Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü tədbiri » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü tədbiri

    Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü tədbiri


    23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə Masallı Rayon İcra hakimiyyətinin konfrans zalında tədbir keçirilmişdir.

    Masallı Rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədov dövlət qulluqçularını peşə bayramı günü münasibəti ilə təbrik edərək qeyd etmişdir ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. “Dövlət qulluğu” və “dövlət qulluqçusu” anlayışları da məhz bu qanunla gündəmə daxil oldu.Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir.

    Ümummilli liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dövlət qulluğu sisteminin təkmilləşməsinə, dövlət qulluqçularının sosial müdafiəsinə göstərdiyi diqqət və qayğısı, bu sahədə çalışan insanların əməyinə ən yüksək səviyyədə dəyər verilməsinin daha bir təzahürü dövlət başçısının 2006-cı il 25 may tarixli sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı gününün təsis olunmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir

     Tədbirin sonunda dövlət qulluğunda fərqlənən bir qrup dövlət qulluqçusuna rayon İcra Hakimiyyətinin Başçısı və Dövlət idarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu































    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ