Masallının meşə dolayında ağacəkmə aksiyası keçirildi
- 24-12-2024, 18:32
- Maraqlı
- 0
- 57
Masallı rayonu ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları mütəmadi olaraq davam etdirilir.
Belə ki, rayonun Güllütəpə inzibati ərazisinin Tatyanova kəndi, Yeyənkənd meşəbəyliyində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada Azərbaycan respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirli Muxtar Babayev və Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov iştirak etmişdir.
Meşə dolayı ərazisində ümumilikdə 3500-ə yaxın müxtəlif növ meşə ağacı əkilmiş və ağaclara aqrotexniki qulluq göstərilmişdir.