Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstək » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstək

    Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstək


     İki il öncə başlamış Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropaya Rusiyanın qaz təchizatının pozulması zamanı, Avropa Komissiyası yardım üçün Azərbaycana müraciət edərək Avropa Komissiyasının sədri  nümayəndə heyətilə Bakıya gəldi  və  Bəyannamə imzaladı. Bütün danışıqlarda razılığa gələrək  qeyd olundu ki, Azərbaycan sizə kömək etməyə və Avropaya qaz təchizatını iki dəfə artırmağa hazırdı.  O dövrdə Azərbaycanın Avropa istiqamətində qaz təchizatı yeddi milyard kubmetr idi. Beləliklə, bunun üzərində işləməyə başlanıldı. Sərmayə yatırmağa və müxtəlif interkonnektorlar vasitəsilə  ölkənin nəql etmək imkanlarını araşdırmağa başlandı. Həmin vaxtdan etibarən qazımızı alan Avropa ölkələrinin sayı artdı. Hazırda onların sayı 10-a bərabərdir. Beləliklə, ümumilikdə 12 ölkə var. Onlardan 10-u Avropa ölkəsidir və həmin on ölkədən səkkizi Avropa İttifaqının üzvüdür. Bir sözlə, dövlət coğrafiyanı genişləndirdi, qaz həcmini artırdı. Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Bu, həqiqətən də Avropada tərəfdaşlra göstərilən ciddi dəstəkdir. Beləliklə, gələcək planlar coğrafiyanı genişləndirməkdir. Hazırda qazımızı alan ölkələrə yaxın olan bəzi digər Avropa ölkələri ilə artıq danışıqlar aparılır. 

    2022-ci ildən bu günə qədər çox köklü dəyişiklik baş verdi, çünki həmin vaxt qaz ixracımız yalnız Gürcüstanı, Türkiyəni, Yunanıstanı və İtaliyanı əhatə edirdi. Sonra Azərbaycan  Bolqarıstan, Macarıstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Slovakiya və Xorvatiyanı əlavə etdi. Bütün bunlar kifayət qədər qısa müddət ərzində baş verdi. Bir neçə il öncə onların həcmi 2.6 trilyon kubmetr təşkil edirdi.  Gözləyirik ki, bu il  AÇQ-də “Dərin Qaz” layihəsindən ilk qazı alınacaq və bu, bütövlükdə qaz hasilatına gözəçarpan töhfə olacaq. Bununla belə, “Şahdəniz”in hələ də əsas qazı təchiz edən yataq kimi qalacağını nəzərə alınsa,  “Abşeron”da qaz hasilatının 1.5 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırılması məqsədilə tərəfdaşlarla çalışmağı planlaşdırılır.Həmçinin  “Qarabağ”, “Babək”, “Asiman” və digər yataqlar kimi çox perspektivli layihələr var.   Mövcud interkonnektorları genişləndirmək və ola bilsin, yenilərini tikmək üçün Avropada əlavə sərmayələr qoyulmalıdır. Hətta indi, 12 ölkəni boru ilə nəql olunan qazla əhatə etməklə,  Azərbaycan hazırda dünyada bu cür böyük coğrafiyaya malik olan aparıcı ölkələrdən biridir.  Təchizat coğrafiyası baxımından ölkəmiz Avropada  aparıcı ölkələrdən biridir. Beləliklə,  Azərbaycan öz öhdəliklərinə böyük məsuliyyət hissi ilə yanaşır. 

    Azərbaycan böyük sərmayələr yatıraraq qaz çatışmazlığı məsələsində Avropaya kömək etməyə çalışır. Azərbaycanın səylərinə baxmayaraq elə bir vəziyyətlə üzləşir ki, Avropa bankları ənənəvi yanacaq layihələrinin daha maliyyələşdirilmədiyini bəyan edirlər. Demək, bir tərəfdən, Avropa  əlavə təchizatı xahiş edir, digər tərəfdən,  həmin vəsaitlərdən məhrum edir. Məsələn, Avropa Sərmayə Bankı qazıntı yanacaq layihələrinin maliyyələşdirilməsini tamamilə dayandırıb. Olan məlumata görə AYİB-in hələ çox kiçik payı var.  Əgər belə davam edərsə, onda sərmayə yatırmağa vəsait olmayacaq, çünki bu biznesdə sərmayə üçün korporativ maliyyələşmənin təxminən 30 faizi istifadə olunur. Pulun qalan hissəsi kredit götürülür. Pul vəsaitlərinin  kredit kimi götürülməsi, yaxud avropalılar arasında interkonnektorların tikilməsi kimi məsələlər öz həllini tapmalıdır. İkinci məsələ isə  təchizatın cədvəlidir, çünki yaşıl keçidlə Avropa İttifaqında qazıntı yanacağının payı azalacaq. Onda necə olacaq?  Əgər Avropa İttifaqı Azərbaycandan daha çox qaz istəyirsə, onda onlar da öz ev tapşırığını yerinə yetirməlidirlər.  Azərbaycan öz tapşırığını, Avropa isə öz çalışmasını icra etməlidirlər.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verərək  dövlətimizin xarici və daxili siyasətini media əməkdaşları qarşısında çox gözəl işıqlandırmışdır. Azərbaycanın beynəlxalq layihələrin həyata keçirilməsində gördüyü işlər və beynəlxalq aləmdə üzləşdiyi problemlər barədə geniş məlumat verib.

     

                                                  
    Əmrah Fərziyev,
    Yap GəncFəalı



     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    2. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    3. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    4. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    5. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    7. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    9. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    10. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    11. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    13. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    14. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    15. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    16. 10:08 UNUDULMUR...
    17. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    18. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    19. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    20. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    21. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    22. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    23. 16:46 “PeşəFest-2026” - Masallıda
    24. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    26. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    27. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    31. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    32. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    34. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    35. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    36. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    38. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    39. 11:28 Məhərrəm Səfərli – 80
    40. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ