Siyasi –diplomatik və iqtisadi uğurlar » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Siyasi –diplomatik və iqtisadi uğurlar

    Siyasi –diplomatik və iqtisadi uğurlar


     

              
     Azərbaycan ictimaiyyəti, xüsusilə son bir il ərzində iqtidarın ölkəmizdə siyasi dialoq mühitinin təşviqi ilə bağlı müxtəlif səpgili layihələrin şahididir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatlar ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması ilə yanaşı, siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasını da tələb edir. Hakimiyyətin müxalifət nümayəndələri ilə mütəmadi şəkildə təşkil olunan görüşləri Azərbaycanda siyasi dialoq mühitinin inkişafına yönəlmiş siyasət kimi dəyərləndirilməlidir.Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri və ictimai fəallarla görüşləri davam edir. Açıq fikir mübadiləsi şəraitində keçirilmiş növbəti görüşlər bəzi müxalif partiyaların sədrləri ilə ayrı-ayrılıqda videokonfrans formatında təşkil olunub.

     Siyasətdə sağlam münasibətlərin dəstəklənməsi məsələsini ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması istiqamətində atılan inamlı addımlar sırasına aid etmək olar. 

    Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Azərbaycan iqtidarı müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatlar, eyni zamanda, siyasi münasibətlər sistemini də əhatə edir.

    Dövlətimizin başçısının bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır. Müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük.

    Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə siyasi dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir. Dayanıqlı siyasi dialoq mühitinin qorunması kontekstində isə sözügedən məfhumun əhalinin ictimai şüurunda əks olunması məsələsi aktuallaşır. Odur ki, elmin müxtəlif sahələrinin metodoloji potensialına müraciət edərək mövzunun Azərbaycan cəmiyyətində təşviqi vacib vəzifədir. Təsadüfi deyil ki, siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müvafiq sahələrin mütəxəssisləri ilə birgə müzakirəsi təcrübəsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir.

    Siyasi prosesləri müxtəlif aspektlərdən tədqiq edən alimlərlə açıq müzakirələrin təşkil olunmasını yüksək qiymətləndirən Administrasiya rəsmisi siyasi dialoqun təşviqində, xüsusilə ölkədə dialoq ənənələrinin formalaşmasında alim və tədqiqatçıların əvəzolunmaz rolunu vurğulayıb, siyasi dialoqun fəlsəfi, sosial, iqtisadi, tarixi və digər təzahür formalarının müəyyənləşdirilməsi istiqamətində mövcud fəaliyyətin daha effektiv olduğunu qeyd edib. Alim və mütəxəssislər ilə ilk görüşün məhz Vətən müharibəsində qazanılan Qələbədən sonrakı dövrə təsadüf etdiyini əlamətdar hadisə kimi qiymətləndirən Administrasiyanın şöbə müdiri Prezident İlham Əliyevin fikrini səsləndirib: “Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur”. Ölkənin inkişafında strateji resurs hesab olunan milli və siyasi həmrəyliyin qorunması işində bütün mövcud potensialların səfərbər olunmasının vacibliyi vurğulanıb. Dialoqun Azərbaycan milli mədəniyyətinə məxsus keyfiyyətlərdən biri olduğunu yada salan natiq ölkəmizdə əsrlər ərzində formalaşmış tolerant və multikulturalizm mühitinin qorunmasının vacibliyi də qeyd olunub. 

    Vətən müharibəsi dövründə dünya ictimaiyyəti Azərbaycanda mütləq siyasi həmrəyliyin, həmçinin bütün xalqın bir yumruq olaraq böyük Qələbə naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşməsinin şahidi olduğunu bildirən tədbir iştirakçıları siyasi proses və tendensiyaların tədqiqinə, eləcə də demokratik dəyərlərin təşviqinə xidmət edən təşəbbüslərin icrasında elmi potensialın cəlb olunmasını yüksək qiymətləndiriblər. 

     



    Ceyhun Hüseynov,
    Masallı MRX İƏ söbəsinin mütəxəssisi

     

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    2. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    3. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    4. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    5. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    6. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    7. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    8. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    9. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    10. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    11. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    12. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    13. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    14. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    15. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    16. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    17. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    18. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    19. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    20. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    21. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    22. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    23. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    24. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    25. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    26. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    27. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    28. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    30. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    31. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    32. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    33. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    34. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    35. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    36. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    37. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    38. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    39. 18:03 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
    40. 12:58 Masallı rayonunda 2026-cı ilin taxıl biçini başa çatmışdır
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ