Unudulmayan həmkarımız » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Unudulmayan həmkarımız

    Unudulmayan həmkarımız


    Kim deyir ki, yaxşılar unudular. Onlar cismən olmasalar da qəlblərdə, düşüncələrdə yaşayırlar. Rəsul Rzayev kimi.

    Dörd ildir üzünü görmür, səsini eşitmir, zarafatlarının, küsməyinin şahidi olmuruq. Bilmədik necə gəldi dünyaya, həyatı necə keçdi. Doymadıq ondan. Bu gün də onu görmək, şeirlərini, zarafatlarını  dinləmək ağrısı ilə yaşayırıq.

    Yazırdı ki, əlimi qapıya  ata bilmirəm. Bu gün biz də onsuz əlimizi qapıya ata bilmirik. Otağa daxil olanda hüznlü bir sükut, üstündə  mənalı yazılarını ərsəyə gətirdiyi masa izləyir, qarşılayır bizi. İncə duyğulu şeirləri ilə ürəkləri fəth edirdin. İncə ruhun bu geniş dünyanın hər guşəsində gəzirdi. Vətənə, torpağa, təbiətə sevgin ali məfkurən idi. İkona önündə dayanan qadın gözəlliyi də səni düşündürürdü.

    Şair, publisist kimi ərsəyə gətirdiyin kitabları otaqdakı rəflərdə görəndə istər-istəməz vərəqləməyə bilmirik. Buradakı onlarca kitabın redaktorudur Rəsul müəllim.

    Aylar-illər ötdükcə Rəsul müəllim fiziki cəhətdən bizdən uzaqlaşsa da mənən, ruhən yaxınlaşır, doğmalaşır. Həmişə qoşa addımladığımız dayanacağa qədər olan yolu indi  səninlə bağlı xatirələrlə gedirəm. Beş dəqiqəlik yol bir günə dönür mənimçün. Sabaha qədər, deyib ayrılırdıq. Hələ də o sabahı gözləyirəm. Sən ki, dostluqda etibarlı, sözündə dürüst idin. Bəs niyə əhdə xilaf çıxdın, Rəsul.

    Sənsiz “Yeni həyat” yenə oxucuların sevimlisidir. Fanatların qəzetin səhifələrində şeirlərini, ovqatlı yazılarını oxumağa tamarzıdırlar. Həkimlər, müəllimlər, əmək adamları haqqında yazdığın esselər, oçerklər bu gün də yaddaşlardadır.

    Tədbirlərimizdə övladların mütəmadi iştirak edirlər. Sənin ətrini onlardan alırıq. Nə qədər ki, ömrümüz davam edir, sən qəlbimizdə yaşayacaqsan, dostumuz, həmkarımız, sirdaşımız Rəsul müəllim. Çünki dünyaya əlvida deməyə tələsdin, hələ tez idi. Rahat yat, duyğulu şair, böyük istedad sahibi, insanların dostu, dünya dəftərində düşməni olmayan  insan. Sənə əlvida deməyə dilim gəlmir, yenə dediyini təkrarlayıram: Sabaha qədər.

                         
                                               
     HƏSƏNAĞA.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    2. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    3. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    4. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    5. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    7. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    9. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    10. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    11. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    13. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    14. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    15. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    16. 10:08 UNUDULMUR...
    17. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    18. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    19. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    20. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    21. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    22. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    23. 16:46 “PeşəFest-2026” - Masallıda
    24. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    26. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    27. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    31. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    32. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    34. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    35. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    36. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    38. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    39. 11:28 Məhərrəm Səfərli – 80
    40. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ