YAP Masallı Rayon Təşkilatı aparatında “Müzəffər Ali Baş Komandan və Rəşadətli Ordu” mövzusunda tədbir keçirilmişdir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » YAP Masallı Rayon Təşkilatı aparatında “Müzəffər Ali Baş Komandan və Rəşadətli Ordu” mövzusunda tədbir keçirilmişdir

    YAP Masallı Rayon Təşkilatı aparatında “Müzəffər Ali Baş Komandan və Rəşadətli Ordu” mövzusunda tədbir keçirilmişdir



    25 aprel 2024- cü il tarixdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı aparatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar  qazi və müharibə veteranları ilə “Müzəffər Ali Baş Komandan və Rəşadətli Ordu” mövzusunda tədbir keçirilmişdir.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin eləcə də Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev bildirdi ki, xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici amillərin sırasında böyük önəm daşıyan liderlik təkcə öz tərəfdarlarını və yaxud da təmsil etdiyi xalqı arxasınca aparmaq qabiliyyəti deyil, o həm də tarix yazan, həmçinin lazım olan anlarda tarixin gedişatını dəyişməyi bacaran şəxsiyyətə məxsusdur. Dünya xalqlarının və dövlətlərinin tarixində onlarla belə nümunələr var. Azərbaycan xalqının da tarixində və taleyində Ümummilli Lider Heydər Əliyevin rolu əvəzsizdir. Şərəf dolu tarixi keçmişimizə əsaslanıb böyük qürur və iftixarla deyə bilərik ki, müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin çoxillik gərgin və uzaqgörən siyasi fəaliyyətinin məhsuludur. Həmçinin əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu siyasətinin nəticəsi olaraq daim gücünü, qüdrətini artıran Azərbaycan Silahlı Qüvvələri qarşısında dayanan mühüm və müqəddəs tarixi vəzifələri şərəflə yerinə yetirərək gücünü, qüdrətini və yüksək döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də bütün dünyaya göstərdi. Gündən-günə güclənən Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ən böyük qələbəsini 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlanan 44 günlük Vətən müharibəsində qazandı.  Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixin qızıl səhifələrinə yazdı. Azərbaycan xalqının iftixar və qürur dolu yeni qəhrəmanlıq salnaməsini yaratdı. 44 günlük Vətən müharibəsinin baş qəhrəmanına, qalib Sərkərdəsinə çevrildi.Sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbədən, bu zəfərin əldə edilməsində Azərbaycan gəncliyinin rolundan  ətraflı şəkildə bəhs etdi. Seyfəddin Əliyev bildirdi ki, Azərbaycan xalqının, dövlətinin və əsgərinin birlikdə qazandığı böyük qələbə uzun illər ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir.

    Azərbaycanın qazandığı bu qələbə nəyi, necə və nə zaman etməyi gözəl bilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin, güclü iradəsinin və qətiyyətinin nəticəsidir.Şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıdan danışan Seyfəddin Əliyev  qeyd etdi ki,  ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinin, sağlamlığını itirmiş qazilərimizin və müharibə iştirakçılarının problemlərinin həlli dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Masallıda da şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür.

    Görüşdə çıxış edən qazi və müharibə veteranlarından Qəzənfərli Talib, Nizami Fərəczadə, Təzə Alvadı tam orta məktəbin hərbi müəllimi, ehtiyatda olan zabit Bəhruz Mehbalıyev və başqaları Ulu öndər Heydər Əliyevin Azərbaycan qarşısında tarixi xidmətlərindən,Vətən müharibəsində əldə olunan zəfərdən və Azərbaycan Ordusunun rəşadətindən ətraflı bəhs etdilər. Sonra son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhid ailələrinə,qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkür etdilər.









    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    2. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    3. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    4. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    5. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    6. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    7. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    8. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    9. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    10. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    11. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    12. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    13. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    15. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    16. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    17. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    18. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    19. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    20. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    21. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    22. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    23. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    24. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    25. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    26. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    27. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    28. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    29. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    30. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    31. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    32. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    34. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    35. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    36. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    37. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    38. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    39. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    40. 18:03 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ