“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA

    “Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA

     
    Masallıda jurnalist-publisist Akif Ağayevin “Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimat mərasimi keçirilib.
    Dünən, iyunun 6-da Masallı Gənclər Evində təşkil olunan tədbirdə rayon rəsmiləri, idarə-müəssisə rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı sakinləri, ağsaqqal və ziyalılar, şair və yazıçılar, gənclər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Tədbiri giriş sözü ilə açan “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehdiyev kitabın müəllifi – Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yeni həyat” ictimai-siyasi qəzetinin baş ədəbi işçisi, “AZpressTİMES.info” saytının redaktoru, tanınmış jurnalist-publisist Akif Ağayevin yaradıcılığı və “Fitrətimizdədir vətənpərvərlik” kitabı barədə qısaca məlumat verib. O, bildirib ki, filologiya elmləri doktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Vaqif Yusiflinin ön söz yazdığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Arif Fərzəlinin redaktoru olduğu kitabda I və II Qarabağ müharibəsində, eləcə də antiterror əməliyyatları zamanı ölümü gözə alan şəhid və qazilərimizin şərəfli ömür yolu barədə, eləcə də vətən¬pərvərlik mövzusunda digər yazılar yer alıb.

    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Əməkdar jurnalist, yazıçı-publisist Zakir Abbas, “Masallı ziyalıları” İctimai
    Birliyinin sədri Qardaş Fətullayev,  Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Rəşad Nadirov, Şuşa şəhər sakini Rafiq Abbasov çıxışlarında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun rəşadəti ilə qazanılan böyük Zəfərdən danışıb, qələmi ilə müsəlləh əsgərə dönən yazarlarımızın rolunu, o cümlədən  Akif Ağayevin qələmə aldığı yeni kitabını yüksək dəyərləndiriblər.

    Kitabın bədii məziyyətlərindən və ictimai-siyasi əhəmiyyətindən bəhs edən natiqlər bu cür nəşrlərin gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında, Azərbaycan salnaməsində yeni tarix yazan qəhrəman oğullarımızın tanıdılmasında önəmliyini vurğulayıblar.
    İki şəhid – Nurlan və İntiqam Əsgərli qardaşlarının anası Ziba Əsgərova övladları ilə bağlı xatirələrini bölüşüb, kitabın müəllifinə, nəşrinə dəstək olanlara təşəkkür edib.

    Müəllif Akif Ağayev bu müqəddəs missiyanı hər bir yurdsevər yazar kimi özünün də mənəvi borcu kimi səciyyələndirib, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yazılan kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
    Kitab müəllif imzası ilə tədbir iştirakçılarına paylanıb.



















     
    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ