Masallı rayonunda kənd təsərrüfatı üzrə məhsul  buraxılışın həcmi 4,2 faiz artmışdır-Statistika   » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı rayonunda kənd təsərrüfatı üzrə məhsul  buraxılışın həcmi 4,2 faiz artmışdır-Statistika  

    Masallı rayonunda kənd təsərrüfatı üzrə məhsul  buraxılışın həcmi 4,2 faiz artmışdır-Statistika  



    Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2023-cü ildə kənd təsərrüfatı üzrə məhsul buraxılışının ümumi dəyəri 2022-ci ilə nisbətən 4,2 faiz artaraq 191580,2 min manat olmuşdur ki, onun da 91095,6 min manatı və ya 47,5 faizi bitkiçilik məhsullarının, 100484,6 min manatı və ya 52,5 faizi isə heyvandarlıq məhsullarının payına düşür.
     
    Qrafik 1
    Kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının stukturu, faiz
     
     
    Cədvəl 8
           
     Dənlilər və dənli paxlalı bitkilərin 2023-cü ildə 11392,5 hektar əkin sahəsindən 11361,5 hektarı yığılmışdır ki, ondan 27816,3 ton məhsul götürülmüşdür. Dənlilər və dənli paxlalı bitkilər üzrə təkrar əkin sahəsindən isə 611,2 ton məhsul götürülmüşdür. Yığılmış məhsulun ümumi həcmi ötən ildən 182,7 ton və ya 0,7 faiz azdır.
           
     2023-cü ildə 7720,0 hektar buğda sahəsindən 18759,6 ton (ötən ildən 1265,4 ton və ya 7,2 faiz çox), 2800,0 hektar arpa sahəsindən isə 6216,0 ton (ötən ildən 376,4 ton və ya 5,7 faiz az) məhsul götürülmüşdür. Buğda üzrə orta məhsuldarlıq 24,3 sentner, arpa üzrə isə 22,2 sentner olmuşdur.
           
    Təmizlənməmiş çəltik bitkisinin 2023-cü ildə 147,5 hektar əkin sahəsindən 116,5 hektarı yığılmışdır ki, ondan 454,9 ton məhsul götürülmüşdür. Çəltik bitkisi üzrə təkrar əkin sahəsindən isə 41,3 ton məhsul götürülmüşdür. Yığılmış məhsulun ümumi həcmi ötən ildən 327,0 ton və ya 41,8 faiz azdır.
         
      Günəbaxan bitkisi üzrə 2023-cü ildə 45,0 hektar əkin sahəsindən 102,6 ton məhsul götürülmüşdür ki, bu da ötən ildən 1,1 ton və ya 1,1 faiz çoxdur.
           
     Fermentasiya edilməmiş tütün üzrə 2023-cü ildə 15,0 hektar əkin sahəsindən 29,3 ton məhsul götürülmüşdür ki, bu da ötən ildən 10,3 ton və ya 26,0 faiz azdır.
           
     Ədviyyat, ətirli və dərman bitkiləri (zəfəran) üzrə 2023-cü ildə 36,0 hektar əkin sahəsindən 0,6 ton məhsul götürülmüşdür ki, bu da ötən ildən 0,1 ton və ya 20,0 faiz çoxdur.
           
     Tərəvəz bitkisinin 2023-cü ildə 2014,5 hektar əkin sahəsindən 56380,0 ton məhsul götürülmüşdür ki, bu da ötən ildən 231,7 ton və ya 0,4 faiz azdır.
           
    Kartof bitkisinin 2023-cü ildə 903,0 hektar əkin sahəsindən 15892,8 ton məhsul götürülmüşdür ki, bu da ötən ildən 197,6 ton və ya 1,3 faiz çoxdur.
           
    Bostan bitkisinin 2023-cü ildə 311,5 hektar əkin sahəsindən 4552,0 ton məhsul götürülmüşdür ki, bu da ötən ildən 14,0 ton və ya 0,3 faiz çoxdur.
           
     Bağlar və giləmeyvələrin 2023-cü ildə 858,0 hektar sahəsindən 800,7 hektarı yığılmış və ondan 5048,8 ton məhsul götürülmüşdür ki, bu da ötən ildən 242,6 ton və ya 5,0 faiz çoxdur.
         
      Üzüm (talvar üzümü daxil olmaqla) bitkisinin 2023-cü ildə 16,0 hektar əkin sahəsindən 1065,6 ton məhsul götürülmüşdür ki, bu da ötən ildən 1,6 ton və ya 1,8 faiz çoxdur.
           
     Yaşıl çay yarpağı  üzrə  2023-cü ildə 133,8 hektar əkin sahəsindən  50,0 hektarı yığılmışdır ki, ondan 23,5 ton məhsul götürülmüşdür. Yığılmış məhsul ötən ildən 10,6 ton və ya 82,2 faiz çoxdur.
           
     Rayon üzrə təmiz herik şumu 2023-cü il üçün 17370,0 hektar qaldırılmışdır ki, bu da ötən ildən 4,0 hektar çoxdur.
           
     2023-cü ilin məhsulu üçün rayonda cəmi əkin sahələri 17612,5 hektar (ondan qarğıdalı bitkisi üzrə 160,0 hektar, çəltik bitkisi üzrə isə 11,6 hektar təkrar əkin aparılmışdır) olmuşdur ki, bu da ötən ildən 70,5 hektar və ya 0,4 faiz çoxdur.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:46 “PeşəFest-2026” - Masallıda
    2. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    3. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    4. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    5. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    7. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    9. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    10. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    11. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    12. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    13. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    14. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    16. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    17. 11:28 Məhərrəm Səfərli – 80
    18. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    19. 10:22 Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı
    20. 09:38 Azərbaycan Prezidentinə yazırlar
    21. 14:52 Rayonun Çaxırlı kəndində şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anıldı
    22. 14:51 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 02.10.2026
    23. 14:49 Rayon rəhbəri 02 oktyabr 2026-cı il tarixdə Ərkivan qəsəbəsində səyyar qəbul keçirib
    24. 10:06 Masallıda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
    25. 16:13 Masallıda tikintilərin qanunauyğun aparılması, tikinti norma və qaydalarına riayət olunması, eləcə də qanunsuz tikintilərə qarşı mübarizə mövzusunda tədbir
    26. 16:12 Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir
    27. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    28. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    29. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    30. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    31. 11:08 BÜTÜN ÖMRÜNÜ AZƏRBAYCANIN İNKİŞAFINA SƏRF EDƏN DAHİ
    32. 15:59 Vətən müharibəsi şəhid İntiqam Abbasovun şəhadətinin altıncı ildönümü anıldı
    33. 09:00 Regional və qlobal iqtisadi əməkdaşlığın fəal iştirakçısı
    34. 08:57 26 sentyabr 2026-cı il tarixində Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası:
    35. 08:54 Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı barədə
    36. 20:36 Masallıda 27 Sentyabr – Anım Günü ilə bağlı ehsan süfrəsi təşkil olunub
    37. 14:09 Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
    38. 14:07 Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ
    39. 13:53 Masallıda 2026-cı ilin oktyabr ayına olan səyyar-görüş qəbulları
    40. 11:06 Masallıda 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə ağacəkmə aksiyaları keçirilib
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ