YENİ KİTABLAR » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • YENİ KİTABLAR


    Oxunaqlı hekayələr, novellalar, esselər və…

     Bu günlərdə Bakının “Elm və təhsil” (Bakı- 2024) nəşriyyatında yazıçı - publisist,  Masallı Rayon Agsaqqalar Şurasının sədri Ələşrəf Niftiyevin “Seçilmiş hekayələr, novellalar və esselər” kitabı çapdan çıxmışdır. Müəllifin sayca 18-ci kitabında əsasən 50 ilə yaxın yaradıcılığında yer almış roman və povestlərindən başqa burada  30-dan yuxarı seçilmiş hekayə, novella, esseləri,  rus dilindən bir neçə tərcümə parçası toplanıb. Əlbəttə, demək olar ki, bütün yazılarında Ə.Niftiyevin istinad etdiyi mövzular milli-mənəvi və əxlaqi dəyərlərimizə əməl olunması, uşaqların və gənclərin hərbi vətənpərvərlik, əmək tərbiyəsi, Vətənimizi və torpağımızı sevmək amalları əsas yer tutur. Bir qism gənclərimizi, ailələri cəmiyyətə zidd hərəkətlərdən çəkindirmək məqsədilə məzəmmət edib, nümunələrlə hər kəsə sağlam tənqidlə təsir vasitəsi ədibin arzularıdır. Azərbaycanımızın düşmən üzərində 44 günlük Zəfər qələbəsi, 2023-cü ildə erməni vandallarının və işğalçılarının terror hərəkətlərinə cavab olaraq loyal addımlarla cavab verərək 24 saatdan da bir az  zamanda ərazi bütövlüyümüzün və tam müstəqilliyimizin bərpa olunması şəraitində yaranmış yeni geosiyasi durumda uğurlarımızla qürur duyub, qanun pozuntularına yol verənləri  naqis hərəkətlərdən çəkindirmək məqsədləri və xətti bu toplumda əsas yer tutur.

    Ələşrəf    Niftiyev    1945-ci   ildə   Masallı   şəhərində  anadan   olmuşdur.  1961-ci  ildə  2  saylı   Masallı  şəhər   orta  məktəbini, 1963-cü  ildə    Lənkəran  Pedaqoji   Texnikumunu,  1970-ci  ildə  M. F. Axundov  adına  Azərbaycan  Dövlət  Xarici  Dillər   İnstitutunun  rus  dili  fakultəsini   bitirmişdir.
    Əvvəllər  pedaqoji  sahədə   çalışmış, müxtəlif  fəxri   adlara   və  təltiflərə  layiq  görülmüşdür.  1968 – 74 - cü  illərdə   Masallı   rayon  Komsomol   Komitəsində  təşkilat   şöbəsinin   müdiri, sonradan  I katib   vəzifəsində  işləmişdir. İki  il   Masallı  rayon  Partiya  komitəsində  təşkilat – partiya  işi  şöbəsində, 1976-77-ci  illərdə  yerli  “ Çagırış” qəzetində   şöbəyə   rəhbərlik  etmişdir.  Rayon  və  şəhər sovetlərinin  deputatı seçilmişdir.
    1993- 2009- cu  illərdə  16  il Masallı  rayon  İcra  Hakimiyyəti  başçısının  humanitar  məsələlər üzrə  müavini  vəzifəsində   işləmişdir.

    Azərbaycan  Respublikası  Prezidentinin   22  iyun  2007–ci il tarixli    sərəncamı ilə  dövlətqullugunda  uzun  müddət  səmərəli  və  qüsursuz  fəaliyyətinə  görə   III dərəcəli  “ Vətənə xidmətə görə  “ ordeni  ilə   təltif  edilmişdir. Bu yaxınlarda ölkənin daha bir yüksək medalı - “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub. Azərbaycan   Yazıçılar  və  Jurnalistlər   birliyinin  üzvü, “Qızıl   qələm “ və  H.B. Zərdabi  media  mükafatı  laureatıdır. Tanınmış  ədib  və  ictimai  xadimdir.  Masallı  Rayon Agsaqallar  şurasının  sədridir.
    Kitab “Ön söz əvəzi”, “Toydan bəhrələnmiş ağamız”, “Yuxudakı tamaşa”, “Uşaq necə əlaçı oldu”, “İddiadan imtina”, “Xeyirli müdir təyinatı”, “Yeməkdən xeyli baha çay pulu”, “Axtarma məni”, “Toy başlamamış dava”, “Adqoyma əhvalatlar”, “Yoxa çıxmış qız”, “Lətifələr”, “Mənim anam”, “Nə əkərsən, onu da biçərsən”, “Sizə əsa alacağam”, “Bala, bunlar dost deyil”, “Paslı açarın sirri”, “Heç, bank məsələsi”, “Baş daşı əvəzinə ibrət dərsi”, “Seyid Sadıq ağa”, “Naşıya zurna verəndə”, “ ... Başa bəla araqarışdıranlar”, “Səhv düşəndə yerimiz”, “Allah verən ömrü”, “Deputlığa seçkiyə getsəm”, “Qocalıq yaxşıdır, amma...”, “Orda elə, burda belə”, “Axırda mollalıq” və “Qələbə gününə məktub” mündəricatından ibarətdir.

    Müəllif kitabın “Ön söz əvəzi”ndə yzır ki, 100-ə yaxın hekayə, novella, esselər və 200-ə yaxın publisist yazılarımda, roman və povestlərimdə çalışmışam ki, yaşlı və təcrübəli yaradıcı insan, ağsaqqal kimi ömrüm boyu mənim üçün müqəddəs və zəngin həyat tərzimə, iş üslübuma söykənərək haqq-ədalət, mərhəmət, qayğıkeşlik və diqqətlilik, bunlarla yanaşı prinsipial mövqe və sağlam tənqidi ruhdan ayrılmayım. Müasir cəmiyyət quruculuğunda dinimizə, milli adət-ənənələrimizə xor baxanlara, məktəbli, yeniyetmə gənclər, bəzən də lap orta və daha yuxarı yaşlılarda da rast olunan xeyli kəm-kəsir addımlara  göz yummamaq və belə antipodlara münasibət bildirməməyi  boyuk qəbahət sayıram. Muharibə və münaqişələrə rəvac verənlərə, narkomaniyaya, ailə təməlinə, gündəlik həyat tərzimizə kölgə salanlara nifrət hissim var. Ölkəmizin inkişafına xələl gətirən faciələrin törənməsinin qarşısını vaxtında almaq hamının vətəndaş borcu olmalıdır. Belə xeyirxah məqsədlərə töhfə verən hər bir insan şəxsən mənim üçün ibrətamiz nümunə, əsl insan, vətəndaş və əqidəli şəxsiyyətdir. Məsələn, öz həyatımda rastlaşdığım bir  neçə epizoda diqqətinizi çəkim: 8 oğul övladı olan imkansız və kasıb ailədə doğulmuşam...
    Ələşrəf müəllimin kitabını vərəqlədikcə biri-birindən maraqlı bədii yazıların, hekayələrin şahidi olursan. Müəllifin dili sadə, oynad və obrazlıdır... “

    ...Baxmayaraq ki, dikbaş idi. Dürüst hesabatları, yaxud pripiska (şişirtmə) əməliyyatlarını, maliyyə və mühasibat işlərini heç də qeyrilərindən pis bilmirdi. Lap gündəlik dolanışıq yollarını, qonaq-qara qəbul edib yola salmağı, məclis, dialoq aparmaq səriştəsi də yerində idi. Elə müdir dəyişikliyi baş verən ərəfədə layiq olmayan kəslər onun perspektivini pozmaq məqsədilə kollektivdə bilərəkdən dedi-qodu yaradır, baş aqronom Əliağa barədə nufuzunun aşağı salınmasına rəvac verən olaylar düşünüb bilə-bilə yalandan xəbər ötürürdülər. Məsələn, toy-büsatlarda, tədbirlərdə içirdib lətifələr söylətmək, bir yerdə kollektiv üzvlərini rəqsə dəvət etmək, hərdən zənən tayfasından qonaq-qara, müxbir-zad gələndə beş-on manat təşkil edib pulsuz başa gəlsin deyə belə hallarda onları da özləri ilə məcislərə aparırdılar. Beləcə, tez bir tanış demaqoq tapıb göndərərdilər birinci katibin qəbuluna ki, idarə batır, planlar yerinə yetirilmir, məntəqə mövsümə hazır deyil, bu boyda təşkilat başsız qalıb, müvəqqəti də olsa tapşırıbsınız bir bambılıya, o da işdə tapılmır, elə gündə dağların qoynunda yeyib-içir, toylarda sərxeyirlik edir... Biabır olmuşuq. Bizə ciddi, abırlı bir adam verin. Belə getsə nəinki öhdəlik, heç plan da yerinə yetirilməyəcək, bu işin axırı yaxşı olmaz. Bir gün bizi də işdən çıxarar, ya da məsuliyyətə cəlb edərlər.
    Son bir-iki gündə Əliağa Əliyev yenə də idarəyə gələndən axşama qədər işçilərlə xoşluqla salamlaşar, xoş rəftar edər, hər kəsə bir replika atar, çoxdan orada işləyən katibəyə bir-iki ədəd şokolad tullayar, baş mühasibi və kassiri çağırar ki, vay, dədə vay, bu gün iki yerdə toy var, neyləyəcəyik? ... Sovxoz direktoru Kərim Mirzəyev çörək verən kişidir. Deyirlər, oğlunun toyuna yaxşı içki, yemək-zad hazırlayıb.

    Müğənnilər də Bakıdandır. Yaxşı məclis olacaq, gedin, axşamçağına görün nə edirsiniz... - deyə gileylənərdi.
    Axşam saatları yaxınlaşırdı. Müvəqqəti müdir əvəzi həyətdə kölgədə oturub pürrəngi çay qabağında işçilərlə domino oynayırdı ki, birdən katibə Yasəmən xala pəncərədən başını çıxarıb: "Ay yoldaş Əliağa müəllim, sizi raykomdan telefona çağırırlar", - qışqırdı.

    -Yenə bəlkə qonaq gəlib? Toyu necə eləyəcəm? Elə qonağı da ora apararıq, hə necədir xəzinədar Əbülfəz kişi?
    -Görək də,-deyə kassir dilləndi.
    Dəstəyi ehtiyatla götürəndə raykom katibinin səsini tanıdı.
    -Kollektivi yığ, saat 18.00-da yeni müdiri gətirib təqdim edəcəyik.

    Əliağa kişinin başı gicəlləndi, ürəyi sancdı, "toy da qaldı", - deyə müdir əvəzi öz-özünə sanki sayıqlayırdı, məni indi toya kim yola salar ki, yenə də bəxtim gətirmədi... Allah bilir, yenə hansı nadanı müdir verəcəklər, gəl beləsiylə işlə də...  («Xeyirli müdir təyinatı»).

    Yaxud “Axtarma məni...” hekayəsində yazır: “...Yay ayları idi. Artıq 9 ayda xeyli kökəldilmiş, çəkisini artırmış, kəsilməsinə az müddət qalmış cöngə naxırdan evə qayıtmır. Ailəliklə gecə yarısınadək nə qədər sorğu-sual, axtarış aparılsa da dana tapılmır ki tapılmır. Əlbəttə, itki pis şeydir, xüsusilə də xoş niyyətə tutulmuş paydan məhrum olasan.

    Ertəsi gün səhər tezdən sanki qrafik üzrə tez-tez rayon mərkəzinə gəlib-gəzmək şakərində olan ailə başçısı dananın tapılması üçün evdəkiləri yenə də səfərbər edir. Ayrı-ayrı istiqamətlərə axtarışa göndərir. Yola düşəndə bir də görür ki, həyətə toy dəvətnaməsi gətiriblər. Özü də həmin gün rayonun mərkəzində şadlıq sarayında keçiriləcək toya. "Rəngsaz yoldaşımın oğlunun ziyafət məclisində iştirak etməkdən ötrü mən getdim rayona. Axşam da toyda olacağam. Evə gec gələrəm. Cöngəni tapsanız, əl telefonuma zəng vurarsınız," - deyə bir az narahat tərzdə kişi evdəkilərə tapşırıq verdi.
    Hava çox bürkülü və isti olduğundan Zərbəli günorta vaxtı bir az sərinlənmək və toxtamaq məqsədilə adəti üzrə görüşdüyü bir neçə dostunun pivə içmək təklifini rədd etmədi. Gedib bazarın aşxanasında başını bir az dumanlandırdı. Üz vurduqlarından arada sağlıqlara qoşulub yüz qram arağı da üstündən gillətdi. Axı, pivə ilə sağlıq getmir... Sonra başladı danışmağa ki, son günlər işləri yaxşı getmir. Ordudan tərxis olmuş uşağın toyuna cöngə bəsləmişdi, itib -yoxdur: dərdindən içdi, axşam da toy-filan...

    Birazdan şadlıq sarayındakı xoş ovqat yaradan zurna-qaval səsi, atəşfəşanlıq, şux rəqslər, gücləndiriciyə qoşulmuş zərb alətlərinin qulaqbatıran hay-küyü ustanın onsuz da dünəndən "zəhərlənmiş" ab-havasını və bugünkü hal-əhvalını bir az pozur, içkili ovqatını xarablayırdı. Dananın dərdi üstəlik onu bərk qıcıqlandırırdı. Düşündü ki, məclisdən çıxanda polis növbətçisinə ərizə ilə müraciət təqdim edər. Ancaq yadına saldı ki, kənddə sahə müvəkkilinə artıq məlumat verib də...”
    Yeni kitabda müəllifin rus dilindən (Forrest Akkerman «Yoxa çıxmış qız», «Sadə lətifələr») tərcümələri də yer almışdır:
    – İndiki gənclər yaşlı adamlara heç bir hörmət-izzət göstərmirlər, - deyə tramvayda oturmuş bir vətəndaş təəccüblənir. Siz bununla nə demək istəyirsiniz? - deyə onun qarşısında ayaq üstə dayanmış gənc heç bir şey anlamır.
    Mən ki, öz yerimi sizə verdim. Düzdür, ancaq arvadım isə hələ ayaq üstədir.

                                             ***
    -Sən eşitmisənmi ki, artıq səssiz uşaq arabaları çıxıb? İlahi! Nə olaydı səssiz uşaq buraxmağa da başlayaydılar!..

                                                   ***
    - Məni xora qəbul edin, vallah, anam deyir ki, mənim çox yaxşı səsim var. -Bu azdır, - deyə xormeyster cavab verir, - Qonşulardan da zəmanət gətirmək lazımdır.

                                             ***
    - Pencəyinin yaxasındakı bu nişanlar nədir? deyə nənə nəvəsindən soruşdu.
    Bu o deməkdir ki, mən iki institut qurtarmışam, nəvə fəxrlə cavab verir.
    Nənə təəəccüblənir:
    - Gör necə kütsən ki, səni birində öyrədə bilməyiblər.

                                 ***
    Bizim çox gözəl itimiz var! O heç kimi evə yaxınlaşmağa belə qoymur. Həmin dəqiqə bizi xəbərdar edir. -Hürür? Xeyir, divanın altında gizlənir yatır.

    Maraqlı olsun deyə oxuculara Ə.Niftiyevin bir portret yazısını təqdim edirəm: Seyid Sadıq Ağa: «Bu köç gedir, ancaq haçansa yenə də qayıdacaq. Ötən dövrlərdə çox şey dəyişib, dəyişir və gələcəkdə yenə də dəyişikliklərə məruz qalacaq. Asanlaşma, çətinləşmə, problemlər, islahatlar və sair davam edəcək, çünki dünya, millətlər tərəqqi və inkişaf addımları ilə yaşayır. Çoxları bizə baxır, biz də onlara. Həyatda bir deyim də səslənir: gör-götür, yaxşısını ötür. Ona görə də bu hekayəni  yazmaqda yeganə məqsədim göstərdiyim məqamları üstün tutub, oxucuya çatdırmaqla əqidəmi və iradəmi səmimi şəkildə ortaya qoymaqdır. Oxuyun, faydalanın, yaxşılardan nümunə götürüb Vətənin, millətin keşiyində sevgi və sayğı, namus və qeyrətlə çalışaraq, xidmətdə yaxşıl, hörmət qazananlara sağlığında dəyər verin. Milli-mənəvi xəzinəmizə xələl gətirən və yad olan, ülvi məqsədlərimizə kölgə salmaq istəyən xəyanətkarlara, azərbaycanlı adını aşağılayan nadürüstlərə ən kəskin silah olan ağsaqqal sözümüzü vaxtında deyək ki, günah boynumuzda qalmasın.

    Bu yaxınlarda Masallıda foto xidmətindən istifadə edərkən İldırım və Firdövsinin atası və babası Söhbət Ağayevdən irs qalmış sənətini yaşadan foto- atelyedə bir portret şəkli diqqətimi çəkdi. Həmin pirani, bir az da baməzə ifadələri hər kəsdə rəğbət və təskinlik taparaq, vəhylə camaatın ondan kömək istədiyi Seyid Sadığın divardan asılmış portreti gözümə sataşdı. Şəklin altında onun məşhur və hamıya şox tanış olan "Kişi var?" sualına sonradan "Kişi var!" nida durğu işarəsi qoyulmuş yazıya rast gəldim. Görünür, ömrü boyu əsl kişi axtarışında yaşayan, arayıb-tapmaq qayğılarında bulunan bu müqəddəs ağamız Seyid Sadıq ömrünü başa vurandan sonra belə, əvvəlki kimi bu qeyrətli kişi axtarışında ruhən öz əqidəsində yenə də hökmlüdür. Ona görə də yerində olaraq hamıya bu nida ilə tutarlı cavab vermək istəyirmiş və rastlaşdığı adamlara "Kişi var?" deməkdə, müqəddəs ruhu ilə yenə də iddiadadır. Əlbəttə, bunu başa düşmək çətin deyil ki,  nida işarəsi adamların Seyid Sadığa inamının heç vaxt tükənməyəcəyinin ifadəsidir.

    ….Ə.Niftiyevin hələ mətbəə qoxucu itməyən kitabının redaktoru “Yeni həyat” (Masallı) qəzetinin və eyni adlı saytın Baş     redaktoru, AJB-nin və RF Jurnalistlər İttifaqının üzvü Əlihüseyn Şükürov, məsləhətçisi ağsaqqal Həsənağa Əliyev, rəyçisi AJB-nin üzvü İbrahim Şükürov, tərtibçi və korrektoru AJB-nin üzvü Südabə Məmmədovadır.
    Yeni nəşr 154 səhifədən ibarətdir.










    İbrahim ŞÜKÜROV,
    Masallı Rayon Agsaqqalar Şurasının mətbuat katibi,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    2. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    3. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    4. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    5. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    6. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    7. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    8. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    9. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    10. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    11. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    12. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    13. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    14. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    15. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    17. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    18. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    19. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    20. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    21. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    22. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    23. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    24. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    25. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    26. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    27. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    28. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    29. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    30. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    31. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    32. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    33. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    34. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    35. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    36. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    37. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    38. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    39. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    40. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ