Cəlilabadda mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib
- 4-09-2023, 14:34
- Mədəniyyət
- 0
- 201
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seminar-müşavirəni giriş sözü ilə açan Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə böyük mühasibi Elnur Atakişiyev gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib.
Sonra qarşıdan gələn 15 sentyabr – Bilik Günü, 18 sentyabr – Milli Musiqi Günü kimi əlamətdar günlərlə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi istiqamətində regional idarənin rəisi Bəxtiyar Qılıncovun adından tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.
Yekunda uzun müddət mədəniyyət sahəsindəki fəaliyyəti və 65 illik yubileyi münasibətilə Vəliağa Cəfərova “Fəxri Fərman” təqdim olunub.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az