Azərbaycan üçün qonşu ölkələrlə münasibətlərin inkişafı olduqca vacib amildir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan üçün qonşu ölkələrlə münasibətlərin inkişafı olduqca vacib amildir

    Azərbaycan üçün qonşu ölkələrlə münasibətlərin inkişafı olduqca vacib amildir


    Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Moskvada keçirilmiş Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirakını və bu mötəbər tədbirdə dövlət başçımızın çıxışını şərh edərkən, ilk növbədə belə bir mühüm məqamı qeyd etmək lazımdır ki, cənab Prezidentin həyata keçirdiyi xarici siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurmasına və bu münasibətlərin inkişafına dəqiq hesablanıb. Məhz bu siyasət artıq uzun illərdir ki, Azərbaycanı bütün geosiyasi təlatümlərdən uğurla qoruyur. Başqa sözlə desək, Azərbaycan Prezidentinin həyata keçirdiyi balanslaşdırılmış, çoxvektorlu xarici siyasət kursu bütünlüklə ölkəmizin milli maraqlarının təmin olunmasına yönəldilib. Bu deyilənləri 2022-ci il fevral ayının 22-də Moskvada Azərbaycan və Rusiya Prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə bir daha sübut edir. Bəyannamənin bütün bəndləri belə deməyə əsas verir ki, bu sənədin imzalanması cənab Prezident İlham Əliyevin milli maraqlarımızın qorunması naminə atdığı növbəti mühüm addımdır. Əlbəttə ki, Azərbaycan üçün qonşu ölkələrlə münasibətlərin inkişafı olduqca vacib amildir. Çünki öz sərhədlərində təhlükəsiz, mehriban münasibətlər yarada bilən ölkələr beynəlxalq aləmdə mövqelərini daha yaxşı qoruya bilirlər. Bu baxımdan Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyanın ən güclü ölkələrindən olan Rusiya ilə humanitar, mədəni sektordan tutmuş siyasi-hərbi sahəyə qədər çoxşaxəli əməkdaşlıq əlaqələri əldə olunmuş yüksək nəticə kimi qiymətləndirilməlidir.

    Eyni zamanda da Rusiya ilə imzalanmış müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə xüsusilə Vətən müharibəsindən sonra bölgədə yaranmış reallıqlar baxımından Azərbaycan üçün çox əhəmiyyətlidir. Həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalayan Azərbaycan bununla bölgədəki yeni konfiqurasiyanı möhkəmləndirmiş oldu. Bu, cənab Prezident İlham Əliyevin daha bir möhtəşəm diplomatik gedişi idi. Bir mühüm cəhəti də qeyd etmək lazımdır ki, sözügedən sənəddə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Beləliklə, Rusiya və Azərbaycan münaqişənin bitdiyi reallığını bir daha təsdiq edir və 10 noyabr razılaşmasının icra edilməyən bəndlərinin həyata keçirilməsində, kommunikasiyanın açılmasında, sərhədin delimitasiya və demarkasiya olunmasında və nəhayət yekun sülh sazişinin imzalanmasında səylərin birləşdirilməsi ilə bağlı razılaşmış olurlar. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Moskva iclasında etdiyi çıxışında Rusiya Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfərinin Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdiyini xüsusi vurğuladı.

    Azərbaycanın istər Qoşulmama Hərəkatında, istər Türk Dövlətləri Təşkilatında, istərsə də İslam Əməkdaşlıq Təşkilatında fəaliyyətini müşahidə edərkən biz aydın şəkildə görürük ki, ölkəmiz bu qurumlara üzv dövlətlərin böyük əksəriyyətilə əlaqələrini həm ikitərəfli formatda, həm də çoxtərəfli formatda uğurla inkişaf etdirir. Əlbəttə ki, bu baxımdan Müstəqil Dövlətlər Birliyi də istisna deyil. İlk növbədə Azərbaycanın bu quruma üzv olan digər dövlətlərlə münasibətlərinin formalaşmasına belə bir amil təsir göstərir ki, bu ölkələrin hamısı 70 il ərzində SSRİ tərkibində müttəfiq respublikalar kimi mövcud olublar. Həmin illər ərzində bu ölkələrin xalqları arasında da güclü bağlılıqlar formalaşmışdır. Digər tərəfdən də MDB üzvləri arasında Azərbaycanla digər beynəlxalq təsisatlarda birgə üzvlüyü olan ölkələr də çoxluq təşkil edir. Bütün bunlar əlbəttə ki, xüsusi münasibətlərin formalaşmasına zəmin yaradıb. Lakin bütün bunlara rəğmən etiraf olunmalıdır ki, Azərbaycan indiyədək üzv olduğu bütün beynəlxalq təşkilatlarda sahib olduğu yüksək nüfuzunu və aparıcı mövqelərini hər zaman özünün yaradıcı təşəbbüsləri və effektiv fəaliyyəti sayəsində əldə edib. O cümlədən MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Laçın şəhərinin 2025-ci ildə təşkilatın mədəniyyət paytaxtı elan edilməsi, həmçinin gələn il Azərbaycanda III MDB Oyunları keçirilməsi barədə qərarın qəbul olunması da ölkəmizin MDB daxilində yüksək nüfuza sahib olduğundan xəbər verir. Əldə olunan bu nailiyyətlər əlbəttə ki, Azərbaycanın beynəlxalq müstəvidə növbəti möhtəşəm uğurları kimi qiymətləndirilməlidir.





    Ülvi Rufullayev
    Masallı rayonu, Binə Xocavar kəndi
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    3. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    5. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    6. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    7. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    9. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    10. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    11. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    12. 10:08 UNUDULMUR...
    13. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    14. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    15. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    16. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    17. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    18. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:46 “PeşəFest-2026” - Masallıda
    20. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    22. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    23. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    24. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    25. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    26. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    27. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    28. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    29. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    30. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    31. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    32. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    33. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    34. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    35. 11:28 Məhərrəm Səfərli – 80
    36. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    37. 10:22 Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı
    38. 09:38 Azərbaycan Prezidentinə yazırlar
    39. 14:52 Rayonun Çaxırlı kəndində şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anıldı
    40. 14:51 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 02.10.2026
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ