Azərbaycanın xarici siyasəti sülhsevər siyasətidir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın xarici siyasəti sülhsevər siyasətidir

    Azərbaycanın xarici siyasəti sülhsevər siyasətidir


    Azərbaycanın xarici siyasəti - Azərbaycan dövləti xarici məsələlərdə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Azərbaycan Respublikasında müstəqil siyasət anlayışı SSRİ-nin dağılması, imperiyanın tərkibində olan ölkələrin müstəqillik əldə etməsi ilə eyni vaxta təsadüf edir. Buna qədər digər müttəfiq respublikalarda olduğu kimi Azərbaycan SSR-də də siyasəti Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyi müəyyən edirdi.
               
    1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdi. Bununla da müstəqil ölkənin daxili və xarici siyasətinin əsası qoyuldu. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə qısa müddətdə hakimiyyət dəyişiklikləri baş verirdi ki, bu da xarici siyasətə təsirsiz ötüşmürdü. İlk müstəqillik illərində Azərbaycan BMT, ATƏT kimi mötəbər qurumların üzvü oldu. Eyni zamanda hakimiyyət beynəlxalq neft şirkətləri ilə Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması istiqamətində danışıqlar aparırdı. Müstəqilliyin ilk illərində Azərbaycanda ilk siyasi təsisatlar, partiyalar, qeyri-hökumət təşkilatları yarandı. Əfsuslar olsun ki, ölkə müstəqillik əldə etdiyi illərdə daxildə Dağlıq Qarabağ problemi yaradıldı. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə SSRİ-dən qalma Azərbaycan SSR Konstitusiyası ilə idarə olunurdu və bu zaman Konstitusiyaya müstəqillik haqqında akt əlavə olunmuşdu.  

    Lakin 1995-ci ilin 12 noyabrında yeni Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, Azərbaycanda dövlət quruculuğu, qanunların qəbulu, daxili və xarici siyasətin təsniflatlaşdırılması həyata keçirildi. Azərbaycanın yerləşdiyi regionun geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Burada bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olaraq Azərbaycanın milli maraqlarını önə çəkmək əsas olaraq götürülür.

    Xarici siyasətdə balanslaşdırma siyasətinin əsas olaraq götürülməsi Azərbaycanın yerləşmişdiyi regionun həssas olmasından irəli gəlir. Azərbaycan Respublikasının xarici siyasətinin vəzifələri:
    ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirməkdən ibarətdir.

    Azərbaycanın milli maraqları və mənafeyi ilə həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək önəmlidir. Bu imkanlardan istifadə edərək beynəlxalq sistemdə mövqeyini bərkitməklə
    regionda baş vermiş hər hansı bir gərginliyin və ya münaqişələrin aradan qaldırılmasına səy göstərmək daha asan olar. Xalqın mənafeyinə uyğun xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatını beynəlxalq iqtisadi sistemdə təmsil etmək, xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq və bu kimi təşkilatlarda fəal iştirak etmək də ölkəmizin yürütdüyü siyasətin prioritet təşkil edən məsələlərdən sayılır.
    Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetləri sırasına aşağıdakılar daxildir:
    Azərbaycanın müstəqilliyinə qarşı yönələn bütün təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, postmüharibə dövründə də Ermənistan tərəfindən həyata keçirilən separatizm və işğalçılıq siyasətinin qarşısının alınması və bu məqsədlə bölgədə və dünyada müttəfiqlərin qazanılması;

    Region dövlətlərlə maraqların üst-üstə düşməsini təmin etmə və qarşılıqlı əməkdaşlıq çərçivəsində hərəkət etmək. Bütün bunlar bu regionun həssas olmasından və digər super güc sayılan ABŞ və Rusiyanın bölgədəki ortaq maraqlarını nəzərə alaraqdan həyata keçirilir. Məhz, bu baxımdan balanslaşdırılmış siyasətin yürüdülməsi hal-hazırda məqsədəuyğun hesab edilir. Çünki bu regionda hər hansı bir gərginliyin və ya münaqişənin yaranması, ilk növbədə, böyük enerji ehtiyatlarına və layihələrinə malik olan Azərbaycan üçün arzu olunmaz haldır. Belə hallarda həmçinin ölkənin suverenliyi və milli təhlükəsizliyi təhdid altına düşmüş ola bilər. Bu, nəinki Azərbaycan üçün, həmçinin regionun digər qonşu dövlətləri üçün də səciyyəvi xarakter daşıyır.

    Azərbaycanın Avropa Birliyi sisteminə (AB) siyasi, iqtisadi, mədəni sahələrdə inteqrasiyası da əsas təşkil edir. Burada məqsəd xalqın rifahının təhlükəsiz təmin etmə, xarici kapital və investisiyaların, həmçinin yeni texnologiyaların ölkə iqtisadiyyatına daxil olmasıdır. Həmçinin Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı ilə səmərəli əməkdaşlıqların qurulması da əsas prioritet təşkil edir.
    Azərbaycanın xarici siyasət prioritetləri sırasında həmçinin sivil birgə yaşayış normalarının bərqərar olması, eyni zamanda regionda və dünyada sülhü və təhlükəsizliyi təmin edən BMT, ATƏT, NATO kimi beynəlxalq qurumların fəaliyyətinin artırılmasında yaxından iştirak etmək durur. Ayrı-ayrı regionlarda yaşayan azərbaycanlılarının hüquqlarının qorunması və bunun beynəlxalq hüquq normaları ilə təmin olunmasını prioritetlər sırasındadır. Azərbaycan Respublikası xarici siyasətinin ən önəmli prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Burada əsas olaraq Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq götürülür. Bu məsələ həmçinin Azərbaycanın milli təhlükəsizlik siyasətinə bir başa daxildir. Azərbaycan uzun illərdir ki, Dağlıq Qarabağ problemini həll etmək üçün beynəlxalq qurumlarla əməkdaşlıq edir, məsələnin sülh yolu ilə həllinə nail olmaq istəyirdi. Ancaq bu günə qədər bu məqsədə nail olunmayıb. Məhz buna görə ölkəmiz öz ərazi bütövlüyünü Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi altında hərbi güc tətbiq etməklə bərpa etdi. 30 il işğal dövrü ərzində ilk dəfədir ki Azərbaycan BMT-nin sülh missiyasına Qarabağ bölgəsinə daxil olmaq üçün şərait yaratdı. Bu illər ərzində Ermənistan BMT-nin missiyalarını bölgəyə buraxmırdı.

    Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Birliyi, NATO, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi (MDB), Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Azərbaycan öz enerji siyasətini daha çox qaz faktoru üzərində qurur.

    Hələ 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. 2011-ci ilin yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan arasında «Cənub qaz dəhlizi» haqqında birgə bəyannamə imzalanıb. Avropa İttifaqı ilə Azərbaycan arasında işçi qrup yaradılıb. Hazırda Azərbaycanın xaricdə 64 diplomatik nümayəndəliyi - səfirliklər, beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklər və baş konsulluqlar fəaliyyət göstərir. Bunların 51 səfirlik, 6-sı baş konsulluq, 7-si isə daimi nümayəndəlikdir. Xaricdə çalışan Azərbaycan diplomatlarının ümumi sayı 600-ə yaxındır.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    2. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    3. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    4. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    5. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    6. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    7. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    8. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    9. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    10. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    11. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    12. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    13. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    14. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    15. 20:43 Masallı rayonu Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    16. 15:10 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır Masallıda tədbir
    17. 12:02 Masallı RİH başçısı 19 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    18. 18:49 Masallı Rayon İcra Hakimiyyəti-nin başçısı Araz Əhmədov Öncəqala ərazisində şəhid Malikov Nurlan Dünyamalı oğlunun yenidən qurulmuş məzarını ziyarət edib. 18.02.2026
    19. 16:44 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşın qayğıları ilə yerində maraqlanıb
    20. 15:17 Rayon rəhbəri Öncəqala ərazisində şəhid məzarlarını ziyarət etdi 18.02.2026
    21. 14:52 Masallıda Öncəqala ərazisinin Hüseynhacılı kəndində səyyar qəbul keçirilib
    22. 14:42 BAKI-BELQRAD ƏMƏKDAŞLIQ KÖRPÜSÜ DAHA DA MÖHKƏMLƏNİR
    23. 08:20 Masallıda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılıb
    24. 11:53 Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri olmuşdur
    25. 09:03 İlham Əliyevin Serbiyaya səfəri: Azərbaycan–Serbiya strateji tərəfdaşlığında yeni mərhələ
    26. 19:31 Rayon rəhbəri Sərçuvar kəndində şəhid məzarlarını ziyarət etdi 16.02.2026
    27. 19:28 Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olundu
    28. 12:25 Rəqəmsal inkişaf Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir
    29. 10:16 “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə keçirilib
    30. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    31. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    32. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    33. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    34. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    35. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    36. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    37. 09:07 Ərazi nümayəndəsinin tribunası
    38. 09:05 Allah rəhmət eləsin
    39. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    40. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ