Masallıda Anım Günü ilə bağlı tədbir keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Anım Günü ilə bağlı tədbir keçirilib

    Masallıda Anım Günü ilə bağlı tədbir keçirilib

     
    Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.

    Nizami Gəncəvi adına rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Ardıcıl törədilmiş hərbi təxribatların və yeni işğal planlarının qarşısını almaq, həmçinin işğal altında olan ərazilərimizi azad etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci ilin 27 sentyabr tarixində düşmənə qarşı başlanılan genişmiqyaslı əməliyyatların şanlı Zəfərlə nəticələndiyini bildirən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov geniş nitqində diqqətə çatıdırıb ki, Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə 44 günlük Vətən müharibəsində aparılan uğurlu “Dəmir Yumruq” əməliyyatı ordumuzun əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı, hərbi şücaəti, xalqımızın arxa cəbhədəki fədakarlığı sayəsində mümkün oldu: “Ölkəmizə qarşı aparılan məqsədyönlü və planlı terror siyasətinin davamı olaraq, 2023-cü ilin sentyabrın 19-da qarşı tərəf növbəti təxribata əl atdı. Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan Silahlı Qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin tərksilah edilərək, ərazilərimizdən çıxarılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Tədbirlər çərçivəsində şücaətli ordumuzun yüksək peşəkarlığı sayəsində qısa müddətdə düşmənin hərbi birləşmələri üzərində böyük qələbə qazanıldı və onlar tamamilə ram edildi. Bununla da, uzunmüddətli qanlı münaqişəyə hərbi müstəvidə əsasən yekun vurularaq, bölgəyə dair reinteqrasiya planlarının icrasına və aktiv sülh proseslərinə başlanıldı...”

    “Yeni həyat” ictimai-siyasi qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, şəhidlərimizin əziz xatirəsinin qəlblərdə və xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayan  Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Dövlət Regoinal Kollecinin müəllimi Kəmalə İmanova çıxışlarında qeyd ediblər ki, rəşadətli ordumuzun bu ilin 19-20 sentyabr tarixində qısamüddətli döyüşlərdəki uğuru xalqımıza bir daha böyük sevinc, qürur və ümid hisslərini yaşatdı, Vətənimizin bütövlüyünün tam təmin ediləcəyi günün uzaqda olmadığını müjdələdi.
    Ölkə rəhbərinin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Zəfərlə bitən Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixinin əbədiləşdirilərək hər il Azərbaycanda Anım Günü kimi qeyd olunduğunu bir daha xatırladan natiqlərin çıxışlarında şəhidlərimiz ehtiramla yad edilib, onlara Allahdan rəhmət, sağlamlıqlarını itirmiş qazilərimizə şəfa dilənib.

    Tədbirdə Masallı Xalq Teatrının həvəskar aktyorları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə 27 Sentyabr - Anım Gününə həsr olunan “Torpaq məni gözləyir” adlı ədəbi-bədii kompozisiya nümayiş edirilib.
     







    Akif AĞAYEV



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    2. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    3. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    4. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    5. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    6. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    7. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    8. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    9. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    10. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    11. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    12. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    13. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    14. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 09:32 Nadir Ağayevin xatirə turnirində
    16. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    17. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    18. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    19. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    20. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    21. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    22. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    23. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    24. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    25. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    26. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    27. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    28. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    29. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    31. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    32. 17:26 Şəhid Famil Əlizadənin şəhadətinin 5-ci ildönümü anıldı
    33. 13:58 Azərbaycan Prezidentinə yazırlar
    34. 09:19 Statistikanın əhəmiyyəti
    35. 17:09 Şəhid Ağamalı Ağayevin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 17:03 Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir
    37. 16:59 Azərbaycan Prezidentinə yazırlar
    38. 10:13 İlham Əliyevin “Kazinform” müsahibəsi: Regional sabitlik və inkişafın Azərbaycan modeli
    39. 08:36 Zəngilan şəhəri – 20 oktyabr
    40. 08:34 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Böyük Qayıdışın Memarı: Füzuli və Zəngilan Zəfəri
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ