Çətin və şərəfli peşə yolunda » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Çətin və şərəfli peşə yolunda

    Çətin və şərəfli peşə yolunda

     
    Səadət işığı, həyat çırağı...
     
    Müəllimliyi üstün tutan kəs məsuliyyətli olmaqla yanaşı ilk öncə fədakar olmalıdır. Ona göstərilən hörmət və ehtiramı qoruyub saxlamalıdır. Bu çətin və müqəddəs peşəyə sadiqliyini Vətənə layiqli övladlar yetişdirməklə isbat etməlidir ki, bundan qürur, fəxarət duymağa haqq qazanmalıdır. Məhz bu cür müəllimləri – ömrünü uşaqların tərbiyəsinə, cəmiyyətə yararlı vətəndaş hazırlanmasına həsr edən müəllimləri xoşbəxt saymaq olar.
    Respublikamızın hər bölgəsində olduğu kimi, Masallı rayonunda da müəllim adını şərəflə daşıyan uğurlu, savadlı gənclər çoxdur. Belə müəllimlərdən biri də Masallı şəhər 1 saylı tam orta məktəbinin direktor müavini Arzu Hüseynovadır.
     
    Qısa tanıtım: Arzu Rufulla qızı Hüseynova 1986-cı ildə Masallı şəhərində anadan olub. 2004-cü ildə Masallı “Dəfinə” məktəb-liseyini (əla qiymətlərlə), 2009-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsini bitirib.
    Pedaqoyi fəaliyyətə Masallı rayonunun Təzə Alvadı 2 saylı tam orta məktəbində başlayıb. 14 il bu təhsil ocağında çalışıb.
    2023-cü ilin yanvar ayından şəhid Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində tədris işləri üzrə direktor müavini işləyir. O, bu vəzifəyə Təhsil Nazirliyi tərəfindən aparılan müvafiq imtahan, müsahibə və müsabiqə mərhələlərini uğurla keçdikdən sonra elan olunan vakansiya üzrə təyin olunub.
    Arzu xanım ailəlidir. Ömür-gün yoldaşı Loğman mühasibdir. Bu xoşbəxt ailədə üç övlad böyüyür...
     
    Onlar hər zamankı kimi bu gün də sanki ən ağır yükü çiyinlərində daşıyırlar. Çünki valideyn övladını, onun gələcəyini müəllimə etibar edirsə, müəllim də şagirdini cəmiyyət üçün, millət üçün yararlı vətəndaş kimi formalaşdırmalıdır. Məzunlara, onların valideynlərinə sevinc yaşatmağın necə bir xoşbəxtlik olduğunu hiss etdikdən sonra əməyinin bəhrəsini görən müəllim fərəhlənir, bundan zövq alır.
    Arzu Hüseynova: “Hər bir insan qarşısına qoyduğu məqsədə nail olmaq üçün əziyyətə qatlaşmalıdır. Rayonumuza, kəndə işləməyə gələrkən qarşılaşacağım çətinlikləri öncədən təsəvvür edirdim. Odur ki, ilk gündən şagirdlərlə səmimi, mehriban davranmağa üstünlük verirdim ki, onlara tədris etdiyim kimya fənnini sevdirə bilim. Yenilikçi və yaradıcı olmalarına geniş imkanlar açmağa, günbəgün yeniləşən tədris prosesini müasir tələblərə uyğun qurmağa çalışırdım.”

    Təcrübəli müəllim olmaq üçün şəraitdən, mühitdən asılı olmayaraq şagirdlərə elm aşılamağı bacarmaq lazımdır. Hamımıza məlumdur ki, gənc müəllimlər ilk iş günlərində, elə olur ki, diqqətdən kənarda qalır, bəzi valideynlərin giley-güzarına tuş gəlir, bəzən rəhbərlikdən dəstək görmür və s. Buna rəğmən yorulsa da ruhdan düşmür, yorulmur, fədakarcasına bütün çətinliklərə sinə gərərək öz işinə davam edir...
    Təcrübəli pedaqoqlardan Allahşükür Kərimov, Şakir Həsənov, Füzuli Cəfərov, mərhum Saleh Hüseynov gənc müəllim Arzu Hüseynovaya sadalanan çətinliklərin yaşanmamasından ötrü vaxtilə müvafiq tövsiyələrini verib, ona dəstək olublar. Ona görə də Arzu müəllim ilk gündən öz işinə necə həvəslə başlayıbsa, bütün peşə həyatı boyunca elə də davam edir.

    Rayonun qabaqcıl təhsil işçilərindən olan Möhsüm Süleymanov: “Elmi potensialı olan hər hansı bir şəxs istənilən sahədə uğur qazanır, işgüzarlığı, tərəqqipərvər addımları ilə ümumi işin inkişafına xidmət edir. Məhz haqqında fəxrlə danışdığımız Arzu müəllimin də səmərəli pedaqoji fəaliyyəti yeniyetmə və gənclərimizin həyata baxışlarının formalaşmasında müəllimin hansı gücə malik olmasının bariz nümunəsidir. Qürurluyuq ki, estafeti Arzu Hüseynova kimi müəllimlərə vermişik. Çünki o, şagirdlərini və öz işini sevən, peşəkar, tələbkar, nümunəvi pedaqoqlardandır.”

    Masallı şəhər 1 saylı tam orta məktəbinin direktoru Ağamməd Şənmədov: “İstedadlı, bacarıqlı müəllim onun yetirmələrinin nəticələrinə əsasən müəyyən edilir. Bundan əlavə əgər şagird müəllimin öz fənnini sevdiyini hiss edirsə, o zaman məktəblinin də dərsə marağı bir daha artır. Bu mənada biz Arzu müəllimə inanır, ona güvənirik. Öz ixtisası üzrə geniş və dərin biliyə, yüksək mədəniyyətə malik müəllim kimi nəinki şagirdlərinin, bütün kollektivimizin etimadını qazanıb. Əlavə edim ki, Arzu xanım idarəetmədə də özünü doğruldur, məktəbimizdə təlim-tərbiyə işlərində üzərinə düşən əsas funksiyanı layiqincə yerinə yetirir. Və inanırıq ki, bu uğurlu ardıcıllıq davamlı olacaq...”

    Arzu müəllimin yetirmələri Respublika Fənn Olimpiadalarında uğurla çıxış edir, ali təhsil müəssisələrinə yüksək balla qəbul olurlar. Neçə-neçə məzunu müxtəlif sahələrdə çalışmaqdadır.

    Zəhməti fəxri fərman və digər mükafatlarla dəyərləndirilib Arzu müəllimin. Özünün vurğuladığı kimi, ən böyük qazancı isə el-obanın məhəbbəti, şagirdlərinin ona ehtiramı, cəmiyyətdə, çalışdığı kollektivdə sahibləndiyi nüfuzdur. O, deyir ki, Vətənimə, xalqıma faydalı vətəndaş, müəllim kimi xidmət etməklə böyük sevgi ilə yanaşdığım bu yolda mənə etimad edənlərin inamını doğrultmağa çalışıram.
     



    Akif AĞAYEV



    " Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    2. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    3. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    4. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    5. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    6. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    7. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    8. 14:19 QANLI YANVAR
    9. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    10. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    11. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    12. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    13. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    14. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    15. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    16. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    17. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    18. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    19. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    20. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    21. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    22. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    23. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    24. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    26. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    27. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    28. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    29. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    30. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    31. 09:01 Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. 
    32. 14:19 Həsənli və Təklə kəndləri ərazisindən keçən suötürücü kanal təmizlənmişdir
    33. 09:42 Masallıda 2025-cü ilin yanvar ayına olan səyyar-görüş qəbulları barədə
    34. 17:35 Rayon rəhbəri Xoşçobanlı kəndində Vətən Müharibəsi şəhidi Məmmədağa Bağırovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    35. 17:25 Masallıda vətəndaşlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri tərəfindən qəbul edildi
    36. 14:04 Masallıda rayon rəhbərinin 25 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    37. 21:09 Bala Təklə də içməli su ilə təmin edildi 
    38. 18:24 Masallıda tədbir: “Vətənin bütövlüyü – sözün qüdrəti”
    39. 17:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 24.12.2025
    40. 17:04 Rayon rəhbərinin Alşanlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidinin ailəsinə diqqəti
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ