BMT Təhlükəsizlik Şurasında Azərbaycanın diplomatik qələbəsi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » BMT Təhlükəsizlik Şurasında Azərbaycanın diplomatik qələbəsi

    BMT Təhlükəsizlik Şurasında Azərbaycanın diplomatik qələbəsi

           
    BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Qarabağda yaşayan erməni əhalisinin sanki aclıqdan ölmələri ilə bağlı məsələnin müzakirə olunması erməni şousunun kulminasiya nöqtəsi idi. Bu məsələ artıq dünya birliyinin nəzərində bitmişdir. Əlbəttə, cəhdlər davam etdirilsə də bu məsələni heç kim ciddi qəbul etməyəcəkdir. Eyni zamanda da bu hadisə BMT-nin son zamanlar azalan nüfuzuna kəskin zərbədir. Dünyanın yüzlərlə real problemlərlə, həqiqi aclıq faktları ilə, müharibələrlə üzləşdiyi bir vaxtda olmayan bir məsələni müzakirəyə çıxaran BMT-nin Təhlükəsizlik Şurası ədalətin, hüququn deyil, hansısa ayrı-ayrı maraqların masasına çevrildiyini bir daha sübut etdi.Bununla da ən yüksək pərdədən blokada oyununa reaksiya verildi. Dünyada formalaşmış ermənipərəst ünsürlər növbəti dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xalqının dəmir iradəsini əyə bilmədi. Çünki Azərbaycanın mövqeyi haqlı və ədalətli mövqedir. Azərbaycan bir daha nümayiş etdirdi ki, milli maraqların müdafiəsi istiqamətində bir addım da olsun geri atmayacaqdır.

     Qarabağ Azərbaycanın dünya birliyi tərəfindən birmənalı olaraq tanınmış suveren ərazisidir. Orada yaşayan erməni millətindən olan əhali Azərbaycan Respublikasının vətəndaşlarıdır və Azərbaycan öz vətəndaşları ilə olan münasibətlərini heç kimlə müzakirə etmək fikrində deyildir.Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının strukturu, orada təmsil olunan daimi üzvlərin sayı və verdiyi qərarların ədalətli olub - olmaması və nə qədər uğurla icra olunub - olunmaması müzakirə və mübahisə mövzusu olsa da faktiki o, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının əsas orqanıdır. 16 avqust 2023-cü il tarixdə  BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Azərbaycanın Laçın yolunda baş verən hadisələrlərlə bağlı müzakirə keçirilmişdir. Bütün Ermənistan və Fransanın təxribatlarına rəğmən Azərbaycan növbəti dəfə inanmlı diplomatik qələbə qazana bilmişdir. Heç bir qətnamə, qərar çıxarılmadı. Ümumiyyətlə, heç bir sənəd qəbul olunmadı. Tövsiyyə xarakterli fikirlər səsləndi. Heç bir səsvermə keçirilmədi.Bir sözlə desək, BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclası ölkəmiz üçün növbəti mütləq diplomatik zəfərdir. BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında aparılan müzakirələr yalnız ədalətin təcəssümü deyildi. Eyni zamanda da Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Azərbaycan diplomatiyasının doğru siyasətinin nəticəsi idi. Baxmayaraq ki, Azərbaycan 90-cı illərin əvvəllərində də haqlı idi və həmin elə bu BMT-nin Təhlükəsizlik Şurası heç vaxt icra etmədiyi, heç icra etmək üçün cəhd göstərmədiyi 4 Qətnamə qəbul etmişdir. Azərbaycan 30 ildir ki, haqlıdır, Azərbaycan 30 ildir ki, ədalətlidir.

    Bu zəfərin, bu növbəti diplomatik qələbənin də memarı Azərbaycanın Prezidentidir. Azərbaycan son illər əldə etdiyi zəfərləri ilmə-ilmə toxumuş və bugünkü nəticələri əldə etmişdir.Bu qəbildən olan diplomatik qələbələrdə heç vaxt bir şəxs, bir amil əsas rol oynamır. Belə qələbələr dövlətin, xalqın və cəmiyyətin ortaq əməyinin nəticəsi kimi meydana çıxmaqdadır. Azərbaycanın istər Qoşulmama Hərəkatında fəaliyyəti, istər etibarlı enerji təminatçısı kimi dünyada mövqeyi və əlbəttə dəmir iradəsi nəticəsində belə bir zəfər reallaşdı.Azərbaycan heç vaxt boş vədlər vermədiyini bir daha nümayiş etdirdi. Ağdam-Xankəndi yolunun alternativ yol kimi açıq olduğu və təmirdən sonra daha qısa, daha təhlükəsiz və daha istifadəyə yararlı bir yol olduğu sübuta yetirildi. Bununla da növbəti dəfə Azərbaycanın suveren ərazilərinin beynəlxalq arenaların müzakirə obyekti olmadığı dünyaya çatdırıldı. İndi Ermənistan baş nazirinin hökümətin iclasında bir daha “Dünyada elə bir ölkə, qurum yoxdur ki, Qarabağı Azərbaycan ərazisi kimi tanımasın. Dünya bizi eşitmək istəmir” ifadələrini səsləndirəcəyini sanki duyuram. Əslində isə dünya onları deyil, onların yalanlarını eşitmək istəmir. Azərbaycan və onun Müzəffər rəhbəri bir daha sözün bütün mənalarında dünyanın gözünü açdı. Yalanlar, yalandan yazıq kimi görünənlər, özlərinə yazıq imici yaradanlar artıq dünyada sayəmizdə qəbul olunmurlar.BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında əldə olunan növbəti qələbə həm də dünyanın heç də 1992-ci ildə Xocalı soyqırımı vaxtı olan dünya olmadığını nümayiş etdirdi.

    Azərbaycan müharibəni yalnız döyüş meydanında qazanmadı, o həm də informasiya müharibəsində qələbə əldə edərək reallıqları dünya ilə paylaşdı. Həqiqəti qəbul edənlər Azərbaycanla dost oldular. Azərbaycan cəmiyyəti, xüsusi ilə fəal gənclər öz sosial şəbəkə platformalarını yaradaraq, orada birləşərək dünyanı Azərbaycan həqiqətlərinə inandıra bildilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dörd dildə verdiyi müsahibələr isə Azərbaycan cəmiyyətinə mübarizənin yeni yolunu, istiqamətini göstərdi.BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında səfir Yaşar Əliyevin sosial şəbəkələrdən nümunə gətirməsi və Xankəndidə əslində heç kimin acından ölmədiyini faktlarla sübut etməsi sosial şəbəkələrin gücünü və orada şəbəkələşən Azərbaycan cəmiyyətinin məsələlərə təsir imkanını göstərdi. Ermənilərin “blokada” yalanının ifşa edilməsi istiqamətində göstərilən şəkil-foto-kollajlar aylardır “#noblockade” “#fakeblockade”  həştəq və etiketlərdən istifadə edilərək Azərbaycan cəmiyyətinin təbii formada birləşməklə apardığı məqsədyönümlü kampaniyaların nəticəsidir. Bu ictimai və təbii formalaşan kampaniyalar dövlətimizə bir daha Ermənistan üzərində informasiya müharibəsində qalib gəlməyə kömək etdi. Budur bizim gücümüz, budur bizim birliyimiz!



    Emil  İlqar,
    Masallı rayonu Q. İsmayılov adına Şərəfə kənd tam orta məktəbi



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    2. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    3. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    4. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    5. 14:35 Yeni şeirlər
    6. 10:59 Perspektivli idmançıların aşkarlanması
    7. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    8. 15:56 100 illik ömrün işığı
    9. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    10. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    11. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    12. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    13. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    14. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    15. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    16. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    17. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    18. 14:19 QANLI YANVAR
    19. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    20. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    21. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    22. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    23. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    24. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    25. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    26. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    27. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    28. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    29. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    30. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    31. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    33. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    34. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    36. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    37. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    38. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    39. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    40. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ