Dağıdılmış məzarlar, gülləbaran olunmuş abidələr » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Dağıdılmış məzarlar, gülləbaran olunmuş abidələr

    Dağıdılmış məzarlar, gülləbaran olunmuş abidələr


    Mir Möhsün Nəvvab – 190

    28 il Şuşa şəhərini işgal altında saxlayan erməni qəsbkarları aglasığmaz vəhşiliklər törətmişlər. Bu vəhşiliklərdən biri də məzarlarımıza və abidələrimizə qarşı olmuşdur. Belə ki, erməni vandalları məşhur simalarımızın qəbirlərini dağıtmış, abidələrini gülləyə tutmuşlar. Belə məşhur simalardan biri də Mir Möhsün Nəvvabdır.

    Şuşa şəhəri işgal altında oldugu illərdə Mir Möhsün Nəvvabın Cıdır düzündə yerləşən məzarı ermənilər tərəfindən tamamilə dagıdılmışdı. 
    Heydər Əliyev fondu tərəfindən bu ilin mart ayında M.M. Nəvvabın qəbirüstü abidəsi bərpa olunmuşdur. Azərbaycan 
    Respublikasının Prezidenti İlham Əliyev may ayının 9-da şairin bərpa olunmuş məzarını ziyarət etmiş, üzərinə gül dəstələri qoymuşdur.

    Bu il Mir Möhsün Nəvvabın anadan olmasının 190 ili tamam olur. Bu görkəmli şəxsiyyətin həyat və yaradıcılıq yoluna qısaca nəzər yetirək. 
    Mir Möhsün Nəvvab Hacı Mirəhməd oglu Qarabaglı (Agamirov) 1833-cü ildə Şuşa şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşamışdır. 
    O, iki böyük nəslin nümayəndəsidir. Belə ki, bir ulu babası Qarabagın maarifçilərindən Mir Möhsün Nəvvab (şair onun adını daşıyır), o biri ulu babası Azərbaycanda tarın atası sayılan Sadıqcandır. 
    Ensiklopedik biliyə malik olan şair riyaziyyat, nücum, tarix, cografiya, musiqi, fiqh, kimya, rəssamlıq, xəttatlıq elmlərinə dərindən yiyələnmiş, rus, fars, ərəb dilərini mükəmməl bilmişdir. Nəvvab eyni zamanda müəllimliklə də məşğul olmuş, özünün təşkil etdiyi yeni üsullu məktəbdə 
    şagirdlər ücün dərsliklər yazmış, klassiklərdən tərcümələr etmişdir.

    Cox maraqlı və heyrətamiz bir faktdır ki, ermənilərin Qarabagda törədəcəyi vəhşilikləri, hətta özünün məzarüstü abidəsini dagıdacaqlarını sanki qabaqcadan görən Nəvvab “1905-1906-cı illər erməni-müsəlman davası” kitabında real faktlara əsaslanaraq ermənilərin 1905-1906-cı illərdə xalqımıza qarşı törətdikləri vəhşilik və cinayət əməllərini tam gercəkliyi ilə əks etirmişdir.
    Nəvvabın Azərbaycan musiqisi haqqında yazdığı “Dər elmi-musiği vüzuhul ərqam” (musiqi elmində rəqəmlərin aydınlaşdırılması) əsəri Azərbaycan dilində musiqiyə aid köhnə əlifba ilə yazılmış ilk kitabdır. Əsərdə musiqinin mənşəyi, musiqi estetikası, ifaçılıq problemləri, musiqinin dinləyicilərə emosional təsiri, onun şəfaverici xüsusiyyətləri barədə məlumat verilməklə yanaşı XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan musiqi ifaçılığı təcrübəsi ümumiləşdirilmiş, muğamların təsnifatı verilmiş, onlar orijinal sistemə salınmışdır. 

    Böyük Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyli bu əsərə və onun müəllifinə böyük qiymət vermişdir.
    M. M. Nəvvab elmlərə böyük qiymət verərək yazırdı: “Elm və hünərdən yadigar qoymaq yaxşıdır, nəinki mal və əmlakdan”.

    Onun astronomiya, kimya və digər elmlərə aid fikirləri də maraq doğurur. Nəvvab özünə məxsus teleskopla planetləri, ulduzları müşahidə etmiş, hətta modelini də düzəltdirmişdir. 
    “Nəsihətnamə”, “Kifayətül ətfal”, “Nurul-ənvar” əsərlərində onun alim və pedaqoq kimi psixoloji və etik görüşləri əks olunmuşdur. 
    Yüksək bədii zövqə malik olan şair kitablarının bədii tərtibatını, şəxsi evinin, işlədiyi məktəbin, Şuşanın “Böyük məscid”inin iki minarəsinin naxışlarını özü vermişdir. 

    Heç şübhəsiz ki, Mir Möhsün Nəvvabı ədəbiyyat sahəsində qazandığı uğurlar daha çox bir şair və ədəbiyyatşünas kimi tanıtmışdır.
    “Təzkireyi-Nəvvab” antologiyasında o, yüzə qədər Qarabağ şairi haqqında məlumat vermişdir.
    Şair Vaqif, Vidadi, Natəvan, Zakir və digər ədiblər haqqında məqalələr yazmışdır.
    O, Şuşada “Məclisi-fəramüşan” adlı ədəbi məclis təşkil edir. Bu barədə akademik Feyzulla Qasımzadə belə yazır:

    “Məclisin rəhbəri Mir Möhsün ağa Nəvvab köhnə təhsil almasına baxmayaraq yeniliyə meyl edirdi: mədəni mərkəzlərlə əlaqə saxlayır, məclis üzvlərini dünya hadisələri və mədəni yeniliklərlə tanış etmək üçün Bakıdan “Əkinçi”, Tiflisdən “Ziya”, “Kəşkül” qəzetlərini, Hindistandan fars dilində nəşr olunan “Həbül-mətin” məcmuəsini alırdı”.

    Otuzdan artıq kitabın müəllifi olan Nəvvabın poetik irsi əsasən onun Azərbaycan və fars dillərində tərtib etdiyi divanlarında, təzkirəsində toplanmışdır. 
    Şairin 148 səhifədən ibarət farsca divanı 1897-ci ildə, 928 səhifədən ibarət azərbaycanca divanı 1898-ci ildə özünün Şuşadakı şəxsi daşlaşma mətbəəsində çap edilmişdir. 

    Onun Azərbaycan dilindəki divanında klassik şeirlər: qəzəl, mürəbbe, müxəmməs, müsəddəs, müəssər, şarpazə, fərdlər və xalq ədəbiyyatı üslubunda yazılmış qoşmalar toplanmışdır. Şairin şeirlərində Füzuli və Vaqif ənənələri ilə sıx bağlılıq var.
    Zülmkar hakimləri, riyakar mollaları tənqid edən, həyatdan, dünyanın vəfasızlığından şikayət edən şair daha çox lirik-aşiqanə şeirlər yazmışdır.
    Şeirlərinin birində şair şöhrəti günəş kimi bəlli, göydə parlaq aya bənzər, insaf və mürüvvətdə məşhur yarı olan aşiqi bəxtəvər sanır.

    Yox qəmi ol kimsənin kim dilbəri dilbər ola,
    Şöhrəti misli-günəş aləmlərə əzbər ola.
    Asiman-hüsn içində bir məhi-ənvər ola,
    Rəhmü insafü mürüvvətdə dəxi əşhər ola.

    Xəstə yatan dostu Xan Qaradağiyə yazdığı şeirin sonuncu bəndində dostunun fərağına (ayrılığa) dözməyən şair ona qovuşmağı öz dərdinə çarə bilir.

    Gəl et Nəvvabına bir dəm nəzarə,
    Fərağında olan zarü fikarə,
    Vüsalındır onun dərdinə çarə,
    Yetir Xan Qaradağini, Yarəb!

    Dostu Mirzə Ələsgər Növrəsə bir mürəbbesində baharın gəlişini belə xəbər verir.
    Növrəs, nə yatıbsan qəflət içində ,
    Ağırlaşıb gözün qanə dönübdür.
    Bahar olub, məgər yoxdur xəbərin?
    Səthi-cahan gülüstanə dönübdür.

    Millətin birləşməsini və ayrılmamasını arzulayan Nəvvab ürək ağrısı ilə yazırdı.

    Cümlə millətlər tapdılar rifət
    Saldılar ələ şənilə şöhrət
    Cümləsi edər bizlərə tömət.
    Ayılın, millət qafi-qəflətdən,
    Qurtarın, qardaş, bu cəhalətdən.

    Erməni-müsəlman münaqişəsinə həsr olunmuş şeirində rusların havadarlıq etdiyi ermənilərin müsəlman evlərinə və məscidlərə od qoymalarını şair ürək ağrısı ilə belə ifadə edir. 

     On iki min ermənilə rus çün cəm oldular.
    Dəstə-dəstə erməni səngərlərinə doldular.
    Köçəri sənifində əvvəl toplara od qoydular
    Ah-vaveyla çıxıb eyvandan, keyvana bax.

    Qalaşayevin buyruğuyla ruslar, kazaklar,
    Neçə əyan evlərinə od vurub yandırdılar.
    Ermənilər yügrüşüb həm məscidə od vurdular,
    Şöləsin qalxızdılar, ta dərgahi-sübhanə, bax.

    Əlbəttə, bəzi mənbələrdən topladığımız bu kiçik məqalədə M.M. Nəvvab haqqında qısa da olsa məlumat verməyə çalışdıq. Lakin M.M.Nəvvabın həyatı və yaradıcılığı daha böyük tədqiqatların mövzusudur.



    Elşad NƏSİROV,
    Q.Babayev adına Mahmudavar ümumi orta məktəbin dil-ədəbiyyat müəllimi, AJB-nin üzvü.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ