Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib

    Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib


    Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev tədbirdə iştirak edib.

    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.
    Dövlətimizin başçısı Zirvə toplantısında çıxış etdi.O,
    yüksək qonaqpərvərliyə görə qardaş Özbəkistanın Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə minnətdarlığını bildirib.

    Azərbaycan Prezidenti çıxışında demişdir ki,Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram. Əldə olunmuş uğurlar münasibətilə Özbəkistan rəhbərliyini təbrik edirəm.
    O, çıxışında eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycanın təşkilatın işində fəal iştirak etdiyini bildirib.
    Ötən ay ECO Nazirlər Şurasının iclasının Şuşada keçirildiyini deyən dövlətimizin başçısı  həmçinin çıxışında noyabrın 8- də Azərbaycan xalqının Şuşanın Ermənistan tərəfindən təxminən 30 illik işğalından azad olunmasının üçüncü ildönümünü qeyd etdiyini deyib.
    Cənab prezident çıxışında Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun ECO-nun üzv dövlətləri üçün açıq olduğunu ifadə edib. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyduğunu və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini bəyan edib.Hər iki dəhlizin Azərbaycandan keçən hissələrinin tam hazır olduğunu qeyd edib.
    O, həmçinin çıxışında son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulduğunu və bunun 200 milyard dollarının qeyri-neft sektorunun payına düşdüyünü toplantı iştirakçılarının diqqətinə çatdırıb.
    Dövlətimizin başçısı çıxışında  Azərbaycanın ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqləndiyini bildirib.
    Azərbaycan Prezidenti İlham Əliyev çıxışında demişdir:
    "Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, biz bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.
    Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.

    Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək".
    Cənab İlham Əliyev çıxışında bildirib ki,2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi.
    O, çıxışında işğal dövründə Ermənistan Azərbaycanın doqquz şəhərini və yüzlərlə kəndini yer üzündən sildiyini ,İslam dininə məxsus mədəni və tarixi irsimizi dağıtdığını və təhqir etdiyini toplantı iştirakçılarının diqqətinə çatdırdı.O.həmçinin çıxışında 67 məsciddən 65-nin dağıdıldığını, qalanlarının  isə inək və donuz saxlanılması üçün tövlə kimi istifadə olunduğunu bildirib.
    Dövlətimizin başçısı çıxışında cari ilin sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyduğunu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdiyini bəyan edib.
    "Biz ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq.
    Mən bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən ECO-nun üzv dövlətlərinə təşəkkürümü bildirirəm".
    Azərbaycan Prezidenti çıxışının sonunda bildirmişdir:
    " Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır".


    Z.Cavadov,
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ