Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını elan edib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını elan edib

    Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını elan edib


    Fevralın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

    İclas növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunmasına həsr edilib.

    Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq bildirib ki, xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclasında 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) 2024-cü il 11 fevral tarixli protokolunun təsdiq və rəsmən elan edilməsinə dair konstitusiya işinə baxılacaq.

    Məhkəmə iclasının katibi deyib ki, iclasda xüsusi konstitusiya icraatı üzrə maraqlı subyekt qismində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini Rövzət Qasımov, katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov, komissiyanın digər üzvləri, habelə ekspert qismində Dövlət Statistika Komitəsinin ümumi şöbəsinin müdiri Sevda Süleymanova və Aparatın statistika şöbəsinin sektor müdiri Fərid Əhmədov, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov, İnsan hüquqları və informasiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru Etibar Əliyev iştirak ediblər.

    Sonra Fərhad Abdullayev məhkəmənin tərkibini elan edib.

    “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında” Qanunun 43-cü maddəsinə əsasən maraqlı subyektlərin qanuni nümayəndələrinin hüquq və vəzifələrini izah edən Konstitusiya Məhkəməsinin sədri bildirib ki, onlar bu Qanuna əsasən, iclasda çıxış edə, sübutları təqdim edə, ekspertlərə suallar verə və sualları cavablandıra bilərlər.

    Məruzəçi kimi çıxış edən hakim Sona Salmanova bildirib ki, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 40.3.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan edilməsi ilə əlaqədar işlərə xüsusi konstitusiya icraatı qaydasında baxılır. 2016-cı il 26 sentyabr tarixli ümumxalq səsverməsi – referendumla Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin 1-ci hissəsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

    Diqqətə çatdırılıb ki, Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə təqdim edir. Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri barədə 2024-cü il 11 fevral tarixli protokol tərtib edib. Səsvermənin nəticələri haqqında MSK-nın protokolu, qərar və ona əlavə olunmuş sənədlər səsvermənin nəticələrinin təsdiq və rəsmən elan edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunub. “Konstitusiya Məhkəməsi haqqında” qanunun 56.3-cü maddəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinin Plenumu seçkilərin yekunlarına dair MSK-nın sənədlərinin Seçki Məcəlləsinin tələblərinə uyğun olduğunu müəyyən etdikdə seçkilərin nəticələrinin təsdiq olunması barədə qərar qəbul edir.

    Daha sonra məruzəçi hakim Kamran Şəfiyev çıxış edərək diqqətə çatdırıb ki, seçkilərin nəticələri ilə bağlı MSK tərəfindən təqdim olunmuş protokolun Seçki Məcəlləsinin tələblərinə uyğun olub-olmamasının öyrənilməsi məqsədilə Dövlət Statistika Komitəsinin və Bakı Dövlət Universitetinin əməkdaşları iş üzrə ekspert qismində cəlb olunub. Bundan başqa, “Konstitusiya Məhkəməsi haqqında” qanunun 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Apellyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikasının Ali Məhkəməsindən və Azərbaycan Respublikasının Prokurorluğundan seçki hüquqlarının müdafiəsi ilə bağlı baxılmış ərizələr əsasında məlumatlar tələb etmişdir. Konstitusiya Məhkəməsinə daxil olmuş məlumatlardan göründüyü kimi, seçki hüquqlarının müdafiəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində 8, Sumqayıt Apellyasiya Məhkəməsində isə 1 ərizəyə baxılıb. Həmin ərizələr əsassız olduğuna görə təmin edilməyib. Ali Məhkəmədən daxil olmuş məlumatlara əsasən, verilmiş üç kassasiya şikayəti təmin edilmədən saxlanılıb. Gəncə, Şirvan, Şəki Apellyasiya məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi seçki hüquqlarının müdafiəsi ilə bağlı hər hansı ərizənin daxil olmadığını bildiriblər. Azərbaycan Respublikası Prokurorluğunun məlumatına əsasən, seçki hüquqlarının pozulması ilə əlaqədar bir şikayət üzrə aparılmış araşdırma zamanı həmin şikayətdə irəli sürülmüş dəlillərin öz təsdiqini tapmadığı müəyyən edilib.

    Məruzəçi hakim bildirib ki, Seçki Məcəlləsinin 28.2-ci maddəsinə uyğun olaraq, MSK-nın qərarları açıq səsvermə yolu ilə komissiyanın iclasında üzvlərinin 18-nin iştirak etdiyi halda və azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir. Seçki Məcəlləsinin 100.12-ci maddəsində nəzərdə tutulub ki, protokollar komissiyanın həlledici səs hüquqlu üzvünün ümumi sayının ən azı üçdə ikisi tərəfindən imzalanmalıdır. MSK-nın təqdim etdiyi protokoldan da göründüyü kimi, bu protokol komissiyanın 18 üzvündən 18-i tərəfindən imzalanıb.

    Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə və Seçki Məcəlləsinin 203.4-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. MSK-nın protokolundan göründüyü kimi, etibarlı hesab edilmiş seçici səslərindən 4 milyon 567 min 458-i və ya 92,12 faizi Əliyev İlham Heydər oğlunun lehinə verilib.

    Sonra maraqlı subyektin qanuni nümayəndəsi, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edib. MSK sədri deyib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalandıqdan sonra MSK seçkilərin hazırlanıb keçirilməsinə məsul ali orqan kimi öz işinə başlamışdı. Seçkilər elan edildikdən sonra namizəd kimi iştirak etmək arzusunda olan 17 subyektdən Mərkəzi Seçki Komissiyasına müraciətlər daxil olub. Bu müraciətlərin 5-i siyasi partiyalar tərəfindən, 12-si isə namizədliyi özü tərəfindən irəli sürülmüş şəxslər tərəfindən idi. MSK bütün tərəflərə ilkin mərhələdə müsbət cavab verib. Komissiyanın iclasında 17 nəfərin namizədliyi təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun lazım olan seçici imzalarının toplanması üçün həmin namizədlər imza vərəqələri ilə təmin edilib. Məcəllənin tələbinə görə, 40 min imza toplamaq tələb olunurdu. Həmin 40 min imza mövcud 125 dairənin 60-dan toplanmalı idi. İmza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytaran 7 iddiaçının hamısının namizədliyi qeydə alınıb. Onlardan 5-nin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb, 2-si isə öz təşəbbüsü ilə seçkilərə qatılıb.

    Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunmasına xüsusi diqqət yetirildiyini deyən Məzahir Pənahov qeyd edib ki, seçkilər keçirildikdən iki gün ərzində protokollar MSK-ya təqdim olunur: “Biz bu sənədlərlə tanış olduqdan sonra hər hansı çatışmazlıqların olub-olmadığını müəyyən edirik. Hər hansı xoşagəlməz hal olduğu zaman araşdırılır. Budəfəki seçkilərdə araşdırmadan sonra 11 məntəqə seçki komissiyasında nöqsanlar olduğu aşkar edilib. MSK-nın qərarı ilə həmin seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılıb”.

    MSK sədri bildirib ki, prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyasına vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olub. Vətəndaşlar xahiş ediblər ki, Mərkəzi Seçki Komissiyası qeydiyyatdan çıxma vəsiqələri almaları və azad edilmiş ərazilərdə səs vermələri üçün onlara şərait yaratsın. Onlara izah olunurdu ki, bu, indiki mərhələdə mümkün olmayan məsələdir.

    “Biz Mərkəzi Seçki Komissiyasının ilk iclasında bu seçkiləri Zəfər seçkiləri adlandırmışdıq. İlk günlərdən etibarən işğaldan azad edilmiş ərazilərdə səsvermənin necə təşkil edilməsi ilə bağlı araşdırmalar apardıq. Seçki Məcəlləsinin tələbinə görə, orada son iki ildə həyata keçirilən tikinti, bərpa və quruculuq işlərində iştirak edən şəxslər son 6 ay ərzində həmin ərazidə yaşadıqlarına görə onlar da həmin ərazi üzrə siyahılara daxil edilməli idi. Nəticədə həmin ərazidə təxminən 22 mindən artıq daimi əsaslarla yaşayan seçicini siyahıya aldıq”, - deyə MSK sədri qeyd edib.

    Sonra Məzahir Pənahov Konstitusiya Məhkəməsinin hakimlərinin suallarını cavablandırıb.

    İclasa ekspert qismində dəvət olunmuş Dövlət Statistika Komitəsinin ümumi şöbəsinin müdiri Sevda Süleymanova bildirib ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli protokolu Seçki Məcəlləsinin 100.2-ci, 100.12-ci, 108.2-ci və 203.3-cü maddələri baxımından düzgün tərtib edilib və qanunvericiliyin tələblərinə uyğundur.

    Digər ekspert – Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovun rəyinə əsasən, prezident seçkilərinin nəticələrinə dair MSK-nın protokolu Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə tam cavab verir.

    Ekspertlərin rəyləri Konstitusiya işinə əlavə olunub.

    Sonra MSK sədri Məzahir Pənahov yekun sözlə çıxış edib. Bildirib ki, Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq bu proseslərdə vəzifələri olan qurumlar öz vəzifələrinin öhdəsindən uğurla gəliblər.

    Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkiləri ilə bağlı keçirilən iclasında hakimlər qərarın elan olunması üçün müşavirəyə gediblər.

    Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan olunmasına dair qərarı oxuyub.

    Qərarda deyilir ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli protokolunda əks olunmuş nəticələr təsdiq edilsin.

    Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilsin.

    Qərar elan olunduğu andan qüvvəyə minir, Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

    Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

    Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun iclasını bağlı elan edib.











    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    2. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    3. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    4. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    5. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    6. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    7. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    8. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    9. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    10. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    11. 09:01 Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. 
    12. 14:19 Həsənli və Təklə kəndləri ərazisindən keçən suötürücü kanal təmizlənmişdir
    13. 09:42 Masallıda 2025-cü ilin yanvar ayına olan səyyar-görüş qəbulları barədə
    14. 17:35 Rayon rəhbəri Xoşçobanlı kəndində Vətən Müharibəsi şəhidi Məmmədağa Bağırovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    15. 17:25 Masallıda vətəndaşlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri tərəfindən qəbul edildi
    16. 14:04 Masallıda rayon rəhbərinin 25 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 21:09 Bala Təklə də içməli su ilə təmin edildi 
    18. 18:24 Masallıda tədbir: “Vətənin bütövlüyü – sözün qüdrəti”
    19. 17:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 24.12.2025
    20. 17:04 Rayon rəhbərinin Alşanlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidinin ailəsinə diqqəti
    21. 17:01 Rayon rəhbəri Birinci Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 24.12.2025
    22. 16:57 Masallının Birinci Səmədxanlı ərazisinin Alışanlı kəndində 24 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    23. 20:19 Azərbaycan Prezidentinə yazırlar
    24. 14:59 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 23.12.2025
    25. 16:28 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm və əlamətdar mərhələ təşkil edir
    26. 16:24 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir
    27. 11:20 Prezident İlham Əliyevin Fəaliyyəti: Güclü Liderlik, Tarixi Zəfər və Davamlı İnkişaf Yolu
    28. 11:31 Suverenliyin Tam Bərqərarı: İlham Əliyevin Dövlətçilik Strategiyasının Zəfər Zirvəsi
    29. 22:03 Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub
    30. 20:14 Masallıda “Mübahisələrin alternativ həlli olaraq mediasiyanın tətbiqi və onun üstünlükləri” mövzusunda maarifləndirici tədbir
    31. 20:12 Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    32. 19:57 Prezident İlham Əliyevin amnistiya təşəbbüsü
    33. 19:52 Cənab Prezidentin amnistiya təşəbbüsü
    34. 11:41 Mənalı ömrün işığında
    35. 08:28 Masallıda rayon rəhbərinin 18 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    36. 15:26 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 17.12.2025
    37. 15:22 Masallının Qızılağac kəndində 17 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    38. 17:24 Azərbaycan Prezidentinə yazırlar
    39. 15:36 Masallıda “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici görüş 
    40. 15:31 Masallıda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olundu
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ