Xalqın seçimi inkişaf və firavanlığın qarantıdır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Xalqın seçimi inkişaf və firavanlığın qarantıdır

    Xalqın seçimi inkişaf və firavanlığın qarantıdır


    Türkiyədə keçirilən prezident seçkilərinin II turunda Rəcəb Tayyib Ərdoğanın qələbəsi bölgələrimizdə də böyük coşqu və sevinclə qarşılanıb

    Qardaş Türkiyədə prezident seçkilərinin ikinci turunda "Cümhur İttifaqı"ndan Rəcəb Tayyib Ərdoğanın parlaq qələbəsi ölkəmizin hər yerində olduğu kimi, cənub bölgəsində də böyük sevinc, bayram ovqatı yaradıb. Türk dünyasının lideri, görkəmli siyasi və dövlət xadimi R.T.Ərdoğanın yenidən dövlət başçısı vəzifəsinə seçilməsi münasibətilə yerlərdə qurbanlar kəsilir, üzlərdə sevinc, ürəklərdə xoş ovqat, yüksək əhvali-ruhiyyə vardır. Bunu bölgənin tanınmış alimləri, ziyalıları və sadə insanlarının seçki haqqında fikirləri, mülahizələri də sübut edir.

    Ələşrəf Niftiyev, Masallı Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli "Vətənə xidmətə görə" ordenli dövlət qulluğu təqaüdçüsü:

    - Türkiyə G20-nin üzvü, Avropada ən ikişaf etmiş dövlətlərdən biridir. Bu ölkədə keçirilən seçkiləri bütün dünya maraqla izləyirdi. Qardaş ölkədə seçkilərin yüksək səviyyədə təşkili, səsvermənin azad, ədalətli, şəffaf keçirilməsi demokratiyanın təntənəsinə çevrildi. Türkiyə Cümhuriyyətinin müstəqil, düzgün siyasət apardığını, yüksək seçki mədəniyyətinə malik olduğunu bütün dünya gördü. Bu, həm də doğma xalqının məhəbbətini qazanmış müdrik rəhbərin, böyük liderin halal haqqı, qələbəsi idi.

    Rəcəb Tayyib Ərdoğanın ölkəyə 20 illik rəhbərliyi dövründə qardaş Türkiyə dünyanın qabaqcıl, güclü, qüdrətli dövlətinə, beynəlxalq aləmdə söz sahibinə çevrilib. Seçkilərin gedişində Türkiyə liderinin şəksiz qələbə qazanacağı açıq-aydın bilinirdi. Böyük türk xalqı düzgün seçim edərək seçkilərdə yüksək fəallıq göstərdi, öz sevimli liderinə səs verdi.

    Bu seçim Türkiyənin qan, can qardaşı olan Azərbaycan xalqının da sevinci, fərəhi, uğurudur. Azərbaycan və Türkiyə ən çətin, ağır, taleyüklü məqamlarda, gözəl, xoş günlərdə həmişə bir-birinin yanında olub. 44 günlük Vətən müharibəsində türk qardaşlarımız bizimlə yumruq kimi birləşərək şanlı qələbəmizə güclü dəstək verdilər. Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq getdikcə güclənir.

    Beynəlxalq siyasətin aparıcı liderlərindən olan R.T.Ərdoğanın qələbəsi masallılıları hədsiz dərəcədə sevindirir. Rayonun ziyalıları, ağsaqqalları, sadə əməkçi insanları əmindirlər ki, ölkələrimiz arasında dostluğun, qardaşlığın, səmimi əməkdaşlığın yeni mərhələsi başlayır. İki güclü, qardaş dövlətin uğurları hələ qabaqdadır.

    Rakif İbadov, Lənkəran Dövlət Universitetinin tarix və onun tədrisi metodikası kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru:

    - Türkiyədə demokratik, sivil qaydada keçirilən seçkilər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Seçkilərin nəticələri ölkənin ictimai-siyasi, iqtisadi, mədəni və digər sahələrində mühüm rol oynayacaqdır. İki mərhələdə keçən seçkilər xalqın istəyini, seçicilərin iradəsini tam, şəffaf şəkildə əks etdirmiş, müxalifətin seçkilərdə iştirakı, fəallığı təmin olunmuşdur.

    Tarix bəzən təkrarlanır. Bir əsr əvvəl böyük Atatürk Türkiyə dövlətini zamanın çətin sınaqlarından çıxarıb yüksək inkişaf səviyyəsinə çatdırdı. XXI əsrdə R.T.Ərdoğan Türkiyəni və türk dünyasını bütün dünyaya tanıtdırdı, ölkəsinə və xalqına dünyamiqyaslı rəğbət qazandırdı.

    Seçkiləri cənub bölgəsinin təhsil işçiləri, ziyalıları çox böyük maraqla, həyəcanla izləyirdi. Türkiyə liderinin qələbəsinə inanırdıq. Bu qələbə təkcə Türkiyənin deyil, bütün türk dünyasının qələbəsidir.

    Hüseynbala Əliyev, respublikanın qabaqcıl təhsil işçisi, Lerik şəhəri:

    - Ölkəmizin Müstəqillik Günü kimi Azərbaycan üçün əlamətdar bayram günündə iki qardaş xalqın sevinci yenidən bir-birinə qarışdı. Qələbə sevincini qoşa yaşadıq.

    Türkiyə bütün sahələrdə Azərbaycana hərtərəfli dəstək göstərir. Vətən müharibəsində Türkiyə Prezidenti başda olmaqla türk xalqı Azərbaycanın yanında idi. Ermənistanın arxasında duran dünya gücləri bu dostluğa, dəstəyə görə hər hansı addım atmaqdan çəkinirdilər.

    Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında xalqlarımız birlik, vəhdət nümayiş etdirdilər. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə yüksəlməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri vardır. Bu qardaşlıq, dostluq əbədi və sarsılmazdır.

    Dünya türklərinin mübariz, qətiyyətli lideri R.T.Ərdoğanın seçkilərdə qələbəsi yeni, müasir çağırışlara cavab verməklə xalqlarımız arasında qardaşlığın, dostluğun, türk dünyasında birliyin daha da möhkəmləməsinə böyük töhfələr verəcəkdir.



    Əlisəfa HƏSƏNOV,
    "Respublika".



    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ