Prezident İlham Əliyev abidə açılışında iştirak etmişdir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev abidə açılışında iştirak etmişdir

    Prezident İlham Əliyev abidə açılışında iştirak etmişdir


    Bakının mərkəzində gözəl bir parkda Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri olan Aşıq Ələsgərin möhtəşəm abidəsinin ucaldılması bir çox cəhətləri ilə əlamətdar tarixi hadisədir.
               
     Aşıq Ələsgər təkcə Azərbaycan saz-söz sənətinin uca zirvəsi deyil, eyni zamanda türk dünyasının azman sənətkarı, saz sənətinə, sözə, türklüyə və islam ədəb- ərkanına ləyaqətlə xidmət etmiş, böyük məktəb yaratmış, bölgənin adını da öz adına və şöhrətinə layiq təmsil və tərənnüm etmiş, dövrünün Dədə ünvanını almış, el ağsaqqalı, ictimai xadimdir.
               
    Aşıq Ələsgərin təkcə Göyçədə və Ermənistan SSR- də deyil, Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda böyük şöhrəti və ictimai nüfuzu erməniləri həmişə narahat etmişdir. Məhz buna görə də 1971- ci ildə Göyçə camaatı Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyinin dövlət səviyyəsində keçirilmısi təşəbbüsünü irəli sürəndə Ermənistan SSR hökuməti müxtəlif bəhanələrlə tədbirin keçirilməsini əngəlləməyə çalışmışdır.
             
    Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyinə müraciətindən sonra laqeyidlik və düşmənçilik buzu sınmış, 1972-ci ildə Dədə Ələsgərin Göyçədə, doğma Ağkilisə kəndində qəbirüstü abidəsi ucaldılmış, Göycədə və İrəvanda yubiley tədbiri keçirilmişdir. Məhz Ulu Öndərin təşəbbüsü ilə həmin vaxt Azərbaycanın müxtəlif bölgələrində Aşıq Ələsgərin yubiley gecələri təşkil edilmiş, Moskvada Kremlin sütunlu Salonunda Aşıq Ələsgərə həsr olunmuş yubiley konserti baş tutmuşdur.
               
    Azərbaycanın paytaxtında Aşıq Ələsgərin abidəsinin ucaldılmasının xüsusi bir əhəmiyyəti də böyük saz-söz ustadının doğulub -böyüdüyü, yazıb- yaratdığı, toy- şənlik məclisləri keçirdiyi Göyçə mahalının və bütünlüklə tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycanın işğal altında olması və Qərbi Azərbaycandan olan soydaşlarımızın 35 ildən artıqdır ki, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində qaçqın düşüb ata-baba yurdlarının həsrəti ilə yaşamasıdır.
               
    Məhz heykəlin açılışındakı nitqində cənab Prezident İlham Əliyevin " Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik"-, sözləri böyük strateji hədəflərə ünvanlanmış tarixi mesajdır.
    Aşıq Ələsgərin abidəsinin Bakıda ucaldılması cənab Prezident İlham Əliyevin böyük ustadın anadan olmasının 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə sərəncamının icrası olaraq həyata keçirilmişdir. Bu sərəncam dövlət başçımızın həm Aşıq Ələsgər şəxsiyyətinə, həm də milli kimliyimizin ünvanlarından biri olan aşıq sənətinə diqqət və qayğısının ifadəsidir.
               
     Bu abidənin açılışında cənab Prezidentin iştirak və çıxış etməsi həm də Qərbi Azərbaycandan olan soydaşlarımıza, Qərbi Azərbaycan İcmasına, doğma yurdlarımıza qayıdış istəyimizə hörmət və dəstəyin ifadəsi kimi qiymətlidir.
               
    Aşıq Ələsgərin abidəsi həm də milli- mənəvi dəyərlərimizə hörmətin, milli birliyimizin simvolu kimi qiymətlidir.

               

           

    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    3. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    5. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    6. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    7. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    9. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    10. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    11. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    12. 10:08 UNUDULMUR...
    13. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    14. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    15. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    16. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    17. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    18. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:46 “PeşəFest-2026” - Masallıda
    20. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    22. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    23. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    24. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    25. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    26. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    27. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    28. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    29. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    30. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    31. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    32. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    33. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    34. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    35. 11:28 Məhərrəm Səfərli – 80
    36. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    37. 10:22 Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı
    38. 09:38 Azərbaycan Prezidentinə yazırlar
    39. 14:52 Rayonun Çaxırlı kəndində şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anıldı
    40. 14:51 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 02.10.2026
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ