"Tibb İşçilərinin Peşə Bayramı" qeyd olundu
RMX-da "Tibb İşçilərinin Peşə Bayramı" münasibətilə tədbir keçirildi. Tədbirdə Masalli Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və digər rəsmi şəxslər iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov öz çixişinda tibb işçilərinin Covid-19 virusu ilə mübarizə və ll Qarabağ döyüşçülərində fədakar zəhmətini qeyd edərək onlara minnətdarlığını bildirmişdir.
YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və Masallı RMX-nin direktoru İlqar Ramiz oğlu çıxış edərək tibb işçilərini peşə bayramı münasibətilə təbrik etdilər. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə bir qrup tibb işçiləri fəxri fərmanlarla təltif olundular. Həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan gənclərə partiya biletləri təqdim edildi. Sonda RİH-nin başçı Dializ şöbəsində müalicə alan xəstələrlə görüşmüşdür.
“Yeni həyat” qəzeti
www.yeniheyet.az