Masallıdan olan idmançı paralimpiya üçüncüsüdür » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıdan olan idmançı paralimpiya üçüncüsüdür

    Masallıdan olan idmançı paralimpiya üçüncüsüdür

    • 6-09-2024, 09:33
    • İdman
    • 0
    • 410
     
    22 yaşlı paraüzgüçümüz, paralimpiya, ikiqat dünya və Avropa çempionu Vəli İsrafilov Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medala sahiblənib.

    O, SB13 kateqoriyasında 100 metr məsafəyə brass üzmə üsulunda 1:05:35 nəticə ilə üçüncü pillədə qərarlaşıb.
    Məlumat üçün bildirək ki, əslən Masallı rayonundan (Köhnə Alvadı kəndi) olan Vəli Rəşadət oğlu İsrafilov 2008-ci il ildə Masallı şəhər “Dəfinə” məktəb-liseyinin 1-ci sinfinə daxil olub, orta təhsilini B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbində davam etdirərək 11-ci sinfi bitirib. Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin Elektrotexnika və Energetika fakültəsini bitirib.
    Vəli İsrafilov uşaqlıq illərindən idmanın üzgüçülük növü ilə məşğul olmağa başlayıb. 10 yaşında ikən dəfələrlə Bakı şəhərində keçirilən birinciliklərin qalibi adına layiq görülüb və Milli komanda məşqçilərinin rəğbətini qazanıb. 12 yaşında artıq idman ustalığına namizəd olan Vəli Milli komandaya cəlb edilib. Serbiya, Slovakiya, Macarıstan, Türkiyə, Gürcüstan, İsrail və s. ölkələrdə keçirilən yarışlarda Azərbaycan Respublikasının üçrəngli bayrağını dəfələrlə uca zirvələrdə dalğalandırıb.

    Sloveniyanın Kranj şəhərində kecirilən üzgüçülük üzrə Beynəlxalq turnirdə (25-26 mart, 2017) Vəli İsrafilov yeniyetmələr arasında 200 metr brass üzrə qızıl, böyüklər arasında 200 və 100 metr brass üzrə bürünc medallara layiq görülüb. O, bu təsnifat yarışlarında şəxsi rekordlarını təzələyib. Bununla da 614 bal toplayaraq 4-cü İslam Həmrəyliyi Oyunlarına, eləcə də kecirilən yeniyetmələrin Avropa festivalına (27 iyun-2 iyul, 2017), İsraildə düzənlənən Avropa çempionatına (23 iyul-28 iyul, 2017) vəsiqəni təmin edib. Vəli IV İslam Həmrəylik Oyunlarında iştrak edən ən kiçik yaşlı idmançı olub. Bu yarışlarda yarımfinala qədər yüksəlib və sonda 11-ci yerdə qərarlaşıb.

    Birləşmiş Krallığın paytaxtı London şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanan idmançımız brass üsulu ilə mübarizə apararaq 100 metr məsafəni 1 dəqiqə 6 saniyəyə qət edərək üçüncü yeri tutub. Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük idman növü üzrə Avropa çempionatının (2021) qızıl medalına sahib olan Vəli 100 metr məsafədə “brass” növündə 1:04.80 nəticə göstərərək bütün rəqiblərini geridə qoymuşdu. Bununla da idmançımız lisenziya xalları toplayaraq “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına qatılma şansını artırmışdı. Vəli 15 yaşında idman ustası normativini doldurub. O, Milli Olimpiya komandası ilə yanaşı həm də Milli Paralimpiya komandasının üzvüdür.

    V.İsrafilov “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. O, 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb və paralimpiya rekorduna imza atıb.

    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Vəli İsrafilov XVI Tokio Yay Paralimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə və Azərbaycan idmanının inkişafında xidmətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

    V.İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatınının qızıl medalını qazanıb.

    Vəli ölkəmizin ən gənc paralimpiya çempionudur.





    Akif AĞAYEV.




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:59 Perspektivli idmançıların aşkarlanması
    2. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    3. 15:56 100 illik ömrün işığı
    4. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    5. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    6. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    7. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    8. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    9. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    10. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    11. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    12. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    13. 14:19 QANLI YANVAR
    14. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    15. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    16. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    17. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    18. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    19. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    20. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    21. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    22. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    23. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    24. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    25. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    26. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    28. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    29. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    30. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    31. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    32. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    33. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    34. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    35. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    36. 09:01 Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. 
    37. 14:19 Həsənli və Təklə kəndləri ərazisindən keçən suötürücü kanal təmizlənmişdir
    38. 09:42 Masallıda 2025-cü ilin yanvar ayına olan səyyar-görüş qəbulları barədə
    39. 17:35 Rayon rəhbəri Xoşçobanlı kəndində Vətən Müharibəsi şəhidi Məmmədağa Bağırovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    40. 17:25 Masallıda vətəndaşlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri tərəfindən qəbul edildi
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ