Kövrəlmə, şəhid atası » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Kövrəlmə, şəhid atası

    Kövrəlmə, şəhid atası


    Qonşum, təqvalı insan Hacı Naillə çay içib söhbət edirdik. Həmsöhbətimin telefonuna zəng gəldi. Kiminsə onlara gəlmək istədiyini açıqca eşitdim.
        - Biləsuvarlı dostum bizə gəlir, şəhid atası Zakir. Dəyanətli, sədaqətli insandır. Xeyli vaxtdır dostluq edirik.
        
    Çox keçmədi ki, qonaqları qarşıladıq. Ananın simasındakı kədəri hiss eləmək o qədər də çətin deyildi. Zakir kişi ilə tanış olub xeyli söhbətləşdik. Hansı mövzuya müraciət etdiksə sonu Qarabağdakı 

    44 günlük müharibə, şəhidliklə bitirdi. 
       - Biz onların hamısını tanımasaq da, hamısına borcluyuq, - dedim. 
      Zakir Xosizadə : 
        - Övlad itkisi unudulmur, Təsəllimiz budur ki, onlar boş yerə köçmədilər bu dünyadan, ad qoydular, şəhidlik zirvəsinə yüksəldilər, vətəni, torpağı, insanları şər qüvvələrdən qorudular. Torpaqlarımızı qaytardılar, özləri isə torpağa döndülər. Vətəni bütövləşdirdilər. İndi onlardan xoş xatirələr qalıb. Ömürləri, döyüş yolları nağıllara dönüb. 
      
     Şəhid Müşfiqin atası ailəsindən danışdı. Dedi ki, xanımımla 3 övlad böyütdük. Müşfiq iki bacının qardaşı idi. Bacılarının qəlbində qardaş səadəti, qardaş xoşbəxtliyi donub qalıb. Ancaq şahidlərdən söz düşəndə onlar da qürur duyurlar.
       
    Zakir kişi Biləsuvarın Günəşli kəndindəndir. Neçə illərdir ki, Masallının Mahmudavar kəndindən olan dam örtüyü ustası, ləyaqətli insan Hacı Naillə dostluq edir. Bu dostluq qarşılıqlı hörmət, sədaqət, etibar müstəvisində davam etdirilir.
       Söhbətimiz uzun və mənalı oldu. Əsas mövzumuz 44 günlük Vətən müharibəsinin nəticələri oldu. Bu qələbəni təmin edən qeyrətli Vətən oğullarından danışdıq. 
       
    Müşfiq də vətən yolunda ən müqəddəs zirvəyə,  Şəhidlik zirvəsinə ucalmışdı. Orta məktəbi bitirən Müşfiq orduya gedib. Qusar şəhərindəki hərbi məktəbində tank komandiri kimi ermənilərin qarşısına çıxdı. Əsl cəsarət sahibi idi. Döyüş yolu Füzulidən başlayıb. Üç gün ərzində neçə-neçə. kəndin azad edilməsində şücaətlə vuruşdu. Tank komandiri kimi özünü göstərə bildi. Sentyabrın 29-də Vətən uğrunda döyüşən Müşfiq vətən torpağında gözlərini əbədi yumdu. Şəhidliyə kimi döşündən "Azərbaycan ordusunun 100 illiyi" yubileyi medalına sonralar "Vətən uğrunda", "Fizulinin azad edilməsinə görə ", "Döyüşdə fərqlənməyə görə" medalları da əlavə edildi. Müşfiqin arzusu Şuşanı azad görmək idi. Özü buna nail ola bilməsə də vətənin igid övladları onun arzusunu çin etdilər. 
    Zakir kişi  danışdıqca kövrəlirdi .
        
    Masallının 22 şəhidinin dəfnində iştirak etmişdim. Hər şəhidin dəfnində düşmənə nifrət hissi ilə bir yaş qocalardım. Şəhidlər haqqında yazılarım bu gün də qəzetdə oxucular tərəfindən oxunur. Başın sağ olsun, Zakir ata, Dilruba ana. Ömrünüz boyu başınız uca, üzünüz ağ olacaq. Çünki Müşfiq vətən oğludur, el-obanın fəxr etdiyi oğludur.



    Həsənağa Əli Murtuza,
     AJB-nin üzvü.




    "Yeni həyat, qəzeti,
     www.yeniheyet.az​​​​​​​​шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ