Cari ilin 16 avqust 2023-cü il tarixində keçirilmiş BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası Azərbaycanın diplomatik qələbəsidir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Cari ilin 16 avqust 2023-cü il tarixində keçirilmiş BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası Azərbaycanın diplomatik qələbəsidir

    Cari ilin 16 avqust 2023-cü il tarixində keçirilmiş BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası Azərbaycanın diplomatik qələbəsidir


    Ermənistan hökuməti özünün siyasi məsuliyyətsizliyini və riyakarlığını növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar etinasızlıq nümayiş etdirən rəsmi İrəvan indi bu qurumdan öz absurd ideyalarını gerçəkləşdirmək üçün yardım istəməklə BMT kimi qlobal bir təşkilatı da bu avantüraya cəlb etmək niyyətində idi. Lakin TŞ-nin 16 avqust tarixində keçirilmiş növbədənkənar iclası ermənilərin son ümidlərini də puça çıxardı. Əksinə, iclasın gedişində aparılan dinləmələr bir daha təsdiq etdi ki, rəsmi İrəvanın “blokada” və ya “Humanitar Böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardan başqa bir şey deyil. Ermənistan bu iclasda Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Qarabağın erməni sakinlərini aclıqla soyqırımına məruz qoymasını rəsmiləşdirərək ölkəmizə qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın-Xankəndi yolunun beynəlxalq gücdən istifadə edərək açılmasına çalışdı və növbəti dəfə ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu, əlbəttə ki, Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin daha bir təntənəsidir.
           
    Məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət kursu, qonşu dövlətlərlə qurduğu balanslı münasibətlər, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi məqsədilə hazırladığı və həyata keçirilməsinə böyük məharətlə rəhbərlik etdiyi konsepsiya, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirmə bacarığı, strateji düşüncəni daim ön planda tutması BMT Təhlükəsizlik Şurasında Ermənistanın bu məğlubiyyətinə də zəmin yartmış oldu. Dövlət başçımızın indiyədək dünyanın bir çox mötəbər kürsülərindən Azərbaycan hökumətinin Qarabağda yaşayan sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmində olması barədə dəfələrlə səsləndirdiyi bəyanatlar öz təsirini bu şəkildə göstərdi. Çünki dünyanın həm siyasi elitası, həm də beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin verdiyi bütün vədlərə hər zaman əməl etdiyini yaxşı bilirlər. Buna görə də qondarma “Dağlıq Qarabağ” rejiminin və Ermənistanın gözləntilərinin əksinə olaraq, BMT TŞ-də müzakirədə iştirak edən dövlətlərin heç biri xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, qondarma “Dağlıq Qarabağ” rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən ümumiyyətlə bəhs etmədilər. Xüsusilə diqqətəlayiq bir hal da budur ki, Ermənistanın təşəbbüsü ilə BMT TŞ-nin gündəliyinə salınan və nəticə almayan məsələlər bir daha hansısa bir digər beynəlxalq təşkilatın gündəminə gətirilə bilməyəcəklər.
           
    Ermənilərin böyük ünid bəslədikləri Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun qərəzli və faktlara əsaslanmayan hesabatı da işə yaramadı. Məlum oldu ki, Okamponun hesabatının səs-sorağı heç İrəvandan kənara belə çıxmayıb. TŞ-də məruzəçi dövlətlərin heç biri Okamponun qərəzli hesabatı haqqında bir söz belə olsun demədi. Bunun əvəzində isə, Okamponun hesabatına münasibət bildirən beynəlxalq hüquq üzrə aparıcı məsləhətçi və ekspert Rodney Diksonun fikirləri dilə gətirildi. Məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirildi və bu, tamamilə Azərbaycanın maraqlarına cavab verir.
           
    BMT Təhlükəsizlik Şurası Qarabağdakı separatçılara, Ermənistandakı revanşist ruhlu qüvvələr və diaspordakı daşnaklara qəti şəkildə bildirdi ki, müstəqil Artsax adlı dövlət qurumu olmayacaq. Beləliklə, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi tamamilə uğursuzluğa düçar oldu.



    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:31 Suverenliyin Tam Bərqərarı: İlham Əliyevin Dövlətçilik Strategiyasının Zəfər Zirvəsi
    2. 22:03 Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub
    3. 20:14 Masallıda “Mübahisələrin alternativ həlli olaraq mediasiyanın tətbiqi və onun üstünlükləri” mövzusunda maarifləndirici tədbir
    4. 20:12 Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    5. 19:57 Prezident İlham Əliyevin amnistiya təşəbbüsü
    6. 19:52 Cənab Prezidentin amnistiya təşəbbüsü
    7. 11:41 Mənalı ömrün işığında
    8. 08:28 Masallıda rayon rəhbərinin 18 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 15:26 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 17.12.2025
    10. 15:22 Masallının Qızılağac kəndində 17 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 15:36 Masallıda “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici görüş 
    13. 15:31 Masallıda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olundu
    14. 10:29 Azərbaycan Prezidentinə yazırlar
    15. 16:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 dekabr 2025-ci il
    16. 16:28 Masallıda 01-15 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    17. 16:25 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 dekabr 2025
    18. 16:22 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 dekabr 2025
    19. 16:15 Şəhid Balaqardaş Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    20. 10:57 Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin məzarını ziyarət etmək arzusu...
    21. 10:40 Tanınmış həkim Vaqif Əhmədovun 85 illiyi qeyd olunub
    22. 15:57 Rayon rəhbəri Böyük Kolatan kəndində fermer Fikrət Məmmədova məxsus əkin sahəsinə baxış keçirdi
    23. 15:54 Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci il dönümü ilə əlaqədar ehsan süfrəsi
    24. 15:50 Masallıda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “İz” filmi nümayiş olundu
    25. 15:47 Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci il dönümü anıldı
    26. 12:43 Göyəçöl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    27. 15:58 Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar 
    28. 15:43 Masallı rayonu ərazisində bir qrup imtiyazlı ahıl evində ziyarət edildi
    29. 15:37 Masallıda rayon rəhbərinin 11 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 15:33 Azərbaycan Prezidentinə yazırlar
    31. 15:29 Azərbaycan Prezidentinə yazırlar
    32. 16:53 Masallıda uzunluğu 6 km olan Boradigah çayının lildən təmizlənməsi işləri yekunlaşıb
    33. 16:51 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi 10.12.2025
    34. 16:47 Masallının Mahmudavar kəndində 10 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:45 Masallıda muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb
    36. 14:39 Heydər Əliyev və əbədi dövlətçilik yolu... Masallıda tədbir
    37. 13:03 Prezident İlham Əliyev: Azərbaycan və Slovakiya dost və strateji tərəfdaşlardır
    38. 12:59 Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğuladı
    39. 21:30 Şəhid Raqib Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    40. 20:25 Masallıda "Məkr və Məhəbbət" əsəri nümayiş olundu
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ