Masallının Çaxırlı kəndində şəhidin doğum günü yeni evində qeyd olundu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Çaxırlı kəndində şəhidin doğum günü yeni evində qeyd olundu

    Masallının Çaxırlı kəndində şəhidin doğum günü yeni evində qeyd olundu


    30 avqust 2023-cü il tarixdə Masallının rayonunun Çaxırlı kəndində 44 günlük Vətən müharibəsi şəhidi, çavuş Namiq Nurəddin oğlu Bağırovun doğum günü yeni tikilən fərdi yaşayış evində qeyd olundu.

    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanları rəhbərləri, şəhid yaxınları, kənd sakinləri və mətbuat nümayəndələri iştirak ediblər.

    Şəhidin doğum günü ilə əlaqədar çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tədbir iştirakçılarını salamlayaraq 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən söhbət açıb. Rayon rəhbəri qeyd edib ki, 2020-ci ilin sentyabrın 27-i tarixi günündə rəşadətli Azərbaycan Ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq ermənilərlə olan münaqişə Qələbə ilə başa çatdı. Vətən müharibəsi günlərində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi nümayiş etdirdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə düşmən üzərində şanlı Qələbə çalındı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Qazanılan şanlı Qələbə Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu.

    Bildirildi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara uca Allahdan rəhmət diləyirik. Qədirbilən xalqımız onları heç vaxt yaddan çıxarmayacaq. Eyni zamanda, qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımız da vardır. Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrin və qazilərin yanındadır. Onların problemlərinin həlli istiqamətində böyük işlər görülür. Vətən müharibəsi şəhidi Namiq Nurəddin oğlu Bağırovun ailəsi üçün tikilib bu gün istifadəyə verilən yeni yaşayış evi də həmin işlərin bariz nümunəsidir.

    Şəhid atası Nurəddin Bağırov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Kamandan Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və tədbirdə iştirkına görə gələn bütün qonaqlara minnətdarlığını ifadə etdi.









    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az



    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    2. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    3. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    4. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    5. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    6. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    7. 09:07 Ərazi nümayəndəsinin tribunası
    8. 09:05 Allah rəhmət eləsin
    9. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    10. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    11. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    12. 13:52 Allah rəhmət eləsin
    13. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    14. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    15. 10:25 Bələdiyyə sədri
    16. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    17. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    18. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    19. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    20. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    21. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    22. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    23. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    24. 14:35 Yeni şeirlər
    25. 10:59 Perspektivli idmançıların aşkarlanması
    26. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    27. 15:56 100 illik ömrün işığı
    28. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    29. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    30. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    31. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    32. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    33. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    34. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    35. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    36. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    37. 14:19 QANLI YANVAR
    38. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    39. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    40. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ