“Çiçəklər kralı”nın “yaşıl avtoqrafı” » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Çiçəklər kralı”nın “yaşıl avtoqrafı”

    “Çiçəklər kralı”nın “yaşıl avtoqrafı”


    Onu öz adı ilə çağıran yoxdur. Hamı Rauf Rəhimlini “Çiçəklər kralı” kimi tanıyır. Bəziləri qısaca “kral” deyə də müraciət edirlər. Bu adı ona təsadüfən verməyiblər... Bir qızılgül kolunda 22 rəngdə gül yetişdirən, bir limona 7 cür sitrus meyvələri calaq edən bu təbiət vurğununu başqa necə adlandırasan?

    Ötən əsrin 70-ci illərində Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində onun becərdiyi gül-çiçəyi görənlər heyranlıqlarını gizlədə bilmə­yiblər. Ona bu adı o vaxt sərgini ziyarətə gələn SSRİ Elmlər Akademiyasının, Səhiyyə Nazirliyi­nin, Baş Apteklər İdarəsinin rəhbərləri veriblər.

    Rauf Rəhimlinin təkcə ana təbiətə, ağaclara, güllərə-çiçəklərə deyil, ətrafda bizi əhatə edən nə varsa, hamısına özəl, daha doğrusu, fəlsəfi ya­naşması var. Bəlkə də belə olmasaydı, Xəzərin xəzri, dənizdən əsən gilavarların at oynatdığı Ab­şeronun qumsal torpağında hər addımından, hər qarışından gözəllik boylanan cənnət guşəni necə yaratmaq olardı?

    “Kral”ın bağı

    Təsadüfən Novxanı–Corat yolundan keçənlər buranı istirahət guşəsi, restoran və ya hotelə ox­şadırlar. Müxtəlif ekzotik ağacların, şəlalələrin, su şırnaqlarının, üzündə nilufər çiçəyi gül açan, için­də balıqlar üzən kiçik gölməçələrin, yerə düzülmüş əsrarəngiz daşların həyətdə yaratdığı gözəllik ən daşürəkli müsafiri də biganə qoya bilməz.

    Həyət o qədər də böyük deyil – haradasa 2 400 kvadratmetr (0,24 ha), amma həyət sahibi çox böyük ürək və zövq sahibidir. Burada əzva­yın 15, kaktusun 50, qızılgülün 150-yə qədər növü var. Bağda, özü demişkən, jenşendən valeriana qədər hər çiçəklə rastlaşmaq olar.

    “Kral”ın evi də elə buradır, lakin onun rəng­bərəng balıqqulaqlarından ibarət evinin divarları da sənət əsəri təsiri bağışlayır. Divarlarda müxtəlif fiqur və təsvirlər, evin içərisindəki əşyalar, burada­kı özünəməxsus dizayn göz oxşayır. O, həyətdəki bu qeyri-adi otaqlara da uyğun adlar verib: “Mek­sika papağı”, “Robinzonun otağı”...

    Bir ağacda 104 meyvə

    O, Vətənin torpağını, havasını, gülünü-çiçəyini deyil, daşını da çox sevir. Əbəs yerə deyil ki, onun yaratdığı gözəlliyin bir hissəsi də daşlarla əlaqə­dardır. “Pis gül yoxdur, pis bağban var”, – deyən Rauf Rəhimli əlavə edir:

    – Yabanı halda bitən bir bitkidən məhsul almaq üçün ona mütləq calaq vurmalısan, qulluq etmə­lisən, təxminən, 3 il gözləməlisən. Bir gülün rən­gini, nəslini dəyişmək üçün 3 il, bəzən 7 il zəhmət çəkmək və gözləmək lazım gəlir. Bu isə səbir, bilik və məhəbbət tələb edir.

    Bir limon ağacından 104 meyvə almaq da, gö­rünür ki, bu səbrin, biliyin və sevginin nəticəsidir.

    Masallıdan Abşerona

    O, ötən əsrin 1990-cı illərinin əvvəlindən eti­barən bağ salmağa başlayıb. Bakı Dövlət Uni­versitetinin kimya-biologiya fakültəsini bitirəndən sonra Masallıda aptekdə işləyib, sonra 770 nöm­rəli “Yaşıl aptek”in sahibi olub. Onun becərdiyi, yetişdirdiyi güllərin sorağı ilə çoxları Masallıya üz tutub. 1970-ci illərdə Bakıda Dənizkənarı Bulvar­da keçirilən sərginin iştirakçısı olub. Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə yolu da bu­radan başlayıb.

    Rayonda yaratdığı füsunkar gözəlliyi iqlim, hava şəraiti və təbiətlə əlaqələndirənlər olub. Subtropik iqlimə malik olmayan Abşeron yarımadasın­da belə bir bağ salmaqla gözəlliyi hər yerdə yarat­mağın mümkün olduğunu öz əməli ilə sübut edib.

    Torpaq üzərində yaşıl izlər

    “Elə insanlar var ki, var-dövlətinin, torpağının çoxluğu ilə öyünür: “Filan yerdə bu qədər torpa­ğım var, filan ərazidəki torpaq mənimdir”. Amma onlar bir şeyi unudurlar ki, torpaq bizim yox, biz torpağınıq. Bəs üstündə yaşadığımız, qonaq oldu­ğumuz bu torpaqda biz hansı izləri qoyuruq?”, – deyə “çiçəklər kralı” sual verir.

    Ömrünü, həyatını torpaq üzərində gözəlliklər yaratmağa sərf edən “çiçəklər kralı”nın bağını müxtəlif ölkələrin səfirləri, diplomatlar, təbiət vur­ğunları ziyarət edib, ona gül-çiçək, dibçək hədiyyə edənlər də olub. Haqqında film və verilişlər çəkilib.

    Novxanıda saldığı bağ, bağdakı gözəlliklər, burada əkdiyi daş palıd, müxtəlif ekzotik ağaclar, yetişdirdiyi gül-çiçək ömrünün səkkizinci onilliyini yaşayan gözəllik vurğunu Rauf Rəhimlinin bu dün­yada qoyduğu ən gözəl avtoqrafdır...


    Süleyman QARADAĞLI
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    2. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    3. 10:25 Bələdiyyə sədri
    4. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    5. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    6. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    7. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    8. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    9. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    10. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    11. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    12. 14:35 Yeni şeirlər
    13. 10:59 Perspektivli idmançıların aşkarlanması
    14. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    15. 15:56 100 illik ömrün işığı
    16. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    17. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    18. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    19. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    20. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    21. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    22. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    23. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    25. 14:19 QANLI YANVAR
    26. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    27. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    28. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    29. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    30. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    31. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    32. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    33. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    34. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    35. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    36. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    37. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    38. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    39. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    40. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ