Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib

    Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib


    27 avqust 2026-cı il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində yeni tədris ilinin başlanması ilə əlaqədar Masallı rayon təhsil işçilərinin konfransı keçirilib.

                  Əvvəlcə iştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əlirza oğlu Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

                  Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Masallı Rayon Təhsil Sektorunun müdiri Elman Rzayev, rayon üzrə ümumtəhsil məktəblərinin müəllim və rəhbər işçiləri iştirak ediblər.

              Tədbir Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək rayonun ümumtəhsil məktəblərinin müəllim və rəhbər işçilərini 2026–2027-ci tədris ilinin başlanması münasibətilə təbrik edib, hər birinə möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar, yüksək nailiyyətlər və yeni yaradıcılıq əzmi arzulayıb.

              Konfransın əsas məqsədinin yeni tədris ilində ümumtəhsil məktəbləri qarşısında duran əsas vəzifələri müəyyənləşdirmək, ötən tədris ilinin nəticələrini təhlil etmək, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işləri müzakirə etmək və qarşıya qoyulan hədəflərlə bağlı fikir mübadiləsi aparmaq olduğunu bildirib.

                Qeyd olunub ki, məktəblərdə təlim-tərbiyə prosesinin səmərəli təşkili, şagird nailiyyətlərinin yüksəldilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, müasir təlim metodlarından və rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi, həmçinin şagirdlərin təhlükəsiz və sağlam təhsil mühitində inkişafının təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir.

       Ötən tədris ilinin ilkin nəticələrinə əsasən, Masallı rayonunun ümumtəhsil məktəblərindən 850 məzun ali məktəblərə qəbul olub. Ali məktəblərə qəbul olunan məzunlardan 28 nəfəri 600 baldan, 66 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərən məzunların 38-ni, 600 baldan yuxarı nəticə göstərənlərin isə 11-ni qızlar təşkil edib.

                Bədəlan kənd tam orta məktəbinin məzunu Məmmədova Fəridə Qürbət qızı 682 bal toplayaraq rayon üzrə ən yüksək nəticəni göstərib və IV ixtisas qrupu üzrə Azərbaycan Tibb Universitetinə qəbul olub.

                Eyni zamanda, cari ildə keçirilən Respublika Fənn Olimpiadalarında Masallı şəhər İ.Zülalov adına 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Bəşirova Mahirə Rövşən qızı tarix fənni üzrə qızıl, Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Cəlallı Hikmət Cavid oğlu isə tarix fənni üzrə gümüş medal qazanıb.

                 Konfransda Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxış edərək Masallı rayonunda təhsil sahəsində əldə olunan uğurlardan danışıb, yeni tədris ilinin başlanması münasibətilə müəllimləri təbrik edərək onlara uğurlar arzulayıb.

                 Masallı Rayon Təhsil Sektorunun müdiri Elman Rzayev rayonun ümumtəhsil məktəblərində 2025–2026-cı tədris ilinin nəticələri ilə bağlı hesabat məruzəsi ilə çıxış edib.






    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    2. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    3. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    4. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    5. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    6. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    7. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    8. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    9. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    10. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    11. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    12. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    13. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    14. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    15. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    17. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    18. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    19. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    20. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    21. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    22. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    23. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    24. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    25. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    26. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    27. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    28. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    29. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    30. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    31. 18:03 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
    32. 12:58 Masallı rayonunda 2026-cı ilin taxıl biçini başa çatmışdır
    33. 22:04 Rayon rəhbəri Qızılağac kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    34. 23:06 Masallı Rayon İcra Hakimiyyəti başçsının 06.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    35. 23:11 Rayon rəhbəri 05 avqust 2026-cı il tarixdə Masallı rayonunun II Yeddioymaq ərazisinin Qasımlı kəndində səyyar qəbul keçirib
    36. 22:09 Rayon rəhbəri II Yeddioymaq ərazisində şəhid məzarlarını ziyarət etdi 05.08.2026
    37. 20:09 Rayon rəhbəri Musaküçə kəndində II Qarabağ müharibəsi iştirakçısını ziyarət edib
    38. 20:08 Rayon rəhbəri Çaxırlı kəndində şəhid ailəsini ziyarət edib
    39. 11:47 ƏYALƏTDƏN BÖYÜK ƏDƏBİYYATA
    40. 17:50 Masallıda "Təmiz şəhər bizdən başlayır — nümunə olmaq vəzifəmizdir" adlı tədbir keçirilib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ