu bilməyən harın oğlanın kinayəli sözləri qocaya təsir edir. Üzünü ona tutaraq:
    Onunçün öyrәtdim ki, әlimi bu sәnәtә,
    Bir gün sәnә әl açıb düşmәyim xәcalәtә.
    Deyiləm һeç kәsә xәznədәn ötrü möһtac,
    Әlimin zәһmәtiylә toxdur gözüm, deyil ac.

    Aqil qoca bu sözləri ilə cavan oğlana dərs verir. Oğlan dediyi sözlərdən xəcalət çəkib yoluna düzəlir.
    Bu əhvalatı təsadüfi olaraq yada salmadım. İnsan əməkdən, halal zəhmətdən kənarda qala bilməz.  Əməklə  ülfət bağlayanlar, zəhmətə qatlaşanlar həm maddi, həm də mənəvi baxımdan zənginləşir: fiziki əmək sahibləri də, zehni əmək sahibləri də”.

    Müasir təhsilin keyfiyyəti öyrənənlərdə tədris əməyinə daxili və xarici maraq yaratmaqla qazanılan əsas göstərici təlim nəticələridir. Şagirdin hər hansı fəndən müəyyən mövzu, bölmə və ya tam kurs üzrə bilik və bacarıqlarının nailiyyət səviyyəsi onun göstərdiyi təlim nəticələrinin uyğun qiymətləndirmə standartları ilə müqayisə olunması ilə müəyyənləşdirilir. Təhsilin keyfiyyəti üçün öyrənənlərdə təlim əməyinə maraq yaratmaq müasir dərsdə həllini tapır. Hər bir dərs didaktik məqsədlər kompleksini yerinə yetirir və bu za­man müxtəlif üsullardan istifadə olunur. Müasir müəllim yeni təlim texnologiyalarına dərindən bələd olmalıdır. Ənənəvi dərsdə təlim müəllim-dərslik-şagird formulu ilə qurulurdusa, müasir dərsdə şagird-dərslik-müəllim ardıcıllığı əsas götürülür. Müasir dərsdə şagirdlərin hərtərəfli inkişafı təmin edilir;gözlənilən nəticə, əsasən alınır;şəxsiyyətyönümlü olur; inkişafetdiricilik başlıca meyar kimi nəzərdə tutulur. Bununla əlaqədar prosesi araşdıran prof. M.İlyasov məsələnin mahiyyətinə aydınlıq gətirməyə çalışarkən inandırıcılıqla, belə təhlil edir:”Təlim həmişə fəallığa əsaslanmışdır. O, qeyri-fəal ola bilməz. Əgər dərsdə sual-cavab, axtarıb-tapma, düşünmək, fikirləşmək, fəaliyyətə qoşulma, nəticə çıxarma vardırsa, deməli fəallıq da vardır. Bunlar yoxdursa onu heç təlim adlandırmaq düzgün deyildir. Təlim prosesdir və bu proses məhz müəllim və şagirdlərin fəallığına əsaslanır. Tərəflərdən heç olmazsa birinin fəallığı yoxdursa burada təlimdən söhbət gedə bilməz.

    Buna görə də “fəal təlim” istilahında olan “interaktivlik”, yəni daxili fəallıq “ənənəvi” adlandırdığımız dərslərdə də vardır. Dərsdə şagirdlərin təfəkkürünün fəallığına nail olmaq həmişə əsas məqsəd olmuşdur və bu gün də başlıca məqsəd olaraq qalır. İnteraktiv təlimə üstünlük verənlərin əsas kimi dəyərləndirdikləri daxili fəallığa nail olmaq, yəni öyrənənlərin təfəkkürünün inkişaf etdirilməsi tələbi həmişə olmuş və yəqin ki, həmişə də olacaqdır. Lakin ”ənənəvi” adlandırdığımız dərslərdə “quru didaktikizm”, elmiliyə daha çox diqqət ayrılması, motivasiyanın yaradılmaması, frontallıq, emosionallığın zəifliyi, tədqiqatçılığa, fikir müstəqilliyinə yer verilməməsi kimi faktorlar bu tələbin bu günki müstəvidə reallaşmasına imkan verməmişdir. İnteraktiv təlim metodlarından istifadə probleminin hazırda gündəmə gətirilməsi təfəkkürün inkişaf etdirilməsi probleminə bir növ təkan verdi ki, bunu da alqışlamaq lazımdır. Fikrimizcə burada əsas məsələ bu problemin çalarlarının ənənəvi dərslərdə də olması deyil, hazırda təlim prosesində buna müəllimlərin hansı səviyyədə nail ola bildiklərindən ibarətdir.Bunun üzərində dayanmağı lazım bilirik. Təlim və tərbiyənin əsas təşkili forması olan dərs məktəbin bütün fəaliyyətinin mərkəzində dayanır. O, bütün pedaqoji prosesi zəncir kimi bir-birinə bağlayaraq müəllimin yaradıcılığının başlıca aləti kimi özünü göstərir”.(2. səh.54).
     
    Əlli illik elmi pedaqoji fəaliyyətim dövründə daim öyrənmək və  öyrətmək prinsipinə sadiq olmuşam. Arzu edərdim ki, ənənə və müasirlik ifadələrinin bir-biri ilə necə fərqləndiyini hər bir müəllim obyektiv dəyərləndirməyə nail olsun. Müəllimin peşəkarlığı və səriştəliliyi bütün dövrlərdə aktual olmuşdur. Təhsilin keyfiyyətinin  öyrənənlərdə tədris əməyinə maraq yaratmaqdan asılılığı kimi problemlərin həlli qeyri xətti olub müəllimin peşəkarlığı və səriştəliliyi ilə şərtlənir. Bu barədə müxtəlif məzmunda elmi materiallar ölkə daxilində və xaricdə çap olunmuşdur. Milli və bəşəriliklə prof. M. İlyasov “Peşəkar və səriştəli müəllimin digər müəllimdən fərqli və üstün cəhətləri nədən ibarət ola bilər?” sualına uzun illərin elmi-pedaqoji təcrübəsinə əsasən nəzəri və praktik olaraq alqoritmik cavablandırması bir oxucu kimi məndə daxili maraq yaratdı: “Peşəkar və səriştəli müəllim bütün varlığı ilə öz peşəsinə bağlanan, işini sevən, tədris etdiyi fənnini dərindən və hərtərəfli bilən mütəxəssisdir. Onu başqa müəllimlərdən fərqləndirən başlıca cəhət də budur. Fənnini gözəl bilir və yaxşı da öyrədir. Pedaqoji yeniliklərdən xəbərdardır və yeni pedaqoji təfəkkürə malikdir.

    Özünə qarşı tələbkardır və öyrənməyə özündə həmişə ehtiyac hiss edir; Peşəkar və səriştəli müəllim pedaqoji hadisə və proseslərə səriştəliliklə yanaşır, mürəkkəb pedaqoji problemləri ustalıqla həll edir. İstər təlim, istərsə də tərbiyə prosesində meydana çıxan problemlərin həllində fərqli və daha düzgün qərarlar qəbul edir, operativ metodlardan istifadə etməklə onu həll edir; Peşəkar və səriştəli müəllimlər daim yeniliklər axtarması,yeniliyə meylliyi, pedaqoji prosesə yaradıcı yanaşmaları, mövcud pedaqogikanın müəyyənləşdirdiyi müasir yanaşma tərzlərindən məharətlə istifadə etmələri ilə seçilən müəllimlərdir ki, onların tədris etdikləri dərslər və apardıqları tədbirlər də özünün orijinallığı ilə seçilir. Daim yeniliklər axtarışında olmaq, standart hallarda müəyyən yeniliklər etməyi bacarmaq müəllim peşəkarlığında mühüm yer tutur. Təcrübə göstərir ki, müəllim peşəkarlığı yüksək olduqda o, bu peşəkarlığı daha da dərinləşdirməyə, yeniləşdirməyə və daim axtarışda olmağa meyilli olur; Səriştəli müəllimlər təkcə bu gün üçün deyil, gələcək üçün çalışan, planlaşdırdığı işlərin nəticələrini əvvəlcədən görə bilən, hər işdə gələcəyi düşünən, şagirdlərə və pedaqoji prosesə nikbin yanaşan, onların problemlərinə laqeyd qalmayan və uşaqlara öz övladları kimi münasibət bəsləyən müəllimlərdir; Yüksək pedaqoji mədəniyyətə malik olmaq. Belə müəllimlər özünün peşəkarlığı ilə seçilir və bu, peşəkar pedaqoji mədəniyyət kimi müəllimi zənginləşdirir, onun peşəkarlığının və səriştəliliyinin əsl meyarına çevrilir.

    Peşəkar və səriştəli müəllim dərs dediyi şagirdlərə dəyər verir, onları şəxsiyyət kimi qəbul edir; Peşəkar müəllimin nitqi, davranışı, mimikası, pantomimikası təsirlidir, verbal və qeyri-verbal ünsiyyət tərzləri bir-birini tamamlayır. Onun keçdiyi bütün dərslər şagirdlərin beyninə sanki daş üzərində yazı kimi həkk olunur, hətta yaxşı oxumayan və ya oxuya bilməyən şagirdlər də onun dərslərinə maraqla qulaq asır, fəallıq göstər-məyə can atırlar;Peşəkar və səriştəli müəllim özünə, dediyi sözə inamlıdır,şagirdlərinə də inam göstərir. Dediyi sözlərdə, verdiyi qərarlarda özünəinam ifadə olunur. Rəğbətləndirəndə də, cəzalandıranda da obyektivdir, ədalətlidir. Cəza verildikdə uşağın özünü deyil, onun düzgün olmayan hərəkətini tənqid edir”.(2. səh.19-20.) Müəllimin peşəkarlığı və səriştəliliyi qeyd olunan tələblər baxımından formalaşması heçdə asan deyildir. Daim yeniliklər axtarışında olan, standart hallarda müəyyən yeniliklər etməyi bacaran müəllim peşəkarlığında və səriştəliliyində mühüm yer tutanlar ölkədə neçəsinə aid olduğu barədə təhsil ekspertlərinin yanaşmaları maraqlı olar.  Psixoloqlar insanların əmək fəaliyyətinin beş əsas motivlərini müəyyənləşdiriblər:maddi vəsait; işin stabilliyi;həmkarlarla ünsiyyət;peşənin nüfuzlu olması;  öz ixtisasını mükəmməl bilmək (peşəkarlıq). Hər bir peşə növü insan qarşısına tələblər qoyur.    

    Aydındır ki, məktəblilərin, təhsilalanların nəzəri biliklərə, bacarıq və vərdişlərə yiyələnməsi təlim əməyi  nəticəsində reallaşdırılır. Təlim əməyi insanın fəaliyyət və davranışını bəşəriyyətin ictimai təcrübəsinin mənimsənilməsinə, təhsillənməsinə, tərbiyələnməsinə və psixoloji inkişafına yönəldən fəal bir prosesdir. İnsan fəaliyyəti sistemində əmək mühüm yer tutur.(3.səh.54) Dünyanın tanınmış mütəfəkkirləri əmək və insan arasında olan ülvi bağlılığı müdrikcəsinə ifadə etmişlər: “Əmək insanı nəcibləşdirir, onu xeyirxah edir” (Belinski). “Həyatın cövhəri yalnız əməkdir, Zəhmətsiz bir insan nəyə gərəkdir?” (Nizami).  “Əmək həyat lampasına yanacaq tökür, düşüncə isə onu yandırır” (Marks). “Əmək bütün xəstəliklərin ən nəcib loğmanıdır, əməkdən fərəhli heç bir şey yoxdur” (Ostrovski). “İnsan eşitdikləri və dedikləri ilə deyil, əmək və fəaliyyəti ilə kamilləşir” (Edisson).

    İnsanın şəxsiyyət kimi formalaşmasında əmək vasitəsilə tərbiyə (əmək tərbiyəsi) həmişə pedaqoji sahədə tədqiqat aparan alimlərin diqqətini cəlb etmişdir. Təsadüfi deyildir ki, pedaqogikaya dair tədqiqatlarda bu kimi məsələlərə dəfələrlə müraciət olunmuşdur. “Azərbaycanda əməyin və politexnizmin tarixinə dair oçerklər”, “Yeniyetmələrin ailədə əmək tərbiyəsi”, “Uşaq bağçalarında əmək tərbiyəsi”, “Məktəblilərin əməksevərlik tərbiyəsində xalqın əməklə bağlı mütərəqqi adət-ənənələri və fikirlərindən istifadə”, “Kənd ümumtəhsil məktəblərində şagirdlərin ictimai-faydalı və məhsuldar əməyinin səmərəli təşkili yolları” və s. bu kimi mövzularda dissertasiyaların müdafiə olunması problemin son dərəcə aktual olduğunu şərtləndirir.
     



    Şahrza AĞAYEV,
    Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə Fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi






    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ