Böyük Zəfərə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin səkkizinci ildönümüdür » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Böyük Zəfərə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin səkkizinci ildönümüdür

    Böyük Zəfərə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin səkkizinci ildönümüdür



    Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən səkkiz il ötür. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş uğurlu əks-hücum əməliyyatı hərb tariximizə əbədi yazılıb. Azərbaycan xalqının və ordumuzun qəhrəmanlığının nümayişi olan Aprel döyüşləri Vətən müharibəsinin ilkin məşqi və tarixi Zəfərə aparan yolun başlanğıcı kimi dəyərləndirilir.

    Aprel döyüşlərinin gedişinə və tarixi əhəmiyyətinə bir daha nəzər salaq.


    2016-cı il aprelin 2-də Ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

    Aprel döyüşlərinin əsas hədəfləri və tarixi əhəmiyyəti


    Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza ilk böyük qələbə sevinci bəxş etdi.

    Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-hücum əməliyyatının əsas hədəfi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrimizə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı il aprelin 2-nə keçən gecə düşmən bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutmağa başladı. Azərbaycan komandanlığı dərhal adekvat tədbirlər görülməsi ilə bağlı qərar qəbul etdi. Ordumuzun cavab zərbələri ilə düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən çox sayda canlı qüvvə və hərbi texnika sıradan çıxarıldı.

    O vaxt cəbhənin ən gərgin nöqtələrindən biri Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti idi. Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Bununla da Naftalan şəhərinə yarana biləcək təhlükə aradan qaldırılmış oldu. Həmçinin geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi ordumuzun nəzarətinə keçdi.

    Ağır döyüşlərin gedişində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, erməni tərəfinin ölü və yaralı olaraq 800-dən çox hərbçisi zərərsizləşdirildi. Suqovuşan yaşayış məntəqəsinə yerləşən düşmən qərargahı və əsas hərbi hissələri dağıdıldı. Bununla da Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki yolları nəzarətdə saxlamaq imkanı əldə olundu.

    Unudulmayan və yüksək qiymətləndirilən qəhrəmanlıq


    Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri igidliyə görə xüsusi fərqlənən bir qrup hərbçi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə yüksək fəxri ada, orden və medallara layiq görülüb.

    Vətən qarşısındakı xidmətlərinə görə mükafatlandırılanlar arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.


    “Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək”, - Prezident, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə dediyi bu sözlər həmin qələbənin strateji əhəmiyyətini tam dəqiqliyi ilə ifadə edir.

    Onu da qeyd edək ki, Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində mülki əhalinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdışı mümkün oldu. Bu kəndin sakinlərinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunacağına dərin inam yaratdı.

    Azadlığa qovuşmuş ərazilərin əzəli sahibləri Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində öz yurdlarına dönəcəklər. Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün azad olunmuş torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına pənah gətirirlər və bu il bu proses davam edəcək. Bu günədək işğaldan azad olunmuş üç kəndə və iki şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux kəndlərinə, Laçın şəhərinə, Füzuli şəhərinə çoxlu sayda ailələr qayıdıb.

    Aprel döyüşlərindən Vətən müharibəsinədək şanlı döyüş yolu



    Uğurlu Aprel döyüşlərindən ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfərə imza atdı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir.

    Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsində böyük Zəfərə gedən yolda mühüm əhəmiyyət kəsb edir. Səkkiz il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Silahlı Qüvvələrimizin şəxsi heyəti üçün böyük təcrübə oldu. Bu döyüşlər həm də düşmən mövqelərini və onların potensialını öyrənmək imkanı yaratdı. Məhz bu təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı 44 gündə işğaldan azad etdi.

    Qarabağ Zəfərinin davamı olaraq, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı bir günlük uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.

    Ötən ilin noyabrında Xankəndidə keçirilən Zəfər paradı Azərbaycanın gücünün və Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı.


    Səkkiz il əvvəl Lələtəpədə ucaldılan üçrəngli Bayrağımız bu gün Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.

    Son illər şanlı döyüş yolu keçən Azərbaycan Silahlı Qüvvələri hazırda özünün ən qüdrətli mərhələsini yaşayır. Bu yolda mühüm yer tutan Aprel döyüşləri Vətən müharibəsindəki böyük Qələbənin müjdəçisi olan tarix kimi əbədiləşib.












    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    2. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    3. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    4. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    5. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    6. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    7. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    8. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    9. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    10. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    11. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    12. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    13. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    14. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    15. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    17. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    18. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    19. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    20. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    21. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    22. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    23. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    24. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    25. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    26. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    27. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    28. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    29. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    30. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    31. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    32. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    33. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    34. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    35. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    36. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    37. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    38. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    39. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    40. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ