Главная > Maraqlı > Vüsalə Rafiqqızı: Güclü zəlzələ olacağı ilə bağlı məlumatların əsası yoxdur

Vüsalə Rafiqqızı: Güclü zəlzələ olacağı ilə bağlı məlumatların əsası yoxdur


4-07-2023, 11:08. Разместил: admin44

Xəzər dənizində baş verən 5.7 maqnitudalı zəlzələdən sonra bir neçə afterşok qeydə alınıb. Qorxulu heç nə yoxdur. Xırda təkanların olması normaldır.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.

"Əhalini təşvişə düşməməyə və daha güclü zəlzələ olacağı ilə bağlı dezinformasiyalara inanmamağa çağırırıq. Sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır. Çünki zəlzələnin dəqiq proqnozu yoxdur", - deyə V.Rafiqqızı qeyd edib.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад