Belə-belə işlər... » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Belə-belə işlər...

    Belə-belə işlər...


    Müğənni mahnı oxuyar...
    Həftəbecər verilişlərlə tamaşaçıda ikrah  hissi yaradan televiziya kanallarımız öz yolları ilə davam etməkdədir. Hansı kanala baxırsan şou, acı bağırsaq kimi uzanan teleseriallar, quş dili bilən  müğənnilər. Adamlara həyat dərsi öyrədənlər, elmin hər sahəsindən “baxəbər” olan müğənnilərə qulaq asanda “Qafqaz əsiri” rus filmi yada düşür. Hansı sənətdə işləməyi bacardığını soruşulanda Şurik cavab verir ki, mən.  Televiziya kanallarını özününküləşdirən  müğənnilər də tarixdən, ədəbiyyat, coğrafiya, riyaziyyat, həndəsə, lap fəlsəfədən də söhbət açılsa, sənə dərs demək bacarığını göstərirlər. Ailə qurmaq, övlad böyütmək, ailədaxili münasibətlərə nüfuz etmək, hər nədən söhbət getsə müğənnilərin fikri əsasdır. Ailə qurmayanlar qayınanaların əzazilliyindən, kişinin sifətlərindən alim kimi danışır. Və ya 5-6 ər dəyişən qadın müğənni cavanlara “öyüd-nəsihət” verir. Hər kim həyatı gördüyü kimi, başa düşdüyü  qədər dərk edir və fikirlərini bu səpkidə əsaslandırır. Biri deyir, qayınana gəlinini incidir, ona ev işlərini gördürür, hətta inək sağmağı, toyuq hini təmizləməyi  tələb edir.  Maraqlıdır. Məgər qayınana özü gəlin olanda bu işləri görməyib. Görüb. İndi də növbə gəlinindir.

    Bəzi aparıcılar bu mövzudan danışanda şəhər həyatı ilə kənd həyatını eyniləşdirirlər. Şəhər ailəsinin öz qayğıları var. Kənd gəlininin öz həyatı.  Şəhər gəlininin işi bir-iki otaq daxilindədir.  Olsa-olsa ərinə nahar hazırlayar, gecədən qalmış bir-iki qabı yuyar, özünə bəzək-düzək verib ya işə gedər, ya da uşağı bağçaya aparar.  Başqa nə işi var ki?.. Kənd gəlininin işi başından aşır: Evdə səliqə-sahman yaradandan sonra aşağı düşür. Həyət-bacanı süpürüb təmizləyir, toyuq-cücəyə baxıb dənini verir, hini kürüyüb atır. Heyvan varsa yemin-suyun verir. Yenə qalxıb uşaqlara nahar hazırlayır. Pal-paltarı töküb yuyur. Bu işləri görən gəlinə guya zorakılıq edildiyi israrla qeyd edilir.

    Yaxşı, ay mədəni xanım, özünüz deyin, bu işləri kim görməlidir? Özünüz qaz vurub qazan doldurursunuz, yüngül həyat keçirirsiniz  (əlbəttə, hamıya aid deyil). Ər məsuliyyəti, ailə təəssübkeşliyi bilmirsiniz. Belədə “sən ağa, mən ağa, inəkləri kim sağa” məsəli yada düşür. Gəlin bir tir altda yaşadığı, ahıl, ya da xəstə qayınana, qayınatasından xəbəri yoxsa, onların halını bilmirsə, vaxtında bir qurtum su vermirsə, Allaha nə cavab verəcək. İnsan ancaq  yeyib-içmək, geyinib-keçinmək, gəzmək üçün dünyaya gəlibsə, onda həyat bəsit, mənasız olar.  Onsuz da bu gün qayınanasından şikayətlənən gəlin sabah özü də qaynana olacaq. Onda körpü gedib çayın o üzündə qalacaq. Ay müğənni analar, həyatı dərk edin. Sizə dəxli olmayan işlərə baş qoşmayın. Gedin mahnınızı oxuyun, milyonluq villalarınızda bəzi işləri özünüz görün ki, həyatın əndişəsini qanasıniz. Bilin ki, hər sahənin öz biliciləri var. Yəqin ki, bir gün efirlərdə alimlərimiz də görünəcək, sözlərini, fikirlərini deyəcəklər. Onda siz də ancaq mahnı oxumaqla məşğul olacaqsınız. Sizləri verilişlərə dəvət edən telekanallara yəqin ki, funksiyalarını qandıran tapılar. Axı, televiziya xalqın tribunasıdır. Onun işi ancaq vurçatlasın verilişlərdən ibarət deyil.
     



    HƏSƏNAĞA.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ