Ələt Beynəlxalq Dəniz Ticarət limanı regionun yaşıl ticarət məkanına çevrilir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ələt Beynəlxalq Dəniz Ticarət limanı regionun yaşıl ticarət məkanına çevrilir

    Ələt Beynəlxalq Dəniz Ticarət limanı regionun yaşıl ticarət məkanına çevrilir

           
     Azərbaycan iqtisadi və siyasi inkişaf xəttinin son dövürlərində  ticarət limanının yaradılması ilə bağlı  geniş miqyaslı işlərin  getdiyi hər birimizə yaxşı məlumdur.  Artıq bir neçə illərdir  layihələndirmə işləri görülmüş, yerin seçilməsi ilə bağlı tədqiqatlar aparılmışdır. Məkan ,yer kimi Ələt limanının  seçilməsi də təsadüfi xarakter daşımır. Həm dənizin bu hissəsindəki məqbul şərait, eyni zamanda, ərazinin bütün magistral avtomobil yolları ilə bağlı olması, əlbəttə ki, bu yerin seçilməsində xüsusi rol oynamışdır. Bakının bu bölgəsindən şimal, cənub və qərb istiqamətlərinə çox rahatlıqla avtomobil bağlantısı vardır və dəmir yolunun mövcudluğu, əlbəttə ki, bu yerin seçilməsində mühüm rol oynamışdır.
       
    Bir neçə il bundan əvvəl ölkə başçımız cənab İlham Əliyev Ələt Beynəlxalq Dəniz ticarət   limanın tikilməsi qərarını verdi.  Bu ticarət limanənın İnşaatında yerli və xarici mütəxəssislər iştirak edir. Yeni regionda yeganə və ilk  yaşıl ticarət limanında ən yüksək standartlar  tətbiq olunub. Ələt  Beynəlxalq Dəniz Ticarət limanı öndəki zamanda Azərbaycanda güclü nəqliyyat və logistika mərkəzi yaradılmasına böyük təkan verən bir tikilidir.
         
    Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (paytaxtın Qaradağ rayonu) 14 may 2018-ci ildə açılış mərasimində Prezident İlham Əliyevin nitqi bir daha ölkə rəhbərliyinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə və Azərbaycanın tranzit imkanlarının artırılmasına yüksək önəm verdiyinin sübutudur. 2010-cu ilin noyabr ayında kompleksin təməli qoyulmuş, 2014-ci ilin sentyabr ayında əsas bərə terminalı istifadəyə verilmiş, yanvar 2018-ci ildə - Ro-Ro terminalı, həmin ilin may ayında isə bütövlükdə kompleksin açılışı baş tutmuşdur. Limanda 12 bərə var. Bərələrin ümumi uzunluğu təxminən 2100 metrdir.   Ən müasir mühəndislik yeniliklərindən biri olan dəmir-beton konstruksiyanın istinad divarının uzunluğu 1777 metrdir. Limanda, Ro-Ro (rampa bölməsinə yaxınlaşan gəmilər yüklərini boşaldacaq) tipli gəmilərin yanalması üçün 2 bərə, yeddi bərədən ibarət universal konteyner terminalı, iki bərə körpüsü, həmçinin gəmilər üçün xidməti yanalma körpüsü tikilmişdir. Kanal və akvatoriya Xəzər dənizində üzən bütün növ gəmilərin limanına pulsuz giriş imkanı verir.
       
    Yeni Beynəlxalq Limanın yük daşıma qabiliyyəti 15 milyon tondur, növbəti mərhələdə 25 milyon tona çatdırılacağı nəzərdə tutulan bu tikili Bakını bölgənin əsas logistika mərkəzinə çevirmiş olur. Bu da bizim ölkənin daha yeni inkişaf mərhələsinə təkan verən bir haldır. Bir sözlə Azərbaycan beynəlxalq aləmdə bu sahədə də özünü bir daha göstərəcəkdir.
             
    Ölkə başçımız İlham əliyev  çıxışlarının birində söyləmişdir ki, “ Biz gələcəkdə Xəzər dənizində əməkdaşlığın dərinləşməsi və iqtisadi islahatların aparılması nəticəsində daha da fəal əməkdaşlıq gözləyirik. Xəzəryanı ölkələrdə iqtisadi inkişaf sürətlə gedir.” Ölkə başçımızın çox böyük diqqət , həssaslıqla yanaşdığı bu layihə  Azərbaycanın tikinti sektorunda ölkə əhəmiyyətli böyük layihələrə ən müasir yanaşma tətbiq olunur.  Şübhə yox ki,  yeni beynəlxalq limanımız bu gün fəaliyyət göstərən limanlar arasında öz gözəlliyi və funksional mahiyyəti ilə fərqlənəcəkdir.
       Azərbaycanın inkişaf  tarixinə yazılacaq bu ticarət limanının gözəl nəticələrini bizimlə yanaşı   gələcək nəsillər də görəcəkdir.  
     
     İlham Əliyevin söylədiyi kimi : “ Azərbaycan daha da güclü dövlətə çevriləcəkdir, bizim bölgədəki mövqelərimiz daha da möhkəmlənəcək, regional əməkdaşlıq daha da sürətlə gedəcək və biz yeni qələbəni əldə edəcəyik. “
     
     Əlbəttə bu zaman və səbir tələb edir.  Bir millət və xalq olaraq səbrimiz və gücümüzlə hər zaman qələbə qazandığımız kimi bu iqtisadi və beynəlxalq ticarət limanının sayəsində qazanacağımız  uğurumuzu görür və onun zaman -zaman gerçəkləşməsinin şahidi oluruq.





    Dilgüşə Məmmədova,
    Masallı Tarix- Diyarşünaslıq Muzeyinin elmi işçisi
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ