Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib

Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır.
Bütün qeyd olunanlara nümunə olaraq, 11 avqust 2026-cı il tarixdə Masallı rayonunun Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, başçının müavini Adəm Məhərrəmov, aparatın sektor müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliyinin əməkdaşları, şəhid ailələri, din xadimləri, media nümayəndələri və vətəndaşların iştirakı ilə antiterror əməliyyatı şəhidi Məmmədov Ramil Habil oğlunun məzarı ziyarət edilmiş, qəbirüstü abidəsinin önünə tər gül dəstələri düzülərək şəhidin ruhu ehtiramla yad edilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.































