Azərbaycanda yeni infrastruktur uğurla həyata keçirilir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanda yeni infrastruktur uğurla həyata keçirilir

    Azərbaycanda yeni infrastruktur uğurla həyata keçirilir


    Bu ilin yanvar ayının 7-də Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi beynəlxalq aləmdə böyük marağa səbəb olub. Bu da əbəs deyil. Möhtərəm Prezident böyük və əhatəli müsahibəsində jurnalistləri maraqlandıran hər bir suala sərrast, əsl lider dünyagörüşlüyü, dünya məramlı düşüncələr fonunda çıxışlar etmişdir. Bu da ondan irəli gəlir ki, hazırda regionun ən dinamik inkişaf edən dövləti Azərbaycandır, onun Ali Rəhbəri, Ali Baş Komandanıdir.

     Ölkə rəhbərinin müsahibəsində hökumətin həyata keçirdiyi məqsədyönlü siyasət, respublikada aparılan davamlı sosial islahatlar ölkə daxilində iqtisadi və siyasi sabitliyin möhkəmlənməsini də şərtləndirib. Ölkəmizin ümumi sosial-iqtisadi inkişafını şərtləndirən əsas amillər sırasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə qoyulur. 

    Regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, xüsusilə də, rayonlardakı mövcud sosial infrastrukturun və kommunal xidmət sektorlarının tam yenidən qurulması artıq qarşıdakı illər üçün başqa hədəflər üzrə tədbirlərə yol açıb, sürətlə inkişaf edən Azərbaycanın qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi vəzifələr yaradıb. Yəni regionlarda elektrik enerjisi, qaz, su, kanalizasiya, yol və digər sosial infrastrukturların yaradılması başa çatdırıldıqdan sonra əsas məqsədlər birbaşa rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsinə yönəldilib. Yaxın gələcəkdə orta gəlirli dövlətlər statusuna malik ölkə kimi Azərbaycanda inkişaf meyillərinin tələblərinə uyğun layihələrin icrası da zərurətə çevrilib. 2014-2018-ci illərə dair növbəti regional inkişaf proqramının uğurla icra olunması bu reallığı təsdiqləyir.

    Beləliklə, məhz sadalananların fonunda bu gün bölgələrimizdə yeni infrastruktur layihələrinin həyata keçirilməsi prosesi davam etdirilir. Bu ilin yanvar ayının 7-də Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev jurnalistlərə müsahibəsində qeyd edib ki, keçən il iqtisadi inkişaf baxımından yenə də uğurlu il olmuşdur. Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. Ona görə biz ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, ilk növbədə, qeyri-neft sektorunun parametrlərini nəzərə alırdıq. Burada da inkişaf daha uğurludur, 6 faizdən çox artıbdır. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib.                                                                                                                 Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır.
    Bu göstəricilər, sadəcə olaraq, keçən ilin məhsulu deyil. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Yəni, onlar da reallıqları inkar edə bilməzlər. Halbuki mən hesab edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq.
    Təbii ki, həyata keçirilən Dövlət proqramlarının uğurlu nəticələrini bu gün ölkəmizin hər bir şəhər və rayonunda, o cümlədən Masallı rayonunda da aydın şəkildə müşahidə etmək mümkündür. Geniş infrastruktur layihələrinin icrası, vətəndaşların həyat səviyyəsinin yüksəlməsi Azərbaycan regionlarının inkarolunmaz gerçəkliyidir.

    Onu da vurğulamaq lazımdır ki, iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Çünki, ölkəmizin daxili və xarici syasətinin önündə Azərbaycan Prezidenti kimi cənab İlham Əliyev gedir. Yolumuz yaşıl işıqlıdır, inkişafa doğru irəliləyirik... Allah Prezidentimizi, xalqımızı qorusun.




    Rasim  İbrahimov,
    Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının fəalı.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    2. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    3. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    4. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    5. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    7. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    9. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    10. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    11. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    13. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    14. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    15. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    16. 10:08 UNUDULMUR...
    17. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    18. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    19. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    20. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    21. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    22. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    23. 16:46 “PeşəFest-2026” - Masallıda
    24. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    26. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    27. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    31. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    32. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    34. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    35. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    36. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    38. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    39. 11:28 Məhərrəm Səfərli – 80
    40. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ