Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib

    Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib


    27 avqust 2026-cı il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində yeni tədris ilinin başlanması ilə əlaqədar Masallı rayon təhsil işçilərinin konfransı keçirilib.

                  Əvvəlcə iştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əlirza oğlu Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

                  Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Masallı Rayon Təhsil Sektorunun müdiri Elman Rzayev, rayon üzrə ümumtəhsil məktəblərinin müəllim və rəhbər işçiləri iştirak ediblər.

              Tədbir Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək rayonun ümumtəhsil məktəblərinin müəllim və rəhbər işçilərini 2026–2027-ci tədris ilinin başlanması münasibətilə təbrik edib, hər birinə möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar, yüksək nailiyyətlər və yeni yaradıcılıq əzmi arzulayıb.

              Konfransın əsas məqsədinin yeni tədris ilində ümumtəhsil məktəbləri qarşısında duran əsas vəzifələri müəyyənləşdirmək, ötən tədris ilinin nəticələrini təhlil etmək, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işləri müzakirə etmək və qarşıya qoyulan hədəflərlə bağlı fikir mübadiləsi aparmaq olduğunu bildirib.

                Qeyd olunub ki, məktəblərdə təlim-tərbiyə prosesinin səmərəli təşkili, şagird nailiyyətlərinin yüksəldilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, müasir təlim metodlarından və rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi, həmçinin şagirdlərin təhlükəsiz və sağlam təhsil mühitində inkişafının təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir.

       Ötən tədris ilinin ilkin nəticələrinə əsasən, Masallı rayonunun ümumtəhsil məktəblərindən 850 məzun ali məktəblərə qəbul olub. Ali məktəblərə qəbul olunan məzunlardan 28 nəfəri 600 baldan, 66 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərən məzunların 38-ni, 600 baldan yuxarı nəticə göstərənlərin isə 11-ni qızlar təşkil edib.

                Bədəlan kənd tam orta məktəbinin məzunu Məmmədova Fəridə Qürbət qızı 682 bal toplayaraq rayon üzrə ən yüksək nəticəni göstərib və IV ixtisas qrupu üzrə Azərbaycan Tibb Universitetinə qəbul olub.

                Eyni zamanda, cari ildə keçirilən Respublika Fənn Olimpiadalarında Masallı şəhər İ.Zülalov adına 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Bəşirova Mahirə Rövşən qızı tarix fənni üzrə qızıl, Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Cəlallı Hikmət Cavid oğlu isə tarix fənni üzrə gümüş medal qazanıb.

                 Konfransda Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxış edərək Masallı rayonunda təhsil sahəsində əldə olunan uğurlardan danışıb, yeni tədris ilinin başlanması münasibətilə müəllimləri təbrik edərək onlara uğurlar arzulayıb.

                 Masallı Rayon Təhsil Sektorunun müdiri Elman Rzayev rayonun ümumtəhsil məktəblərində 2025–2026-cı tədris ilinin nəticələri ilə bağlı hesabat məruzəsi ilə çıxış edib.






    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ