Mərkəzi Kitabxanada yazıçı-publisistlə görüş » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Mərkəzi Kitabxanada yazıçı-publisistlə görüş

    Mərkəzi Kitabxanada yazıçı-publisistlə görüş



    İyunun 21-də Masallı rayon Mərkəzi Kitabxanasında rayon Ağsaqqallar Şurasının təşəbbüsü,  Mərkəzi Kitabxananın təşkilatçılığı və dəstəyi ilə Azərbaycan Yazıçıları və Jurnalistləri birliklərinin üzvü Ələşrəf Niftiyevin anadan olmasının 79-cu ildönümü və  “Hekayələr, novellalar və esselər” kitabının təqdimatı keçirilib. Tədbirdə rayon ziyalıları, mətbuat və ictimaiyyət nümayəndələri, kitabxana əməkdaşları iştirak ediblər. Tədbir başlamazdan öncə müasir Azərbaycanın qurucusu Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
       
    Tədbirdə açılış nitqi ilə çıxış edən tanınmış jurnalist, “Tərəqqi” medallı Əyyub Mehdiyev yazıçı, ictimai-siyasi xadim Ələşrəf Niftiyevin ömür yolu və bədii yaradıcılığı haqqında söz açıb. O, bildirib ki, tanınmış ziyalı, yazıçı-publisist, Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, kadr təyinatında təcrübə və peşəkarlığa  görə ölkəmizin ən çətin vaxtlarında Ə. Niftiyevə etimad göstərilərək  rayon rəhbərliyində yüksək vəzifəyə layiq görülüb.
     
    Sonra Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Zakir Abbas şəxsiyyətinə və yaradıcılığına dərindən bələd olduğunu  qeyd edərək Ələşrəf Niftiyevi ad günü münasibətilə təbrik edib. Vurğulayb ki,əmək fəaliyyətinə orta məktəbdə müəllim kimi başlayan Ə. Niftiyev öz çalışqanlığı və istedadı sayəsində həyatda arzuladığı yüksək mövqelərə nail olub. Məhsuldar yaradıcılığını indiyədək 19 kitabla zənginləşdirən yazıçı ən çətin ədəbi sahələrdən biri olan  publisistika janrında da  qələmini  sınayaraq uğur qazanıb.
     
    Yazıçı-tədqiqatçı, publisist Xodaşirin Cəbiyev, şairə Meysəba Aslanova, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi  Əntiqə Tağıyeva, Ağsaqqallar Şurasının üzvləri Səyyad Quliyev, Əfqan İbrahimov və Fəxrəddin Sadıqov yazıçının ədəbi yaradıcılığının xüsusiyyətləri, rayonun ictimai-siyasi həyatında göstərdiyi çoxsaylı  xidmətlərindən söhbət açaraq barəsində xoş sözlər söyləyiblər.

    Kitabxananın direktor əvəzi Zamin Məmmədov çıxışında Ə.Niftiyevin əməyinə dövlətimiz tərəfindən yüksək qiymət verildiyini vurğulayaraq onun  müxtəlif orden və medallara, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2007-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə lll dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb.

    Tədbirdə yekun nitqi ilə  çıxış edən  Ələşrəf Niftiyev Azərbaycanın bu günki inkişafının qarantı olan, xalqımızın içərisindən yetişən ən böyük şəxsiyyətlərdən biri olan Heydər Əliyevin dövlətçilik qarşısında xidmətlərini yüksək dəyərləndirib. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə işləməsini öz karyerasının ən önəmli səhifəsi adlandırıb.Hər zaman yaradıcılığına həsr olunmuş tədbirlərin təşkilində fəallıq göstərdiyinə görə Mərkəzi Kitabxananın rəhbəri və kollektivinə təşəkkür edib.
























    İBRAHİM   ŞÜKÜROV,  
    Masallı  Rayon  Agsaqqallar  Şurasının  mətbuat  katibi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    2. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    3. 14:19 QANLI YANVAR
    4. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    5. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    6. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    7. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    8. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    9. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    10. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    11. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    12. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    13. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    14. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    15. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    16. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    18. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    19. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    21. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    22. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    23. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    24. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    25. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    26. 09:01 Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. 
    27. 14:19 Həsənli və Təklə kəndləri ərazisindən keçən suötürücü kanal təmizlənmişdir
    28. 09:42 Masallıda 2025-cü ilin yanvar ayına olan səyyar-görüş qəbulları barədə
    29. 17:35 Rayon rəhbəri Xoşçobanlı kəndində Vətən Müharibəsi şəhidi Məmmədağa Bağırovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    30. 17:25 Masallıda vətəndaşlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri tərəfindən qəbul edildi
    31. 14:04 Masallıda rayon rəhbərinin 25 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 21:09 Bala Təklə də içməli su ilə təmin edildi 
    33. 18:24 Masallıda tədbir: “Vətənin bütövlüyü – sözün qüdrəti”
    34. 17:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 24.12.2025
    35. 17:04 Rayon rəhbərinin Alşanlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidinin ailəsinə diqqəti
    36. 17:01 Rayon rəhbəri Birinci Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 24.12.2025
    37. 16:57 Masallının Birinci Səmədxanlı ərazisinin Alışanlı kəndində 24 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    38. 20:19 Azərbaycan Prezidentinə yazırlar
    39. 14:59 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 23.12.2025
    40. 16:28 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm və əlamətdar mərhələ təşkil edir
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ