Mahmudavar ərazi nümayəndəliyi tərəfindən 24.09.2024-cü il tarixdə vətəndaşlar qəbul edilmişdir
- 25-09-2024, 15:34
- Siyasət
- 0
- 96
24 sentyabr 2024-cü il tarixdə Mahmudavar kənd ərazi nümayədnəliyinin inzibati binasında Masallı Rayon İcra Hakimiyyəti Başçısının Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağadadaş Qənbərov tərəfindən Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına uyğun olaraq vətəndaşların qəbulu keçirilmişdir.
Görüşdə iştirak edənlərdən Mahmudavar kənd Ağsaqqallar şurasının sədri Həsənağa Əliyev tərəfindən 27 sentyabr Anım günü ilə əlaqədar kənd əhalisi ilə birlikdə şəhid məzarlarının və şəhid ailələrinin ziyarət olunmasını təklif etmişdir. Qəbul zamanı digər vətəndaşlar tərəfindən qaldırılan məsələlər nümayəndəlik tərəfindən qeyd olunaraq müraciətlərin həlli istiqamətində işlərə başlanıldığı və nümayəndəliyin səlahiyyətləri xaricində olan məsələlərlə bağlı müvafiq qurumlara müraciət olunacağı vətəndaşlara bildirilmişdir.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az