Главная > İqtisadiyyat > Masallı rayonunda ümumi məhsul buraxılışın həcmi 2,1 faiz artmışdır
Masallı rayonunda ümumi məhsul buraxılışın həcmi 2,1 faiz artmışdır8-02-2024, 22:19. Разместил: admin44 |
Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, ilkin məlumatlara əsasən 2023-cü ildə 576619,8 min manat həcmində və ya 2022-ci ilə nisbətən¬¬¬¬¬¬¬¬ 2,1 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2023-cü il ərzində istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənaye sahəsində 105118,5 min manat (18,2 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 191580,2 min manat (33,2 faiz), tikinti sahəsində 78990,6 min manat (13,7 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 17944,0 min manat (3,1 faiz), informasiya və rabitə sahəsində 3785,8 min manat (0,7 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 179200,7 min manat (31,1 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 4,2 faiz, sənayedə 29,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 23,1 faiz, informasiya və rabitə sahəsində 33,0 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 0,3 faiz artmış, tikinti sahəsində 34,4 faiz azalmışdır. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |