Главная > İqtisadiyyat > Masallıda heyvandarlıq 2023-cü ilin 6 ayı

Masallıda heyvandarlıq 2023-cü ilin 6 ayı


9-08-2023, 18:36. Разместил: admin44

Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2023-cü ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində diri çəkidə 3630,7 ton ət, 26256,9ton süd, 36786,0 min ədəd yumurta və 144,3 min ton isə yun istehsal edilmişdir. 2022-ci ilin müvafiq dövrünə nisbətənət istehsalı 1,5 ton, süd istehsalı isə 0,8 ton, yumurta  istehsalı 2,0 min ədəd,yun istehsalı isə 0,1 ton artmışdır.

1 iyul 2023-cü il vəziyyətinə 74046 baş iribuynuzlu mal-qara (ondan 37410 baş inək və camışlar), 95934 baş isə qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 143 baş (0,2 faiz), inək və camışların sayı 274 baş (0,7 faiz), qoyun və keçilərin sayı isə 606 baş (0,6 faiz) artmışdır.

Rayon ərazisində fəaliyyət göstərən 6 süni mayalandırma məntəqələrində2023-cü ilin yanvar-iyun aylarında süni mayalandırılmış 1339 baş inək, camış və düyələrdən 1096 baş bala alınmışdır.

Süni mayalandırılmadan alınan balaların sayı əvvəlki ilin müvafiq dövründən 144 baş və ya 11,6 faiz azdır.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад