Главная > İdman > Masallılı pəhləvan dünya üçüncüsüdür

Masallılı pəhləvan dünya üçüncüsüdür


21-08-2024, 17:40. Разместил: admin44
 
İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı (19-25 avqust) keçirilir. Cari ilin ilk mundialında 576 yeniyetmə gücünü sınayır.

Çempionatın ilk günlərində Azərbaycanın yunan-Roma güləşçiləri (böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyilə) yarışlara uğurla başlayıblar. Ölkə təmsilçiləri arasında masallılı pəhləvan Əmrah Əmrahov da yer alıb. Dünya birinciliyində 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Əmrah çempionatın bürünc medalını qazanıb.

Fəxri kürsünün üçüncü pilləsinə qalxan həmyerlimiz Ə.Əmrahov 1/8 finalda ukraynalı həmkarına 3:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda iranlı rəqibinə məğlub olub. Sonra təsəlliverici görüşdə bolqarıstanlı rəqibinə tam üstünlüklə (9:0) qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqəni təmin edib. Əmrah qazaxıstanlı idmançıya 3:1 hesabıyla qalib gələrək U-17 dünya çempionatında bürünc medala sahib olub.
Məlumat üçün bildirək ki, Əmrah Əmrahov bu yarışdan öncə Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında

ikinci yeri tutub. O, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Qismət Əkbərovun yetirməsidir.
 




Akif AĞAYEV.шаблоны для dle 11.2
Вернуться назад