Masallının Rüdəkənar kəndində şəhid ailəsi üçün tikilən fərdi yaşayış evinin açılışı olub » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Rüdəkənar kəndində şəhid ailəsi üçün tikilən fərdi yaşayış evinin açılışı olub

    Masallının Rüdəkənar kəndində şəhid ailəsi üçün tikilən fərdi yaşayış evinin açılışı olub


    Şəhid ailələrinə diqqət və qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

    Ölkə Prezidenti cənab İlham Əliyevin bu istiqamətə yönəltdiyi diqqət Masallı rayonunda da ənənəvi şəkildə davam etdirilir.

    Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün Heydər Əliyev Fondu və Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, xeyriyyəçilər və iş adamlarının dəstəyi ilə rayon ərazisində I Qarabağ müharibəsi şəhidlərinin ailələri üçün evlər tikilir. Belə evlərdən biri də Rüdəkənar kəndində şəhid Arzuman Mirzəli oğlu Qurbanovun ailəsi üçün tikilib.

    Layihəyə əsasən ev birmərtəbəli, kürsülüdür.

    23 avqust 2023-cü il tarixdə Masallının rayonunun Rüdəkənar kəndində Heydər Əliyev Fondu tərəfindən  I Qarabağ müharibəsi şəhidi Arzuman Mirzəli oğlu Qurbanovun ailəsi üçün tikilən fərdi yaşayış evinin açılış mərasimi baş tutub.

    Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Milli Məclisin deputatı Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, qonaqlar, qazilər, kənd sakinləri və jurnalistlər iştirak ediblər.

    Tədbir başlamazdan əvvəl kənd qəbiristanında I Qarabağ müharibəsi şəhidi  Arzuman Mirzəli oğlu Qurbanovun

    və atasının məzarları ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.

    Tədbir təzə tikilkən evin qarşısında davam etdirilib.

    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, qəhrəman oğullarımızdan danışıb.

    Sonra iki şəhid anası Ziba Əsgərova,  Azərbaycan tarixçisi, Tarix elmləri doktoru, Professor, Milli Məclisin deputatı Anar İsgəndərov, şəhid atası Tofiq Şahbazov və başqaları çıxış ediblər.

    Mərasimdə çıxış edənlər 2020-ci ilin il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.

    Masallı rayonunun ictimai-siyasi qəzeti olan «Yeni həyat» qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, şəhidin ailə üzvləri, xüsusən anası Nabat Qurbanova, nəvəsi, 4 medalı 44 günlük Vətən müharibəsi iştirakçısı, şəhidin qardaşı oğlu və onun ad və soyadını daşıyan Arzuman Qurbanov onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Onlar həmçinin Azərbaycan Prezidentinin tapşırığına əsasən gördüyü yaxşı işlərə görə Masallı rayon rəhbəri Araz Əhmədova sonsuz minnətdarlıq bildirmişlər.

    Qeyd edilib ki, Qurbanov Arzuman Mirzəli oğlu 9 mart 1974-cü ildə Rüdəkənar kəndində anadan olub.

    1991-ci ildə Rüdəkənar kənd orta məktəbini bitirib. Elə həmin il Lənkəran şəhər 169 nömrəli orta texniki — peşə məktəbinə daxil olub.

    1992-ci ilin iyun ayında hərbi xidmətə çağırılıb. Ağdam rayonunun Mərzili, Sırxavənd, Abdal — Gülablı, Fərrux, Qazançı, Güneytəpə kəndlərinin, Xramord yüksəkliyinin düşməndən azad olunmasında iştirak edib. Gülablıda gedən qeyri — bərabər döyüşdə Arzuman budundan ağır yaralanmış, Bakı şəhərindəki 3 nömrəli klinik xəstəxanada bir müddət müalicə olunduqdan sonra cəbhəyə qayıdıb…

    Arzumanın son döyüşü Ergi kəndi yaxınlığındakı postda olub.

    Erməni quldurları fevralın 8-də böyük hərbi texnikanın köməyi ilə qəflətən hücuma keçiblər. Arzuman yoldaşları ilə birlikdə döyüşə — döyüşə geri çəkilib.

    Qəfil açılan erməni düşmən gülləsi ondan yan keçməyib. Beləliklə, Arzuman 9 fevral 1993-cü il tarixdə I Qarabağ müharibəsi zamanı Agdam rayonu ugrunda gedən döyüşlərdə şəhid olub.

    Arzuman Mirzəli oğlu Qurbanov Rüdəkənar kəndində dəfn edilib.

    Kənd orta məktəbinin pedaqoji kollektivi məktəbə A.Qurbanovun adını verib...

    Ailədə 9 övlad (8 oğlan və 1 qız övladı) olublar.

    Atası Mirzəli Qurbanov 2 yanvar 2013-cü ildə vəfat edib.

    Anası bu kənddə yaşayır. Şəhidin şərəfinə tikilən təzə evin sənədləri məhz Nabat anaya təqdim edilib...

     















    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:31 Suverenliyin Tam Bərqərarı: İlham Əliyevin Dövlətçilik Strategiyasının Zəfər Zirvəsi
    2. 22:03 Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub
    3. 20:14 Masallıda “Mübahisələrin alternativ həlli olaraq mediasiyanın tətbiqi və onun üstünlükləri” mövzusunda maarifləndirici tədbir
    4. 20:12 Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    5. 19:57 Prezident İlham Əliyevin amnistiya təşəbbüsü
    6. 19:52 Cənab Prezidentin amnistiya təşəbbüsü
    7. 11:41 Mənalı ömrün işığında
    8. 08:28 Masallıda rayon rəhbərinin 18 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 15:26 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 17.12.2025
    10. 15:22 Masallının Qızılağac kəndində 17 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 15:36 Masallıda “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici görüş 
    13. 15:31 Masallıda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olundu
    14. 10:29 Azərbaycan Prezidentinə yazırlar
    15. 16:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 dekabr 2025-ci il
    16. 16:28 Masallıda 01-15 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    17. 16:25 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 dekabr 2025
    18. 16:22 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 dekabr 2025
    19. 16:15 Şəhid Balaqardaş Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    20. 10:57 Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin məzarını ziyarət etmək arzusu...
    21. 10:40 Tanınmış həkim Vaqif Əhmədovun 85 illiyi qeyd olunub
    22. 15:57 Rayon rəhbəri Böyük Kolatan kəndində fermer Fikrət Məmmədova məxsus əkin sahəsinə baxış keçirdi
    23. 15:54 Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci il dönümü ilə əlaqədar ehsan süfrəsi
    24. 15:50 Masallıda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “İz” filmi nümayiş olundu
    25. 15:47 Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci il dönümü anıldı
    26. 12:43 Göyəçöl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    27. 15:58 Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar 
    28. 15:43 Masallı rayonu ərazisində bir qrup imtiyazlı ahıl evində ziyarət edildi
    29. 15:37 Masallıda rayon rəhbərinin 11 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 15:33 Azərbaycan Prezidentinə yazırlar
    31. 15:29 Azərbaycan Prezidentinə yazırlar
    32. 16:53 Masallıda uzunluğu 6 km olan Boradigah çayının lildən təmizlənməsi işləri yekunlaşıb
    33. 16:51 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi 10.12.2025
    34. 16:47 Masallının Mahmudavar kəndində 10 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:45 Masallıda muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb
    36. 14:39 Heydər Əliyev və əbədi dövlətçilik yolu... Masallıda tədbir
    37. 13:03 Prezident İlham Əliyev: Azərbaycan və Slovakiya dost və strateji tərəfdaşlardır
    38. 12:59 Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğuladı
    39. 21:30 Şəhid Raqib Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    40. 20:25 Masallıda "Məkr və Məhəbbət" əsəri nümayiş olundu
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ