Masallı rayonunda ümumi məhsul buraxılışın həcmi 2,1 faiz artmışdır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı rayonunda ümumi məhsul buraxılışın həcmi 2,1 faiz artmışdır

    Masallı rayonunda ümumi məhsul buraxılışın həcmi 2,1 faiz artmışdır


    Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, ilkin məlumatlara əsasən 2023-cü ildə 576619,8 min manat həcmində və ya 2022-ci ilə nisbətən­­­­­­­­ 2,1 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.

            2023-cü il ərzində istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənaye sahəsində 105118,5 min manat (18,2 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 191580,2 min manat (33,2 faiz), tikinti sahəsində 78990,6 min manat (13,7 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 17944,0 min manat (3,1 faiz), informasiya və rabitə sahəsində 3785,8 min manat (0,7 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 179200,7 min manat (31,1 faiz) təşkil etmişdir.

            Ümumi məhsul buraxılışı, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 4,2 faiz, sənayedə 29,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 23,1 faiz, informasiya və rabitə sahəsində 33,0 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 0,3 faiz artmış, tikinti sahəsində 34,4 faiz azalmışdır.

             Sənaye. 2023-cü ildə 105118,5  min manatlıq və ya 2022-ci ilə nisbətən 29,8 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın ümumi həcmində emal sektoru 83,6 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi 14,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi 1,8 faiz təşkil etmişdir. Məhsulun 83,9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Mədənçıxarma sənayesi müəssisələri tərəfindən 2023-cü ildə istehsal edilmiş və göstərilmiş xidmətlərin həcmi olmamışdır. Emal sektorunda 2023-cü ildə 87849,3 min manatlıq məhsul istehsal edilmiş, 2022-ci ilə nisbətən müqayisəli qiymətlərlə 56,5 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda məhsul istehsalının real həcmi 2022-ci ilə nisbətən müqayisəli qiymətlərlə 0,4 faiz artaraq 15372,5 min manat təşkil etmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real həcmi həcmi 2022-ci ilə nisbətən müqayisəli qiymətlərlə 49,9 faiz artaraq 1896,7 min manat təşkil etmişdir.

    Tikinti. 2023-cü ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 81975,4 min  manat və ya 2022-ci illə müqayisədə 35,4 faiz az vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitlərin 50075,0 min manatı və ya 61,1 faizi yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

    Əsas kapitala yönəldilmiş vəsaitlərin 78990,6 min manatı və ya 96,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da 2022-ci illə müqayisədə 34,4 faiz az olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 33,7 faizini dövlət sektoru, 66,3 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.

    Kənd təsərrüfatı. 2023-cü ildə kənd təsərrüfatı üzrə məhsul buraxılışının ümumi dəyəri 2022-ci ilə nisbətən 4,2 faiz artaraq 191580,2 min manat olmuşdur ki, onun da 91095,6 min manatı və ya 47,5 faizi bitkiçilik məhsullarının, 100484,6 min manatı və ya 52,5 faizi isə heyvandarlıq məhsullarının payına düşür.

    Nəqliyyat. 2023-cü ildə avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 13062,0 min nəfər sərnişin daşınmış və 2022-ci ilə nisbətən 22,5 faiz artmışdır. 2023-cü ildə avtomobil nəqliyyatı ilə 2333,0 min ton yük daşınmış və 2022-ci ilə nisbətən 13,2 faiz artmışdır.

    İnformasiya və rabitə. 2023-cü ildə informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin dəyəri real ifadədə əvvəlki illə müqayisədə 938,4 min manat və ya 33,0 faiz artaraq 3785,8 min manat təşkil etmişdir. Göstərilmiş xidmətlərin 3136,3 min manatı və ya 82,8 faizi dövlət sektoru, 649,5 min manatı və ya 17,2 faizi isə qeyri-dövlət sektoru tərəfindən həyata keçirilmişdir.

    Əmtəə bazarı. 2023-cü ilin ildə pərakəndə ticarət şəbəkələrində istehlakçılara  560002,3 min manatlıq məhsul satılmış, onun 178129,3 min manatını və ya 31,8 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 381873,0 min manatını və ya 68,2 faizini isə qeyri-ərzaq malları təşkil etmişdir.      

    2022-ci ilə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 0,3 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 30,7 faiz azalmış, qeyri-ərzaq malları üzrə isə 27,0 faiz artmışdır.

    İctimai iaşə xidmətləri. 2023-cü ildə ictimai iaşə dövriyyəsi ötən ilə nisbətən müqayisəli qiymətlərlə 15,1 faiz artaraq 14670,0 min manat olmuşdur. Göstərilən ictimai iaşə xidmətlərinin 0,6 faizi və ya 89,1 min manatı hüquqi şəxslərin, 99,4 faizi və ya 14580,9 min manatı isə fiziki şəxslərin payına düşür.

    Əhaliyə göstərilən ödənişli xidmətlər. 2023-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilə nisbətən müqayisəli qiymətlərlə 13,1 faiz artaraq 107976,2 min manat təşkil etmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin 10300,0 min manatını və ya 9,5 faizini məişət xidmətləri təşkil edir.

             Mehmanxana (hotel) və mehmanxana tipli obyektlər. 2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri əvvəlki illə müqayisədə 2,4 dəfə artaraq  2399,0 min manat olmuşdur. 2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin xərcləri isə əvvəlki illə müqayisədə 2,3 dəfə artaraq  1265,6 min manat olmuşdur.
            Qiymət indeksləri. 2023-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,5 faiz, 2023-cü ildə əvvəlki illə müqayisədə isə 110,7 faiz təşkil etmişdir. 2023-cü ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,7 faiz, 2023-cü ildə əvvəlki illə müqayisədə isə 110,8 faiz təşkil etmişdir. 2023-cü ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi noyabr  ayı ilə müqayisədə 99,9 faiz, 2023-cü ildə əvvəlki illə müqayisədə isə 112,3 faiz təşkil etmişdir. 2023-cü ilin dekabr  ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,7 faiz, 2023-cü ildə əvvəlki illə müqayisədə isə 109,2 faiz təşkil etmişdir.

            Bələdiyyə. 2023-cü ildə bələdiyyələrin büdcə gəlirləri 668,8 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 45,7 faiz çoxdur. Bələdiyyələrin 2023-cü ildə büdcə xərcləri isə 623,7 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 24,6 faiz çoxdur.

            Yeni açılmış iş yerləri. İlkin məlumatlara əsasən 2023-cü ildə hüquqi şəxslər üzrə 298 yeni iş yeri açılmışdır.

            Muzdla işləyənlərin sayı. Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2023-cü ilin yanvar-noyabr  aylarında 15286 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 7950 nəfər (52,0 faiz), qeyri-dövlət sektorunda isə 7336 nəfər (48,0 faiz) təşkil etmişdir.

            Əməkhaqqı. 2023-cü ilin yanvar-noyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 568,9 manat, həmçinin dövlət  sektorunda 691,9 manat, qeyri-dövlət sektorunda 436,4  manat təşkil etmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən rayon üzrə əməkhaqqı 9,3 faiz, dövlət sektoru üzrə 9,2 faiz, qeyri-dövlət sektoru üzrə isə 10,6 faiz artmışdır.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    2. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    3. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    4. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    5. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    7. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    9. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    10. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    11. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    13. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    14. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    15. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    16. 10:08 UNUDULMUR...
    17. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    18. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    19. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    20. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    21. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    22. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    23. 16:46 “PeşəFest-2026” - Masallıda
    24. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    26. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    27. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    31. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    32. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    34. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    35. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    36. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    38. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    39. 11:28 Məhərrəm Səfərli – 80
    40. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ