Azərbaycan- Rusiya münasibətləri yeni hədəflərə doğru » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan- Rusiya münasibətləri yeni hədəflərə doğru

    Azərbaycan- Rusiya münasibətləri yeni hədəflərə doğru

                 
    Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edib.Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələr 4 aprel 1992-ci ildə qurulmuşdur. Hələ SSRİ dövründə Azərbaycan SSR-in Moskvada fəaliyyət göstərən Daimi Nümayəndəliyi əsasında müstəqil Azərbaycan Respublikasının Rusiya Federasiyasında Səfirliyi təşkil olunmuşdur. 25 sentyabr 1992-ci ildə Rusiya Federasiyasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlayıb. Azərbaycanla Rusiya arasında münasibətlər hər iki dövlətin başçılarının və digər dövlət qurmlarının rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində hazırda yüksək inkişaf səviyyəsinə çatmışdır.
                   
    Azərbaycan-Rusiya diplomatik əlaqələr 1993-cü ilin iyun ayında Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbərliyinə qayıdışından sonra iki ölkə arasında münasibətlərin normal inkişaf məcrasına yönəldilməsinə mane olan bütün problemlərin həlli üçün Azərbaycan tərəfdən ardıcıl addımlar atılmağa başlandı. İyunun 15-də Milli Məclisdə Parlamentin sədri kimi ilk çıxışında Heydər Əliyev bildirdi ki, Azərbaycan bütün dövlətlərlə, o cümlədən özünün şimal qonşusu olan Rusiya ilə bərabər hüquqlu əməkdaşlıq prinsipləri əsasında qarşılıqlı münasibətlər qurmalıdır. Azərbaycan Respublikası ilə Rusiya federasiyası arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində iki ölkə arasında 250-dən artıq ikitərəfli sənədlər imzalanmış və onların həyata keçirilməsi üçün mühüm addımlar atılmışdır.
                   
    22 aprel 2024-cü ildə Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə olmuşdur. Prezidentlər təkbətək görüşdən sonra, Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə iştirak etmişlər. Prezident İlham Əliyev 18-19 avqust 2024-cü ildə Azərbaycanda dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud tərkibdə və geniş tərkibdə görüşlər keçirilmişdir.
         
     Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında çıxış edərək söyləmişdir:” Biz, eyni zamanda, məhdud formatda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.Biz dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə etdik.”
     Son 30 il ərzində əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, iki ölkə arasında mövcud əlaqələri daha da inkişaf etdirmək üçün ortada möhkəm iradə və əzm vardır. Bu da öz növbəsində xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, regionda sülhün təmin olunmasına töhfə verəcəkdir.





    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    2. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    3. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    4. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    5. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    7. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    9. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    10. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    11. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    13. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    14. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    15. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    16. 10:08 UNUDULMUR...
    17. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    18. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    19. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    20. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    21. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    22. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    23. 16:46 “PeşəFest-2026” - Masallıda
    24. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    26. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    27. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    31. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    32. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    34. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    35. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    36. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    38. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    39. 11:28 Məhərrəm Səfərli – 80
    40. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ